Dünyada qadın qıtlığı yoxdur. Sudan sonra dünyada ən çox olan şey qadındır.
3. NEXTLƏMƏ ŞƏRTLƏRİNİ ANLAMAQ
Bir qadını nextləmək üçün müəyyən şərtlər yaranmalıdır. Daha əvvəl dediyim kimi, ilk növbədə oyunun yaxşı olmalıdır — yəni oyunun bərbad səviyyədədirsə, əslində sən qızları deyil, qızlar səni nextləyir. Əgər səni əhəmiyyətli hesab etmirlərsə, demək problemlər səndədir. Bu baxımdan oyunu inkişaf etdirsən belə, çox qadını nextləmək məcburiyyətində qala bilərsən. Oyunda hər bir qadını tovlamaq mümkün deyil; prosesdə çox qadın itirəcəksən və bu tamamilətəbiidir.
Nextləmənin ilk şərti qadının sənin kifayət qədər marağına qarşılıq verməməyə davam etməsidir. Bu, ümumi bir müqavimətin qırıla bilməməsidir. Oyunu oynayırsan, texniki və zamanlama səhvi yoxdur, amma qadınla söhbət irəliləmir. Bu vəziyyət bir qədər davam edir, amma irəliləyiş əldə edə bilmədikdə ilk olaraq “ARA VERİRSƏN” — qadına yazmağı dayandırırsan və başqa qadınlara fokuslanırsan; buna bağ qurma texnikası deyilir. Bir müddət sonra qadını yenidən yoxlayırsan, yəni oyunu yenidən qurursan; amma qadının reaksiyası əvvəlki kimidirsə və ya daha da pisə gedibsə, o qadınla şansın yoxdur. Bu nöqtədə qadını nextləməlisən: telefonundan nömrəsini silirsən, Instagram-dan çıxarırsan və bloklayırsan. Hər şey bitmiş sayılır.
Digər bir şərt isə budur: qadınla söhbətin var, amma həmişə eyni mərhələdə qalır. Məsələn, qadın sənin flört etməyinə icazə vermir — bu, ilk vaxtlarda normal sayıla bilər, amma zaman keçməsinə baxmayaraq irəliləyiş əldə edə bilməmisənsə, deməli, problem var. Hətta mükəmməl bir bazmen olsan belə, bu sənin başına gələ bilər, çünki qadın söhbətin irəliləməsinə İCAZƏ VERMİR.
Bu halda sən bir neçə dəfə şansını yoxlayırsan, amma nəticə eyni qalırsa, bu qadından nəsə çıxması çətindir — ya da səni aylarla məşğul edib vaxtını alacaq deməkdir. Mən şəxsən heç bir qadın üçün aylarla vaxt itirmirəm, çünki buna dəyməz.
Bu baxımdan, əgər flört mərhələsinə keçə bilmirsənsə və qadın səni “dost zonasına” salıbsa, o zaman onu nextləməlisən. Yazmağı dayandırırsan, bir müddət heç yazmırsan. Əgər qadın özü yazarsa, son dəfə flörtü yenidən yoxlayırsan, amma yenə nəticə alınmırsa, onu tamamilə nextləyirsən.
Əgər qadın sənə ümumiyyətlə yazmırsa, deməli, o səni artıq nextləyib. Onun gözündə artıq başqa kişi səndən öndədir. Bu vəziyyətdə ən məntiqli addım — başqa qadın tapmağa fokuslanmaqdır.
Başqa bir şərt isə qadının görüşmək istəməməsi və sənin həddindən artıq vaxtını almasıdır. Bəzən görüş üçün vaxt erkən ola bilər, buna görə oyunu oynamağa davam edirsən, şansını artırırsan, amma qadın hələ dənə olursa-olsun görüşməyə razı olmursa, onu nextləməlisən. O, səndən havayı diqqət görmək üçün baş qatır və bu vəziyyəti qorumaq istəyir. Belə qadınlar adətən mesajlaşmağa açıq olurlar, amma nə olursa-olsun görüşə gəlmirlər.
