Məktəb ikinci evimizdir
Məktəbimizin müəlliməri fənn kurikulumlarının tətbiqində təhsil islahatının prinsipləri əsasında pedaqoji innovasiyalara yiyələnirlər, mənimsəyirlər, müxtəlif mövzularda keçirilən Təhsil Nazirliyinin xətti ilə, qeyri hökümət təşkilatları, Gəncə şəhər Təhsil İdarəsi tərəfindən həyata keçirilən seminarlar, treninqlərdə fəal iştirak edirlər, ixtisas müəllimləri ilə informasiya, elmi mübadilələr yaradırlar. Məktəbimizdə bütün fənlər üzrə savadlı, peşəkar, işini sevən, yaradıcı müəllim heyəti vardır. 2009-cu ildən məktəbimizdə kimya-biologiya fənləri üzrə dayaq məntəqəsi yaradılmışdır ki, bu da bu fənlərin tədrisi sahəsində mühüm bir rol oynayır. İnteraktiv metodlardan istifadə, dərsin fəal şəkildə qurulması, düzgün bələdçilik qabiliyyəti, standartlardan irəli gələn təlim metodlarının, iş formalarının, iş üsullarının seçilməsi, müasir dövrün tələblərinə uyğun aktual mövzuların sərbəst, demokratik humanist prinsiplər əsasında tədrisin təşkili bütün müəllimlərimizin peşəkar istiqamət yoluna çevrilmişdir. “Fənn müəllimlərimiz pedaqoji ideyalar” müsabiqəsində iştirak edib və diplomlarla təltif edilmişlər. 16.12.2011-ci il tarixində məktəbimizdə “Açıq qapı” günü elan edilmiş və yüksək səviyyədə həyata keçirilmişdir. Bu cür tədbirlərin keçirilməsi bütün pedaqoji kollektivin peşəkarlıq, məsuliyyət səviyyəsinin artmasına, zamanın tələblərinə uyğun dərsin planlaşdırılmasına, fəal təlim metodlardan istifadəsinə, informasiya bilik mübadiləsi şəraitinin yaradılmasına geniş imkanlar yaradır.
Məktəbin iş planına uyğun geniş, zəngin, maraqlı tədbirlərin keçirilməsi şagirdlərin mənəvi dəyərlərinin formalaşmasına yaxından köməklik edir, onların bacarıqlarının üzə çıxarılması, uğurların, nəaliyyətlərinin qiymətləndirilməsi, zəif, passiv şagirdlər üçün nümunə olması - bütün bu xüsusiyyətlər məktəb tədbirlərinin həyata keçən zaman şagirdlərin qazandığı mənəvi dəyərlər potensialına çevrilir. Bilik günü, Konstitusiya, Bayraq günləri, 31 dekabr- Milli Həmrəylik günü, tariximizin faciəli səhifələri, Milli bayramlarımız, fənn gecələri, sərbəst mövzulara aid tədbirlər, dahi şairlərin, elm xadimlərinin xatirə gecələri, aktual mövzular ətrafında debatların, dəyirmi masaların, şəhər tarixi abidələrinə ekskursiyaların təşkili həyata keçirilir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində müasir qiymətləndirmə konsepsiyasından irəli gələn prinsiplər əsasında şagirdlərin imtahan qabağı hazırlığı, fənn göstəricilərinin, sınaq testlərini monitorinqi məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. “Məktəbin 9 və 11 –ci sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada keçirilmiş məktəbdaxili sınaq test yoxlamaları” “İmtahana hazırlıqla bağlı monitorinqin keçirilməsi”, “I-IV siniflərdə riyaziyyat və azərbaycan dili fənlərinin tədrisi vəziyyətini öyrənmək məqsədi ilə keçirilən monitorinqlər”- bu tədbirlər şagirdlərin bilik bacarıqların hansı səviyyədə olduğunu müəyyən edir. Onların yüksək mərhələlərdə verdikləri imtahanlara hazırlıq, vərdiş, texniki cəhətdən çevik və bacarıq xüsusiyyətlərinin əldə etməyə imkan yaradır.
Məktəbimizdə istedadlı şagirdlərlə də xüsusi iş aparılır. Onlar sinif rəhbərləri, fənn müəllimlərin əsas dayaq nöqtəsidir. Bütün keçirilən inşa yazıları,referat işləri, əl işləri təqdimatlarına öz bacarıqlarını nümayiş etdirir və intellektual bacarıqlarını gücləndirilər. Bir ildir məktəbdə intellekt klub fəaliyyət göstərir. Bu şagirdlərlə peşəkar müəllimlər məşğul olur, onların birgə işi fəaliyyətində şagirdlərin dünya görüşü artır, informasiya mübadiləsi şəraiti yaradılır, aktual mövzularla bağlı dialoqlar, müsahibələr təşkil edilir.
Bu ilin yanvar ayından “Kiçik akademiya” yaradılmışdır. Bu qurum istedadlı şagirdlərin bir təşkilatına çevrilmişdir, burada onlar öz bilik səviyyələrini təhlil edir, elmi fikirləri ilə əməkdaşlıq, qarşılıqlı dinləmə, yeni layihələr, iş birlikləri haqqında mülahizələr yürüdürlər.Hər il “Ən yaxşı şagird” müsabiqəsinin qalibləri müəyyən olunur və onlar xüsusi olaraq rəğbətləndirilirlər.
2009-cu ildən bizim şagird və müəllimlərimiz ABŞ-in Beynalxalq inkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə Amerika hüquqşunasları Assosiasiyası ilə səmərəli əməkdaşlıq edir. Uğurla nəticələnmiş “Onlayn Canlı Hüquq” layihəsinin sonunda məktəbin şagirdlərinə proqramda iştirakına görə müvafiq sertifikatlar(şəhadətnamələr) verilmişdir.
Məktəbimizdə Valideyn Müəllim Assosiasiyası yaradılıb, valideynlər və
müəllimlər arasında sıx əlaqələr, fikir mübadilələri, mənəvi kömək, dayaq, qarşılıqlı hörmət münasibətləri qurulmuşdur. 2010-cu ildən “Məktəb uşağın dostudur” lahiyəsinə qoşulmuşuq və bu sahədə işləri daha da genişləndirmək,
dərinləşdirmək, rəsmiləşdirmək arzusundayıq. Məktəbin müəllim- şagird
kollektivi ictimai birliklər, fondlar, yerli və beynalxalq qeyri- hökümət təşkilatları “ Gəncə Regional Elmi mərkəzi”, “Gəncə şəhər Gənclər və İdman Baş idarəsi”,
“İxtisaslaşdırılmış Şahmat- Dama Olimpiya Ehtiyatlar Uşaq Gənclər İdman məktəbi”, “Azərbaycan müəllimlər institutunun Gəncə filialı” ilə əlaqələr yaradır, birgə əməkdaşlıqdan çox faydalanırıq Elmi qabiliyyətlərimizi inkişaf etdiririk.
Bir sözlə öyrənir, öyrədirik prinsipi ilə təhsil-təlim münasibətlərimizi qururuq.