TƏCAVÜZKAR HESAB EDİLMƏK QORXUSU NƏDİR?
Salam BAZMAN-nin əziz və dəyərli izləyiciləri, bu yazıda sizlərə bir çoxlarınızın çəkindiyi və qorxduğu bir vəziyyət olan təcavüzkar hesab edilmə qorxusunu izah edəcəyəm və bu vəziyyəti müzakirə edəcəyəm.
1. Təcavüzkar Damğasından Qorxmaq Normaldır
Qadınlara real həyatda yaxınlaşmağa qorxan bir çox kişilərin qorxmalarının bir səbəbi də qadının mənfi reaksiya verməsi, yəni qışqırıb bağırması, ətrafdakı insanların işə qarışması kimi düşüncələrdir. Qadının bu ifadəsi əsas götürüldüyü üçün, kişilərin çoxu da, birdən məni səhv başa düşərlər, romantik marağım səhv anlaşıla bilər, problem yarana bilər, bu vəziyyəti evdə ailəmə və dostlarıma izah edə bilmərəm və sonra məni tanıyan insanlar mənə pis birisi kimi baxar kimi mənfi düşüncələrə qapılırlar.
Əvvəllər məndə təcrübəsiz vaxtlarımda qadınlarla tanış olmazdan əvvəl beynimdə elə mənfi ssenarilər yaradırdım ki, sözün əsl mənasında qorxu filmi yaşayırdım. Əməlli-başlı narahatçılıq keçirmə səviyyəsində bu cür ssenarilər qurduğuma görə bəyəndiyim və xoşuma gələn bir çox qadına yaxınlaşmağa cəsarət edə bilmirdim və tanış olmaqdan imtina edirdim. Narahatçılığım elə bir səviyyədə idi ki, hələ hərəkətə keçməmiş durduğum yerdə elə bil başıma bir şey gələcəyindən narahat olurdum. Açığı sakit bir şəkildə kənarda dayanmağıma baxmayaraq beynimin içində fırtınalar və tufanlar qopurdu.
Yaxşı gəlin baxaq görək bu vəziyyət nəyə görə baş verir?
Real həyatda hərəkətə keçmədiyiniz zaman ən pis şeyləri düşünməyiniz təbiidir. Beynin və eqon əslində səni qorumaq istəyir və risk etməkdən çəkinməyini istəyir. Real həyatda heç görmədiyin və tanımadığın qadınlarla tanış olmaq risk etməkdir. Bu baxımdan beynin bu riski lazımsız və mənasız görüb səni bu riskə girməkdən çəkindirir, çünki mağara dövründən DNT - nə kodlanmış qorxu var. Başqa kişinin qadınına yaxınlaşıb problemə düşmək və yaşadığın yerdə pis bir reputasiya (pis ad çıxarmaq) əldə edərəm qorxusu var. Bu qorxular kiçik qəbilə həyatında məntiqli olan, ancaq milyonlarla insanın yaşadığı böyük şəhərlərdə mənasız olan qorxulardır. Eqon da özünü riskə atmağını istəmir, çünki kişilərin çoxu eqolarına məğlub olaraq, cəsarətsizlikdən özlərində bəhanlər gətirib "bu qız mənimlə qaralaşır, bu qız mənə baxır" kimi mənasız şeylərlə zehni masturbasiya edərkən, sənin eqon da özünü sınamağını və riskə girməyini istəmir. Ona görə də riskə girməməyin üçün sənə ən pis ssenariləri yaşadır.