Sən görüşü nə qədər çox israrla istəsən, gücünü bir o qədər itirirsən. Yəni ən çoxu iki dəfə soruşa bilərsən; əgər yenə alınmırsa, birbaşa nextləməlisən. Unutma: “mıxı mıx çıxardar” — bir qadında alınmırsa, başqasında alınar.
Nextləmənin başqa bir şərti isə qadının sənin istəmədiyin davranış və hərəkətləri israrla davam etdirməsidir. Sən qadını bir dəfə xəbərdar edirsən — və məsələ bitir. İkinci dəfə deməyə ehtiyac yoxdur. Amma qadın yenə də eyni davranışda israr edirsə, bütün diqqətini, marağını və əlaqəni kəsirsən və diqqətini başqa qadına yönəldirsən.
Bu baxımdan nextləmə bacarığı çox önəmlidir, çünki belə vəziyyətlərdə orta səviyyəli beta kişilər adətən nextləmək iradəsinə sahib olmurlar.
4. NEXTLƏMƏNİN GÜCÜ VƏ ƏHƏMİYYƏTİ
Nextləmənin gücü tamamilə fərqlidir, çünki əksər kişilər ısrarlı və orta səviyyəli beta davranışları göstərirlər. Bir qızın arxasınca aylarla, hətta illərlə sürünən axmaqlar var — bu isə tamamilə təcrübəsiz və düşüncəsiz bir hərəkətdir.
Belə kişilərin başqa qadına yazmaq üçün iradəsi yoxdur, daha doğrusu, oyunları yoxdur — nə etdiklərini özləri də bilmir. Bu tip adamlar adətən sadə hiss və instinktlərlə yaşayan, aciz tiplər olurlar.
Bir qadına büt kimi bağlanıb sitayiş etmək (oneitis) və onu ideallaşdırmaq (simplik) böyük bir səhvdir. Bir bazmen üçün bu iki xüsusiyyət mövcud ola bilməz və qəbul edilməzdir. Heç bir qadına beynini yormursan və heç birini ucaltmırsan. Ucaldacağın yeganə insan özünsən.
Nextləmənin gücü, əsasən müəyyən qədər yatırım etmiş olsan belə qadını silə bilməklə ölçülür. Bir qadınla cəmi iki gün yazışmaq belə əslində bir investisiyadır — çünki sən şansını sınayırsan və bunun üçün enerji, zaman və səy sərf edirsən. Əslində başqa işlər görə biləcəyin vaxtını xərcləmisən və nəticə çıxmadıqda bu, səni narahat edə bilər — amma oyun belə işləyir.
Təkcə yazışmaq yox, bəzən qadınla həftələrlə danışarsan və sonda onu nextləməli olarsan. Bəzən iki dəfə görüşmüsən, yəni ortada ciddi zaman, enerji və hətta pul yatırımı var, amma nəticə yoxdur. Hətta bir qızı evinə qədər gətirərsən, amma nəticə alınmadığı üçün onu nextləmək məcburiyyətində qalarsan. Bəzən dörd dəfə görüşdüyün, bu qədər səy, vaxt və pul sərf etdiyin qadını nextləməli olursan.
Bu səni incidib ƏZAB VERİR, çünki zəhmətin hədər getmiş olur, amma bunun qarşısında ediləcək bir şey yoxdur. Daha çox ağrı verən isə heç bir nəticə verməyəcək bir qadının arxasınca qaçmaqdır. Məhz nextləmək sənə harada dayanmağın lazım olduğunu çox aydın şəkildə öyrədir.
Əgər dayanmalı olduğun yerdə dayana bilmirsənsə, həmişə uduzacaqsan. Ümumiyyətlə, insan psixologiyasında belə bir hal var: bir şeyə çox sərmayə qoyduqda, ondan imtina etmək çətin olur. İnsanlar enerjilərinin boşa getməsini istəmirlər. Elə buna görə də batan şirkətin sahibi çox vaxt axıra qədər dayanmadan çalışır, halbuki bir nöqtədə dayanmaq lazımdır.
