RƏDDEDİLMƏ VƏ SEVGİ AĞRISINDAN ZƏRƏRLİ VƏRDİŞLƏRƏ
RƏDDEDİLMƏ VƏ SEVGİ AĞRISINDAN ZƏRƏRLİ VƏRDİŞLƏRƏ
Salam əziz Bazmen oxucuları. Bu məqaləmdə sizlərə rəddedilmə və sevgi ağrısına görə zərərli vərdişlərə düçar olub bu vərdişlərdən asılı olan kişilərdən bəhs edəcəm.
Kişilərin çoxu mental zehni və iradə baxımından çox zəifdirlər.
Məsələn:
Bir oğlanın hansısa bir qızdan xoşu gəlir, qızın bəlkə də xəbəri yoxdur. Həmin bu oğlan cəsarət göstərib bu qıza yaxınlaşa bilmir.
Və yaxud da əksinə gedib bir təhər yaxınlaşır, qorxa-qorxa onu sevdiyini deyir.
İlk öncə bunu yaxşı başa düşün. Heç bir qadına ilk gündən sevgi elanı etməyin.
Bunu etdiyiniz andan etibarən o qadının gözündən düşürsüz.
Bu, bir qadına həddindən çox dəyər verdiyinin göstəricisidir. Qadınlar heç vaxt öz həyatlarında zəif xarakterli kişiləri istəmir. Gedib birbaşa ilk gördüyün andan etibarən qadına heyran olduğunu dediyin saniyədə, hər şeyin içinə dərin səviyyədə sıçıb batırırsan.
Bir qadına həddindən çox dəyər verib ona bağlanmağa (ONEİTİS) sindromu deyilir ki, bu kişilərin 90 % də var.
Yeri gəlmişkən, bir gün ONEİTİS (tək bir qadına bağlanma və onu sevmə, ondan başqa bir qadının mənasız olduğu) xəstəliyi barədə danışacam.
Nə isə, mövzudan uzaqlaşmayaq.
Bu qaqaş sevgisini erkən elan etdiyi üçün qadın bundan soyuyur və bir anda həyatında hələ ki, bir kişi istəmədiyini və yaxud da ürəyində başqa birisinin olduğunu qaqaşa bildirir.
Qaqaş bu vəziyyətdə nə edir?
Qəlbi qırılır, həyatdan küsür, depressiyaya düşür, heç kimlə ünsiyyət qurmaq istəmir.
Hər gün o qadını fikirləşir, beynində onunla əlaqəli xəyallar qurur.
Baxın dostlar bir qadını nə qədər çox düşünsəniz, o qadına daha çox bağlanacaqsız. Qoy o qadın sizi fikirləşsin.
Bayaq dediyim kimi, kişilərin çoxu bu qaqaşın xarakterindədir. Bir qadın rədd cavabı verən kimi, özlərini məhv olmuş hesab edirlər.
Siqaret sayı artır, gündə 10 ədəd çəkirlərsə bu say artır, özlərini alkaqollu içkilərlə sakitləşdirmək istəyirlər.
Narkotik vasitələrə qurşanırlar. Özlərinə sual vermirlər. Axı nəyə lazımdır bu ? Bu vərdişlər səni irəli aparacaq ? XEYİR TƏBİİ Kİ.
Sən bu hərəkətləri etdikcə daha da o qadının gözündən düşəcəksən. Halbuki, qadın sənə rədd cavabı verdikdə təşəkkür et və başqa qadınlara, başqa hobbilərə yönəl.
Kitab oxu, intelektual səviyyəni artır, xarici dil öyrən.
Gör o qadın sənə it kimi necə yalvaracaq.
Heç bir qadın siqaret çəkən kişini bəyənmir. Əgər evli olsan qadının səndən soyuyacaq, qadınla yatağa girsən ağzından varyox iyi gələcək.😂 Bu da qadının sənlə sevişmək istəyini öldürəcək. Siqaret çəkməyin mənfi xüsusiyyətlərindən biri də seksual performansı uzun müddət sonra aşağı salmasıdır. Çünki, nikotin qan laxtalanmasını artırır ki, buda müəyyən müddət sonra cinsiyyət üzvündə olan damarlarda laxtalanma yaradır və nəticədə duduşuna qan getmədiyi üçün də ereksiya problemi ilə üz-üzə qalacaqsan.
Alkaqollu içkilər də kişini həm hörmətdən salır, həm də sağlamlığında ciddi problemlər yaradır. Qadınlar həmçinin çox spirtli içki qəbul edən kişilərə də nifrət edirlər. Spirtli içkilər bədənin vitamin balansını pozur, susuzluq yaradır, piy yığımını artırdığı üçün kökəlmə baş verir. Bu da testosteronu ciddi şəkildə aşağı salır. Kişini kişi kimi saxlayan hormon testosterondur. Testosteronun yox oldusa artıq səndə qadınlaşma gedəcək. Qadının da gedib testosteronu yüksək bir kişi ilə dərin səviyyələrdə seks yaşayacaq.
Narkotik vasitələr ən pis vərdişlərin birincisidir. Narkotikin ən başlıca kökü marixuana çətənə bitkisidir. El arasında nəşə kimi tanınan bu narkotik vasitə bütün narkotik vasitələrin qapısıdır ki, çox başdan boş kişilər bunu çəkir və asılılıq yaratmadığını deyir.
Əksinə ən pis asılılıq yaradan narkotik vasitə elə budur ki, müəyyən müddətdən sonra bu narkotik vasitədən həzz almayan insanlar başqa narkotik vasitələrdə bu həzzin iki qatını almağa çalışırlar.
Və artıq narkotiksiz həyatı, həyat kimi görmürlər. Öz evlərindən oğurluq edirlər ki, narkotikin pulunu düz-qoş etsinlər. Evli olanların ailəsi dağılır, öz qadınlarını narkotikə görə başqa kişilərlə əlaqə qurmağa məcbur edirlər.
Narkotikin ən pis cəhətlərindən biri də budur ki, hər dəfə istifadə etdiyi doza artıq həzz vermir və narkotik vasitə aludəçiləri hər dəfə dozanı artırmaq məcburiyyətində qalırlar.
Hamı diş ağrısı yaşayıb və bilir necə ağrı olduğunu. Narkotikdən istifadə edib aslı vəziyyətə düşən də, narkotikin qəbul vaxtı çatanda orqanizmdə ağrılar əmələ gəlir ki, bu ağrılar diş ağrısı kimi bədənin bütün üzvlərində olur.
Təsəvvür edin ki ayaq dırnaqlarından saçınızın tüklərinə kimi bütün orqanlarınızın hər birisi dəhşətli dərəcədə ağrıyır.
Artıq geriyə yol olmur. Özün öz ölümünü tezləşdirirsən. Valideynlərin də səndən bezir. Artıq sənə ölüm arzulayırlar ki, bəlkə canları qurtarsın.
Hər bir kişiyə sağlamlığına diqqət yetirməyi tövsiyə edirəm. Zərərli vərdişlərdən uzaq, sağlam düşüncədə olmağı arzu edirəm.