Görkəmli Azərbaycan şairi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytına xoş gəlmisiniz!
SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ (rəsmi sayt)
Görkəmli Azərbaycan şairi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi “SƏRRAF QASIMIN ƏDƏBİ İRSİ” saytına xoş gəlmisiniz!
SƏRRAF QASIM HAQQINDA QISA MƏLUMATLAR
📌 Şəxsi məlumatları:
Adı və təxəllüsü: SƏRRAF QASIM
Soyadı: RÜSTƏMLİ
Doğum tarixi: 31 dekabr 1939-cu il
Doğum yeri: Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi
Vəfat tarixi: 09 fevral 2018-ci il (78 yaşında)
Vəfat yeri: Naxçıvan MR, Şahbuz rayonu, Aşağı Qışlaq kəndi
Dəfn olunduğu yer: Aşağı Qışlaq kənd qəbiristanlığı
Vəfat səbəbi: Ürək infarktı
Vətəndaşlığı: Azərbaycan Respublikası
Milliyyəti: Azərbaycanlı
Tayfa mənsubiyyəti: “Hacı Əhmədlilər” tayfası (Şahbuz rayonunda məskunlaşan Azərbaycan tayfası)
👨👩👧👦 Ailə tərkibi:
Valideynləri:
▪ Atası: Əhmədov Əyyub Rüstəm oğlu
▪ Anası: Əhmədova Göycə Məhəmməd qızı
Həyat yoldaşı:
▪ Rüstəmova Pakizə İbrahim qızı
Övladları:
▪ ƏYYUB Rüstəmov (Əyyub Sərrafoğlu)
▪ GÖYCƏ Rüstəmova (Göycə Mehdiyeva)
▪ T E Y Y U B Rüstəmov
Nəvələri:
▪ Rüstəmli RÜQƏYYƏ, Rüstəmli ŞÜKRAN, Rüstəmli ƏKBƏR
▪ Mehdizadə KUBRA, Mehdizadə SÖVLƏT, Mehdizadə ARZU
▪ Rüstəmli YUSİF, Rüstəmli NUR
🎓 Təhsili və elmi dərəcəsi:
Bitirdiyi orta məktəb:
▪ Aşağı Qışlaq kənd Orta Məktəbi / Kolanı kənd Orta Məktəbi (1947-1957)
Bitirdiyi kollec:
▪ Naxçıvan Kənd Təsərrüfatı Texnikumu (1959-1961)
(indiki “Naxçıvan Dövlət Texniki Kolleci”)
Bitirdiyi ali məktəb:
▪ Azərbaycan Kənd Təsərrüfatı İnstitutu (1962-1967)
(indiki “Azərbaycan Dövlət Aqrar Universiteti”)
Ali təhsil ixtisası:
▪ Zootexnika
Elmi dərəcəsi:
▪ Alim
💼 Əmək fəaliyyəti:
▪ 1967-1974: Şahbuz, Sabirabad və Bərdə rayonlarının baş heyvandarlıq idarələrinin mütəxəssisi, eyni zamanda “Qabaqcıl” qəzetinin yazarı
▪ 1974–1991: Şahbuz rayonunun Lenin adına Sovxozunun baş mütəxəssisi, direktor müavini və direktoru
▪ 1991–1993: “Nəqşi Cahan” Şirkətinin təsisçisi və prezidenti
▪ 1996–2001: Saz müəllimi (Kolanı Kənd Uşaq Musiqi Məktəbinin saz ifaçılığı fənni üzrə Sərraf Qasımın doğma kənd evində fəaliyyət göstərən saz şöbəsinin müəllimi)
🏅 Mükafatları və təltifləri:
▪ “1978-ci ilin sosializm yarışının qalibi” döş nişanı (1978)
▪ “10-cu beşillik zərbəçisi” döş nişanı (1980)
✍️ Yaradıcılıq sahələri:
▪ Yaradıcı şair və yazıçı
▪ Ustad aşıq - haqq aşığı
Bəstələdiyi aşıq havasının adı: “Həsrəti” havası
Şeir janrları:
▪ Azərbaycanın klassik və müasir poeziya janrları
▪ Aşıq dastanları, aşıq şeirləri, eləcə də dini şeirlər və mərsiyələr
▪ Bəstəli şeirlər (Rahatlıqla musiqiyə yatan və ifa olunan şeirlər)
Ən zəngin əsərləri:
▪ Dastannamə (Dastanlar toplusu)
▪ Cığalınamə (Cığalı şeirlər toplusu)
▪ Müsibətnamə (Mərsiyələr toplusu)
Əsərlərinin dili: Azərbaycan dili
Aşıq yaradıcılığı ilə bağlı uğurları və ilkləri:
Sərraf Qasım aşağıdakı xidmətlərinə görə Naxçıvan zonasında milli aşıq sənətinin inkişafına misilsiz töhfələr verdiyi üçün tədqiqatçı alimlər tərəfindən “çağdaş Naxçıvan aşıq məktəbinin banisi” və “Dədə aşıq” adlandırılmışdır:
▪ Aşıq-saz sənətinin təbliği və tədrisi sahəsində genişmiqyaslı xidmətlər göstərməsi;
▪ Özünün kənd evində böyük bir aşıq məktəbi yaratması;
▪ Naxçıvan zonasında musiqi məktəblərinin tərkibində rəsmi saz məktəblərinin yaranmasının səbəbkarı olması;
▪ Xeyli sayda peşəkar aşıq və saz müəllimi yetişdirməsi;
▪ Aşıqlara maddi-texniki dəstək göstərməsi və onların bir çoxunu təmənnasız surətdə saz alətləri ilə təmin etməsi;