Eyni səbəbdən, orta səviyyəli beta kişilər də çox vaxt keçmiş sevgililərini geri istəyirlər, çünki o qədər sərmayənin boşa çıxmasını qəbul edə bilmirlər. Amma həyat belədir və etdiklərin bəzən zamanla dağılır.
Qadını nextlədiyin anda əslində ciddi bir gücü əlinə alırsan — yəni NƏZARƏT SƏNDƏ OLUR. Çünki əksər kişilərdə özünü idarə etmə bacarığı yoxdur; biri ilə alınmayanda, digərinə keçə bilmirlər.
Üstəlik, qadınları ən çox qıcıqlandıran şey — başqa qadınlardır. Bir qadını ən qəzəbləndirən vəziyyət, vaxtilə danışdığı, amma dəyər vermədiyi bir kişinin sonradan daha gözəl bir qadınla sevgili olmasıdır. Qadınlar adətən səni bəyənmədikdə, düşünürlər ki, başqa qadınlar da səni bəyənməyəcək. Amma səni bəyəndikdə isə, elə bilirlər ki, bütün qadınlar səni bəyənir. Halbuki, bu, həqiqət deyil.
Səni bəyənməyən qadın səni özündən daha gözəl bir qadınla gördükdə, çox vaxt psixoloji olaraq sarsılır, bəzən hətta sənə qarşı obsessivlik yaradır.Amma nextləməyin məqsədi bu deyil. Next etdiyin qadına bir daha şans vermirsən, çünki tüpürdüyünü yalaya bilməzsən. Məhz budur nextləmənin əsl gücü — çox təsirli bir gücdür, çünki oyunda israr üçün yer yoxdur.
Alınmadığını yetkinliklə qəbul edirsən; “ya mənimsən, ya torpağın” düşüncəsinə düşmürsən. Əsas olan sənsən, qadınlar deyil. Heç bir qadın əvəzolunmaz deyil. Qadınlar sənin daha yaxşısını tapa bildiyini gördüklərində və buna inandıqlarında, səni buraxmaqda çətinlik çəkirlər.
Bir qadın həmişə bilməlidir ki, sən onu istəsən, nextləyə bilərsən — hətta uzunmüddətli münasibətdə olsan belə. Məsələn, sevgilin sənin istəmədiyin davranışlar sərgiləyirsə, onu nextləyirsən; bu baxımdan, ayrılıq da bir növ nextləmədir.
Sadəcə evlilikdə nextləmək çətinləşir, amma bu gücə sahib olmaq yenə də vacibdir. Hər şey nə qədər yaxşı getsə də, hər şeyin bir gün bitə biləcəyi fikri sənə yad olmamalıdır.
Məsələn, əgər həyat yoldaşın sənin və ananın qarşısında böyük hörmətsizlik edərsə, nə edəcəksən? Onu buraxacaqsan. Lazım gələrsə, aliment ödəyəcəksən, lazım olsa bədəl verəcəksən, amma onu buraxıb daha yaxşısını tapacaqsan.
Kişi olaraq yeganə gücün budur — və bu, qadınların ən çox qorxduğu gücdür.
Məsələn, nextləyə bilməyən beta kişilər nə edirlər? Gedib arvadlarını döyürlər. Amma bu, həm əxlaqsız, həm də faydasız davranışdır. Qadını döyərək onu “yola gətirmək” olmaz — əksinə, qadın səndən iyrənər, nifrət edər vəsəni zəif biri kimi görər.
Halbuki eyni vəziyyətdə sən qadını nextləsən, qadın sənə hörmət etməyə başlayar. Çünki qadınlar prinsipləri və sərhədləri olan kişilərə hörmət edirlər.