“Gələcəyə addım” adlı geologiya və geofizika üzrə

ümumrespublika olimpiadası


10 mart – 27 may 2020-ci il

AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadası

Olimpiada respublikanın ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmlə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

AMEA Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası məktəblilər üçün ilk olimpiadanı 2013-cü ildə təşkil edib. “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə paytaxtın 8-11-ci sinif şagirdləri arasında keçirilib. Şagirdlərin Yer elmlərinə həvəsini artırmaq, onların potensialını və istedadını inkişaf etdirmək, elm ilə təhsilin vəhdətindən faydalanmaq məqsədilə ərasəyə gətirilən olimpiadada 135 şagirddən 18 nəfəri finala yüksəlmiş, yekun mərhələdə Enel Şirinli birinci, Məryəm Əli ikinci, Gövhər Zeynalova üçüncü, Səbinə Əliyeva dördüncü, Vüsal Həsənli isə beşinci yerə layiq görülmüşdür. İlk beşliyə düşmüş məktəblilərə mükafat və diplomlar təqdim olunmuşdur.