Bazman  Fevral 14, 2024

 

Salam Bazmenin əziz və dəyərli oxucuları, bu günki məqaləmizdə sizlərə seks üçün böyük pullar xərcləyib, sonra məyus olmaqdan və evlilikdən soyumaqdan bəhs edəcəyəm.

 Tarix boyu kişinin qazancını və resurslarını qadına xərcləməsi mühüm xüsusiyyətlərdən olmuşdur. Bu baxımdan resursa və qazanca əli çatan kişilərin nəsillərini davam etdirməsi ehtimalı daha yüksək idi. Kişilərin beynində belə bir fikir formalaşıb ki,  evlənməsəm seksə əlim çatmaz. Evlənmək üçün də kişilər qadının ailəsinə başlıq pulu, toy xərci, qadına bahalı daş-qaş, qızıl almaq, cart-curt üçün böyük xərcə girir. Üstəgəl evləndiyi qadın da eybəcər və manipulyativ, toksik, zəhərli bir qadındırsa, kişi tam mənası ilə batdı. Artıq nigaha imza atdığı andan etibarən bütün güc və kişinin ipləri qadının əlinə keçir, hələ uşaq oldusa sıçdın :). Zəif və gücsüz bir kişisənsə, qadının çaldığı havaya oynamalısan, götün də var oynama. Boşanmaq istəsən də bütün mal, mülk, aldığın qızıl və daş qaş hamısı qadınındır. Hələ birgə nigah dövründə ev almısansa onun yarısını da satıb qadınla bölməlisən. Bir sözlə bütün dünyada olduğu kimi bizdə də qanunlar qadının yanındadır. Bir də uşaq və ya uşaqlara aliment verməlisən, çünki boşanmadan sonra bəzi istisnalar olmaqla məhkəmə qararı ilə uşaqlar anaya verilir.