Sürücü Təlim sertifikatının əldə olunması

Taksi fəaliyyəti haqqında yeni qanunvericiliyə əsasən 1 iyul 2024-cü il tarixindən etibarən sürücülər yalnız taksi fəaliyyətinə uyğun olan, “Euro-5” ekoloji standartının tələblərinə cavab verən, istehsal ili 8 ildən köhnə olmayan avtomobillərinə (2016-cı ildə və daha yeni istehsal olunmuş) Buraxılış vəsiqəsi və Buraxılış kartı əldə etmək üçün müraciət edə bilirlər. Sürücülər Buraxılış vəsiqəsi və Buraxılış kartını əldə etmək üçün isə ilk növbədə Təlim sertifikatını əldə etməli, daha sonra qeyd olunan sənədləri əldə etmək üçün müraciət etməlidirlər.

Sürücü Təlim sertifikatı

Sürücülər Təlim sertifikatını əldə etmək üçün “Sürücü Təlim Mərkəzi MMC” (Ziya Bünyadov 39, Yaşıl Qapı - DOST mərkəzinin yaxınlığı) və ya “Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi”nə (Səbail r-nu, Elçin Əzizov küç.) yaxınlaşaraq 76 AZN məbləğində rüsum ödəyərək dərslərdə iştirak edə bilərlər.

Sürücülər VÖEN olmadan təlim prosesinə daxil ola bilərlər. Təlimi uğurla başa vuran sürücülər 35 AZN rüsum ödəyərək DİM tərəfindən keçirilən imtahanda iştirak edərək Təlim sertifikatını əldə edirlər.