Bu gözəl ifanı eşitməyən insan olmaz,məncə. Səsi ilə hər kəsi valeh edən Nərminə Məmmədovanın növbəti mahnısını təqdim edirik.
Burada Mirzə Babayevin ifasını paylaşmasaq, qəbahət sayılardı.
Mirzə Babayev- Pəncərəmə qondu çiçək
Azərbaycanın ən gözəl və tarixi filmi olan "Dədə Qorqud" filmindən sonra məşhurlaşan bu mahnını təqdim edirik. Yalçın Rzayevin ifası insanı heyran edir.
Azərbaycana aid oxunan mahnıların birinci sırasında yer alan mahnının ifaçısı məşhur Müslüm Maqomayevdir. Bu mahnı insanı vətənpərvərliyə səsləyir.
Yaşından asılı olmayaraq istənilən insan bu mahnını çox sevir,bəlkə də. Polad Bülbüloğlunun səsi mahnının sözləri və musiqisi ilə birlikdə insanı valeh edir.
Payızın gəlməsini xatırladan bu mahnı insanı bir az da hüzünləndirir.
Azərbaycanın retro mahnılarının içində Şövkət Ələkbərovanın ifaları əvəzolunmazdır.
"Dəli Kür" filmi Azərbaycanda çəkilən ən möhtəşəm filmlərindən biridir. Bu mahnı isə ən az film qədər möhtəşəmdir.