Kurikulum latın sözü olub, lüğəvi mənası “kurs”, “elm” deməkdir.
Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir.
Azərbaycan Respublikasında ümumi təhsil Konsepsiyası ( Milli Kurrikulumu) hazırlanarkən aşağıdakı prinsiplərə istinad edilmişdir:
nmilli və ümumbəşəri dəyərlərin nəzərə alınması;
Ümumi təlim nəticələri işlənən zaman milli və ümumbəşəri dəyərlər nəzərə alınmışdır. Məsələn, bu prinsip ibtidai təhsil pilləsində ana dili fənni üzrə ümumi təlim nəticələrində belə ifadə olunmuşdur. Azərbaycan xalqının dili, əxlaqi-mənəvi dəyərləri, milli adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında qazandığı ilkin bilikləri sadə formada təqdim etməyi
Bu zaman hər bir şagirdin fərdiyyətinin, idrak problemlərinin, şəxsi keyfiyyətlərinin, səmərəli inkişaf etməsi təmin olunur, uşağın yaxşı oxuya bilməsi və yaxşı oxumaq istəməsi üçün şərait yaradılır.
Məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsil alanların təhsilə olan ehtiyacları öyrənilməlidir ki, bu da cəmiyyətin ehtiyacı deməkdir. Ona görə də təlim prosesinin səmərəliliyində, şagirdlərin təlim uğur-larında bilavasitə, şagirdin mənəvi ehtiyacları, təhsilə olan tələbatları nəzərə alınır.
Pedaqoji prosesin sonunda gözlənilən təlim nəticələri əvvəlcədən müəyyən olunur.
Təlimin məzmunu nəticələr formasında ifadə edilir.
Şagird pedaqoji prosesin mərkəzində dayanır.
Bütün tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir.
İnteqrasiya - müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir.
Fəndaxili inteqrasiya – müəyyən bir fənnin aşıladığı anlayış, bilik və bacarıqların əlaqələndirilməsi – fənn daxilindəki faktların sistemləşdirilməsidir.
Fənlərarası inteqrasiya – iki və ya daha artıq fənnin əhatə etdiyi anlayış, bilik, bacarıq və prinsipin sintezidir