▪ Naxçıvanlı aşıq və şairlər arasında digər bölgələrdən olan aşıq və şairlərlə ən zəngin yaradıcılıq əlaqələrinə (deyişmələrə) malik olması;
▪ Vətən həsrətinə həsr olunmuş dəyərli bir aşıq havasını bəstələməsi;
▪ Tanınmış aşıqlar arasında ən gənc yaşlarında (27 yaşında) alimlik dərəcəsinə layiq görülən bir aşıq olması;
Ədəbi yaradıcılığı ilə bağlı uğurları və ilkləri:
Sərraf Qasımın öz dövründə göstərdiyi aşağıdakı xidmətləri onun böyük bir ədəbi məktəb yaradan ustad sənətkar kimi tanınmasına səbəb olmuşdur:
▪ Forma və məzmun baxımından klassik poeziya üslublarından çağdaş dövrdə ən geniş (ən çox) və ən məharətli şəkildə istifadə edən yeganə bir sənətkar olması;
▪ Yeni ədəbi janrlar yaratmaqla Azərbaycan ədəbiyyatına bir çox yeniliklər gətirməsi;
▪ Həcm baxımından ən zəngin (ən çox) dastan yaradıcılığına, cığalı şeirlər yaradıcılığına və mərsiyə yaradıcılığına malik yeganə bir şair olması;
▪ Ədəbi məktəb yaradan bir sənətkar kimi çağdaş dövrdə iki şair arasında formalaşan klassik ustad-şagird ənənəsini nümunəvi surətdə yaşatması;
▪ Azərbaycan poeziya tarixində yaranan ilk səsli şeir kitablarından birinin müəllifi olması;
▪ “Azərbaycan xəritəsi” adlı poeması ilə müstəqil Azərbaycanın ilk poetik xəritəsini yaradan bir şair olması;
▪ Gənc yaşlarından etibarən dahi Azərbaycan aşıqları ilə “bədahətən deyişmək” istedadına malik ən bacarıqlı bir şair olması;
▪ Real və kədərli həyat hekayəsi əsasında yaratdığı dastanla öz adını Azərbaycan məhəbbət dastanları tarixinə həkk etdirməsi;
▪ Bədii əsərlərinin dahi Azərbaycan aşıqları tərəfindən həvəslə ifa olunması və regional ədəbi mühitə güclü təsir göstərməsi;
▪ Yaratdığı heyrətamiz əsərlərə görə Xalq şairi Zəlimxan Yaqub və professor Həsən Mirzə kimi görkəmli şəxsiyyətlər tərəfindən öz dövründə “Azərbaycanın misilsiz və təkrarsız şair oğlu” adlandırılması;
Heydər Əliyev və İlham Əliyevlə bağlı ilkləri:
Sərraf Qasımın ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr etdiyi 2 şeir kitabı çap olunmuş, Heydər Əliyevin ilk əmək fəaliyyəti (Yuxarı Qışlaq kəndində müəllim işləməsi) ilə bağlı maraqlı xatirələr, eləcə də İlham Əliyevin adındakı (İLHAM sözündəki) hərflərin gizli və rəmzi mənası ilə bağlı maraqlı açıqlamalar ilk dəfə poema və şeir şəklində bu kitablarda öz əksini tapmışdır.
SƏRRAF QASIM HAQQINDA ƏTRAFLI MƏLUMATLAR
(Məlumatlara baxmaq üçün keçidlərə daxil olun)
(Sərraf Qasımın həyatı və yaradıcılığı haqqında hazırlanmış televiziya verilişi)
(Sərraf Qasımın həyatı və yaradıcılığı haqqında hazırlanmış sənədli televiziya filmi)
(AMEA-nın Naxçıvan Bölməsi tərəfindən Sərraf Qasımın yaradıcılığı haqqında hazırlanmış televiziya verilişi)
AÇAR SÖZLƏR
SƏRRAF
SARRAF
SERRAF
Сəррaф Гaсым
Сaррaф Гaсым
Сярраф Гасыm
s'rraf qas;m
Sяrraf Qasыm
Sərraf Qasım
SərrafQasım
Sərraf Qasim
SərrafQasim
Sarraf Qasim
SarrafQasim
Səraf Qasım
SərafQasım
Serraf Qasım
SerrafQasım
Serraf Qasim
SerrafQasim
seraf qasım
Serraf Kasim
Sarraf Kasim
SerrafQ
SarrafQ
Sərrafoğlu
Sarrafoğlu
Aşağı Qışlaq
Şahbuz rayonu
Görkəmli Azərbaycan
Görkəmli Naxçıvan
Tanınmış Azərbaycan
Tanınmış Naxçıvan
Azərbaycan yazıçıları
Azərbaycanlı yazıçılar
Azərbaycan şairləri
Azərbaycanlı şairlər
Azərbaycan aşıqları
Azərbaycanlı aşıqlar
Naxçıvan şairləri
Naxçıvanlı şairlər
Naxçıvan aşıqları
Naxçıvanlı aşıqlar
Naxçıvanlılar
Şahbuzlular
Qışlaqlılar
Rüstəmov Əyyub
Rüstəmov Teyyub
www.sarrafqasim.az
www.serrafqasim.az
www.serrafqasim.com
www.sarrafqasim.com
www.sarrafqasim
www.serrafqasim
wwwsarrafqasim
wwwserrafqasim
سگققشب ضشسکئ
ُگققشب ًشسکئ
S'rraf Qas;m
ыэккфа йфыжь
صرّاف قاسم
صراف قاسیم
Sarraf Gasim
Sarraf Ghasem Ghasim
Сарраф Касым
Сарраф Касум
Sarraf Kasım