Yulduz Rəhimov, Prof.Dr.
DAAB İdarə Heyətinin Üzvü
Elmi Katib
DÜNYA AZƏRBAYCANLI ALİMLƏR BİRLİYİ
Elmi Katib
Kanada, York Universiteti (Toronto),
Elm Fakültəsinin Riyaziyyat və Statistika Departmenti,
Mövsümi Dosent (Uzun Xidmət Tədris Təyinatlı),
2000-2024-cü illərdə 25 müxtəlif magistr və bakalavr kursları tədris etmişdir
İxtisası: Riyaziyyat
E-poçt ünvanı: raguimov@yorku.ca
Əməliyyatların tədqiqi ve riyazi modelləşdirmə sahəsində mütəxəssisdir. 1981-ci ildə SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzində (Moskva şəhəri) Tətbiqi Riyaziyyat üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə Hesablama Texnikasının, Riyazi Modelləşdirmənin və Riyazi Metodların Tədqiqatda Tətbiqi sahəsində Baş Elmi Tədqiqatçı diplomuna layiq görülmüşdür. 1999–2024-cü illərdə Kanadanın York və Toronto Universitetlərində 25-dən çox müxtəlif PhD, magistr və bakalavr kursları tədris etmişdir. Müxtəlif beynəlxalq elmi jurnallarda 25-dən çox məqaləsi dərc olunmuşdur. Bir dərs vəsaiti və bir kitabın müəllifidir. ABŞ, Kanada, Avstraliya, İtaliya, Çin və Rusiyada keçirilmiş 12 beynəlxalq elmi konfransda məruzələrlə çıxış etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun, Kanadanın Fields Riyazi Tədqiqatlar İnstitutunun, Toronto və York Universitetlərinin, və ADA Universitetinin elmi seminarlarında məruzələrlə çıxış etmişdir. 2008-ci ildə Vyanada (Avstriya) keçirilən Modelləşdirmə, İdarəetmə və Avtomatlaşdırmada Hesablama İntellekti üzrə Beynəlxalq Konfransın Təhlil Komitəsində fəaliyyət göstərmişdir. İNFOCOMP 2013 (Lissabon, Portuqaliya) və İNFOCOMP 2015 (Brüssel, Belçika) beynəlxalq konfranslarının proqram komitələrinin üzvü olmuşdur. İki ali məktəb dərs vəsaitində istinad olunmuşdur. 2013-cü ildə York Universitetinin Elm fakültəsi tərəfindən “Tədrisdə Mükəmməllik Mükafatı” ilə təltif olunmuşdur – bu mükafat ona tədris mükəmməlliyinə və fakültə qarşısında göstərdiyi xidmətlərə görə verilmişdir. Professor Robert G.Bürns ilə birlikdə SSRİ Elmlər Akademiyasının akademiki, Professor N.N.Moiseyevin “İnsan və Noosfera” və “Sabah nə qədər uzaqdır” adlı əsərlərini İngilis dilinə tərcümə etmişdir. Sonuncu kitabın tərcüməsi 2022-ci ildə Birkhauser nəşriyyatı tərəfindən çap edilmişdir: https://link.springer.com/book/10.1007/978-3-030-96651-5