MÜHASİB+ Məxfilik Siyasəti
MÜHASİB+ əlavəsi istifadəçinin öz hesabındakı elektron qaimələri new.e-taxes.gov.az saytından Excel və PDF formatında, gömrük bəyannamələrini isə gömrük portalından (e.customs.gov.az) Excel formatında ixrac etmək üçün nəzərdə tutulub.
Toplanan məlumat. Əlavə yalnız istifadəçinin e-poçt ünvanını toplayır. Bu məlumat lisenziya yoxlaması və istifadə icazəsinin idarə olunması üçün istifadə edilir.
Qaimə və bəyannamə məlumatları. Qaimə, gömrük bəyannaməsi və maliyyə məlumatları yalnız istifadəçinin brauzerində emal olunur. Bu məlumatlar serverə göndərilmir və saxlanılmır.
Məlumatın paylaşılması. Toplanan məlumat satılmır, üçüncü tərəflərə ötürülmür və əlavənin məqsədindən kənar istifadə edilmir.
Lokal saxlama. Parametrlər (tarix aralığı, süzgəclər) yalnız istifadəçinin brauzerində saxlanılır.
Əlaqə. Suallar üçün: oktaymemmedrzayev@gmail.com
Son yenilənmə: 23.11.2026