Teymur Rzayev, Prof. Dr.
DAAB İdarə Heyətinin Üzvü
Türkiyə Cümhuriyyəti Yeditepe Universiteti Gözəl Sənətlər Fakültəsi,
Plastik Sənətlər - Rəsm Bölümü Müəllimi,
Prof. Dr.
İxtisası: Rəssam
E-poçt ünvanı: teymurrr@gmail.com
Türkiyə Respublikasının heç bir universitetində olmayan və yalnız Yeditepe Universiteti Gözəl Sənətlər Fakültəsində, Teymur Rzayev tərəfindən layihələndirilmiş “DESEN ANFİSİ” günümüzə qədər tələbələrin ən çox zövqlə çalışdıqları məkandır. Bu məkan çox sayda bakalavr tələbəsi məzun etmişdir.
18 magistr və 7 doktorant tələbəsinə elmi rəhbərlik etmişdir.
8 milli və 5 beynəlxalq jurnalda məqaləsi çap olunmuşdur.
3 kitab-albom nəşr edilmişdir.
43 ölkədaxili və 18 beynəlxalq sərgisi keçirilmişdir.
26 ölkədaxili və 12 beynəlxalq simpoziumda iştirak etmişdir.
3 ölkədaxili və 8 beynəlxalq muzeydə əsərləri sərgilənir.
Əsas nailiyyətləri:
1991 - Azərbaycan Rəssamlar İttifaqının üzvü.
2011 - Azərbaycan Respublikasının Əməkdar Rəssamı.
2016 - III dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edilmişdir.
2013 - Rusiya Rəssamlıq Akademiyasının "Şuvalov" medalı ilə təltif edilmişdir.
2015 - Rusiya Rəssamlıq Akademiyasının "Akademiyaya xidmətə görə" qızıl medalı ilə təltif edilmişdir.
2017 - Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilmişdir.
2022 - "Azərbaycan Diasporasına xidmətlərinə görə" medalı ilə təltif edilmişdir.
2022 - Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin sədrliyi ilə Xarici Ölkələrdə yaşayan Azərbaycanlıların Əlaqələndirmə Şurasının üzvü seçilmişdir.
2024 - Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin üzvü.