"Startapdan Sahibkarlığa" tədbiri "Develop with aiesec." adı altında AIESEC Azərbaycan gənclər təşkilatı tərəfindən təşkil olunur. "Develop with aiesec." gənclərin müxtəlif bacarıqlarını inkişaf etdirməyə yönəlmiş tədbirlər toplusudur. Layihənin məqsədi, gənclərin maraq dairələrini nəzərə alaraq təlimlər keçirmək və gənclərin potensialını müasir dövrün tələblərinə uyğunlaşdıraraq, onlara fərdi inkişaf sahəsi təmin etməkdir.
TƏDBİRİN MƏQSƏDİ NƏDİR?
Tədbirin əsas məqsədi gənclərdə startap və sahibkarlıq ilə bağlı ilkin təsəvvür formalaşdırmaq və onları bu sahənin perspektivləri ilə yaxından tanış etməkdir. Həmçinin gələcəkdə sahibkar olmaq istəyən şəxslərə öz ideyalarını uğurlu biznesə çevirmək üçün bu sahənin mütəxəssisləri ilə tanışılıq imkanı yaratmaqdır.