Yulduz Rəhimov, Prof.Dr.
DAAB İdarə Heyətinin Üzvü
Elmi Katib
DÜNYA AZƏRBAYCANLI ALİMLƏR BİRLİYİ
Elmi Katib
Kanada, York Universiteti (Toronto),
Elm Fakültəsinin Riyaziyyat və Statistika Departmenti,
Mövsümi Dosent (Uzun Xidmət Tədris Təyinatlı),
2000-2024-cü illərdə 25 müxtəlif magistr və bakalavr kursları tədris etmişdir
İxtisası: Riyaziyyat
E-poçt ünvanı: raguimov@yorku.ca
Əməliyyatların Tədqiqi ve Riyazi Modelləsdirmə sahəsində mütəxəssisdir.
1981-ci ildə SSRI Elmlər Akademiyasının Hesablama Mərkəzində (Moskva səhəri) Tətbiqi Riyaziyyat üzrə namizədlik disertasiyası müdafiə etmişdir.
1991-ci ildə Hesablama Texnikasının, Riyazi Modelləşdirmənin və Riyazi Metodların Tədqiqata Tətbiqi sahəsində böyük tədqiqatçı diplomuna layiq gorülmüşdür.
1999-2024-cü illərdə Kanadanin York və Toronto Universitetlərində 25-dən çox müxtəlif PhD, magistr və bakalavr kursları tədris etmişdir. Müxtəlif beynəlxalq elmi jürnalda 25-dən çox məqaləsi dərc olünmüşdür. Bir dərs vəsaiti və bir kitabın müəllifidir. ABS, Kanada, Avstraliya, Italiya, Çin və Rusiyada kecirilmiş 12 beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir.
Azərbaycan Elmlər Akademiyasinin Kibernetika İnstitutunun, Kanadanın Fields Riyazi Tedqiqatlar İnstitutunun və ADA Universitetinin elmi seminarlarında məruzələrlə cıxış etmişdir.
2008-ci ildə Vyanada (Avstriya) keçirilən Modelləşdirmə, İdarəetmə və Avtomatlaşdırmada Hesablama İntellekti üzrə Beynəlxalq Konfransın Təhlil Komitəsində fəaliyyət ğostərmişdir.
İNFOCOMP 2013 (Lissabon, Portüqaliya) və İNFOCOMP 2015 (Brüssel, Belçika) beynəlxalq konfranslarının proqram komitələrinin üzvü olmüşdür. İki ali məktəb dərs vəsaitində istinad olünmüşdür. 2013-cü ildə York Universitetinin Elm Fakültəsi tərəfindən “Tədrisdə Mükəmməllik Mükafatı” ilə təltif olünmüşdür – bü mükafat tədris mükəmməlliyinə və fakültəyə ğostərdiyi ğorkəmli töhfəyə ğörə verilmişdir.
Professor Robert G. Bürns ilə birlikdə SSRİ Elmlər Akademiyasının akademiki N.N. Moiseyevin “İnsan və Noosfera” və “Sabah nə qədər uzaqdır” adlı əsərlərini inğilis dilinə tərcümə etmişdir. Sonuncu kitabın tərcüməsi 2022-ci ildə Birkhäuser nəşriyyatı tərəfindən çap edilmişdir.