ƏLAQƏ


EMAİL: SELIMLIMEDIA@GMAIL.COM OYMHOLDİNG@GMAIL.COM
WHATSAPP: +994(55) 440 55 65
FACEBOOK: FB.ME/RADIOVETENM.ME/RADIOVETEN
INSTAGRAM: @RADIOVETEN@VETENTELEVIZIYASI

HAQQIMIZDA

Ilk yayım

Paytaxt Media Qrupu — Azərbaycanda internet, Kabel, Peyk vasitəsi ilə fəaliyyət göstərən Televiziya və Radiolar şəbəkəsi. Rəhbəri Emil Səlimlidir.

Tarixi

Azərbaycan internet məkanında ilk televiziya və radio stansiyalardan biri olan "Paytaxt Media" Televiziya və Radio Yayınları Şirkəti 1 sentyabr 2009-cu ildə fəaliyyətə başlamışdır. Sonradan yayım fəaliyyətini texniki problemlərlə əlaqədar olaraq dayandırmışdır. 2011-ci il mart ayından etibaren yenidən fealiyyətini "Paytaxt Media" olaraq bərpa etmişdir. 2011-ci ildən -20.03.2014 tarixinədək "Paytaxt Media"nın tərkibində 5 radiostansiya fəaliyyət göstərmişdir.Şirkətin tərkibində fəaliyyət göstərən radiolar bunlar idi:

1. POP Station

2011-ci ildən 2013 cü ilədək Paytaxt Radio adı altında fəaliyyət göstərib. 2013 cü ilin Sentyabr ayından etibarən bu ad istifadə edilib).Bu radioda Populyar Azərbaycan musiqilərindən və dünya xitlərindən seçmə musiqilər səsləndirlib.Radio 4.09.2011-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb

2. Rap Station

Azərbaycanın və dünyanın ən çox dinlənilən repləri bu radiostansiyada səslənirdi.Radio 4.09.2011-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb

3 Romantik Radio

Azərbaycanın və dünyanın romantik musiqiləri bu radioda səslənirdi.Radio 14.04.2012-cü ildə fəaliyyətə başlayıb. 20.03.2014 fəaliyyətini dayandırıb

4 Retro FM

Azərbaycanın ən çox dinlənilən korifey sənətçilərinin dillərdən düşməyən musiqiləri bu radioda səslənirdi.Radio 01.04.2013-cü ildə fəaliyyətə başlayıb. İlk həftələr 10:00-20:00 arası fəaliyyət göstərib. Noyabr ayının əvvəllərindən etibarən 24 saatlıq yayına keçmişdir. Radio fəaliyyətini 20.03.2014 fəaliyyətini dayandırıb.

5. Retro World

1980-2000-ci illərdə Avropanın ən çox dinlənən hitə çevrilmiş musiqiləri bu radioda səslənir. Radio 7/24 fəaliyyət göstərir. 1 yanvar 2014-cü ildən fəaliyyətə başlayıb. (Yayım müddəti 4 ay davam edib və 20.03.2014 fəaliyyətini dayandırmışdır.)


Paytaxt Media Televiziya və Radio yayımları şirkəti 2014-cü ilin Mart ayının 20-sindən etibarən yayım haqqını "Ukrain İnternet Service" Data şirkətinə və Türkiyənin TMG yayım şirkətinə satmışdır. Və Azərbaycanda olan efir mərkəzi 20.03.2014 tarixində bağlanmışdır.

Paytaxt Media Türkiyədə Başkent FM adi altında 94fm-də yayımlarını bir müddət davam etdirib.

İkinci Yayım və dəyişim

İlk olaraq rebrending

2015 ci ilin Dekabr ayının 22 ci günündə Türkiyədəki yayım mərkəzi Paytaxt Media şirkətinə təhvil verilərək bağlanmışdır.Bundan Bir gün sonra isə "Ukrain İnternet Service" Data şirkətidə yayım haqqını Paytaxt Media şirkətinə təhvil vermişdir.

23.12.2015-ci il tarixində "Paytaxt Media" şirkəti rebrending edərək fəaliyyətinə yenidən başlamışdır.

Yayım

6 Yanvar 2016-cı ildə Paytaxt Media şirkəti tərəfindən Paytaxt Kanalının fəaliyyətinə başlanılmışdır. Bununla bərabər Paytaxt Radio yayımlarına təkrar başlamışdır.

Mədəniyyətdən,İncəsənətə və Əyləncəyə dair hərşey bu kanalda cəmlənib.O cümlədən kanalda Bədii Filmlər,Seriallar,Uşaqlar üçün cizgi filmlərdə yayımlanır.

Azərbaycanı Dünyada tanıdan media şirkəti Paytaxt Media yayımlarına ani bir qərarla son verir.9 illik media şirkəti ad və brend dəyişikliklərinə gedir. Bütün Yayımlar dayandırılır.

Üçüncü Yayım və dəyişim

1 İyul 2018 şirkət yenidən təsis edilərək ODLAR YURDU MEDİA LTD ŞTİ adlandırılmışdır. Paytaxt Kanalı 10 Sentyabr 2018- ci ildən etibarən Paytaxt Kanalı, Vətən TV adı ilə yenidən yeni dizaynla yeni koseptlə yayıma başlamışdır.

10 Noyabr tarixindən isə Radio Vətən fəaliyyətə başlamışdır.