Azərbaycanın əvəzolunmaz retro musiqilərindən biri Akif İslamzadənin Neyləyim(Ala gözlüm) mahnısıdır. Musiqisi Emin Sabitoğluna, sözləri isə Nigar Rəfibəyliyə aid olan mahnını sizə təqdim edirik.
İfa: Nərminə Məmmədova
Musiqi: Qənbər Hüseynli
Sözlər: Zeynal Xəlil
Biz insanı rahatladan musiqi dinləmək istəyiriksə, türk ifalarına da müraciət etməliyik. Sizə çox gözəl bir mahnını, yəni "Fikret Kızılök- Gönül" tövsiyə edə bilərik. Musiqi ilə birlikdə ifaçının səsi də insanı rahatladır.
Bu mahnı bizim uşaqlığımızın unudulmazlarındandır. Hətta bəzilərimiz sözlərini bilmədiyimiz halda zümzümə edirdik. Xoş xatirələr yaradan bu musiqini təqdim edirik.
Xoş dinləmələr.
Yenə Akif İslamzadənin ifalarına dönmək istərdim. Çünki onun ifalarından danışılacaq hələ çox mahnılar var. Bu dəfə fərqlilik edək. Mahnını sözləri ilə birlikdə təqdim edək:
Ömrünü-gününü dərd eyləsəydin,
Ömrümü-günümü dərman verərdim.
Bezdirdim mən səni sədaqətimlə,
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə,
Sənə bir günəşli cahan verərdim.
O çağlar necə də mənə haydılar,
Könlümə, gözümə şəfəq yaydılar.
Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim.
Ele ayrıldıq ki, səninlə, ey gül,
Bir de ayrılıqdan ayrı düşmerik.
Ah, bu son hicranin vüsali müşkül,
Dağ dağa rast gələr, biz görüşmərik.
Bu mahnını, bəlkə də, eşitməyən yoxdur. Həm insanı kövrəldən, həm də xoş xatirələr yaradan mahnıdır. İndi isə sizi acılı-şirinli xatirələrinizlə yalnız buraxaq. Xoş dinləmələr.
Əminəm ki, bu mahnını eşitməyən olmaz. Çoxdanın mahnısı olsa belə, indi də ən çox qulaq asılanlar sırasındadır.
C.Cahangirovun bu bəstəsini qeyd etməsək, olmazdı. Bəstənin gözəlliyindən əlavə Rəşid Behbudovun məlahətli səsi də mahnıya xüsusi rəng qatmışdır.
Bir az da Oqtay Ağayevin ifalarına nəzər salaq. Oqtay Ağayevin həzin səsi ilə birlikdə mahnının sözləri insanı ötən günlərə qaytarır.
Yenə qayıdaq türk mahnılarına. Həm insanı rahatladan mahnıları ilə, həm də maraqlı filmləri ilə məşhurlaşan Ferdi Tayfurun ifasına müraciət edək.
Ferdi Tayfur- Göremedim bu gün seni