QƏLBİ QIRILAN KİŞİLƏRİN SƏNƏTİ
QƏLBİ QIRILAN KİŞİLƏRİN SƏNƏTİ
Oyun qəlbi qırılmış kişilərin öyrəndiyi bir sənətdir və bunu bir az dərinliklə araşdıracağam. Oyuna kişiləri sövq edən nədir və niyə oyun var, onu anlamağımız həddən çox vacibdir düşüncə baxımından.
Oyundan xəbərim olmayan zamanlarda özünə güvənməyən emosiyalarımı idarə edə bilməyən bir adam idim. Sadəlövh vəziyyətdə yaşayıb həyata davam edirdim. Ancaq bəzi xırda problemlər var idi və həll edə bilmirdim, getdikcə bu problemlərin böyüdüklərini hiss edirdim. Qadınlarla aramda problemlər var idi və bu məni müəyyən səviyyələrdə çox narahat edirdi. Əslində bir məqsədim vardı, şirin gülərüz bir sevgili tapmaq və həyatımı onunla bir yerdə keçirmək, birlikdə əylənmək, gülmək, dərdləşib- danışacağım bir qız tapmaq. Elə də super gözəllikdə və seksi olmağına da ehtiyac yox idi, bir az gülərüz və normal bir qız olsun kifayət edərdi mənim üçün. Yəni bir gənc kişinin gözləntilərinə sahib idim, amma işlər heç də istədiyim kimi getmirdi. Ətrafımdan bəzi qızların nömrələri, facebook və s. almışdım. Bəyəndiyim, xoşuma gələn bəzi qızlarla söhbət edirdik, təbii ki, dostcasına. Nəticədə qıza dərhal girişmək ehtimalım yox idi, həm də qorxutmaq istəməyən biri idim. Öz mühitimizdə məhdud sayda qızla, sürüynən qadına ac azğın dostlarımla ilişib qalmışdım 🙂 Sosial mühit mənə istədiyim qızlara girişmək imkanı vermirdi və başqa qızlarla tanış olmaq imkanı yox idi.
Nə isə, bu xoşuma gələn qızlara bir ilk mesaj atmışdım, amma, nə oxundu olurdu, nə cavab gəlmirdi. Onsuz da olmayan özünə inam daha da pisə doğru gedirdi. Özümü pox kimi hiss edirdim. Nəticədə eyni mühitdəyik, ancaq- niyə cavab vermir?- deyə fikirləşirdim, əsəbiləşirdim və kədərlənirdim.
Qadınların " SOYUQ FAHİŞƏ " sifətləri ilə davamlı olaraq qarşılaşdım. Onların laqeyd, qəddar və dəyər verməyən təbiəti ilə üz-üzə qaldım. Qadınlar özünə güvənməyən, özünü sevməyən bir kişiyə həşərat kimi davranırdılar.
Qadınların bu münasibəti və rəftarı həm qürurumu, həm də mənliyimi məhv edirdi. Özümü bərbad və əzilmiş hiss edirdim. İstədiyim tək bir sevgili idi və bu, dünyanın ən çətin şeyi kimi görünməyə başlamışdı gözümə... Bu emosianal, romantik əhvalımla əsl bir eşq adamı ola bilərdim. Ancaq qadınlar bunu mümkünsüzə çevirmişdilər. Daim qadınların zərbələri və soyuq qancıq tərəfləri ilə rastlaşırdım. Arabir internetdən bəzi qızlarla azacıq yazışsam da, söhbətlər irəli getmirdi, qız cavab verməyi dayandırır və yaxud da bloklayırdı.
İşin bu tərəfini gördükdə bir az araşdırma aparmağa başlayırsan. Qəlbin qırıq və zəhərli halda depressiyaya düşürsən. Qadınların mərhəmətsiz tərəfini həddən artıq kəşv edib tanıyırsan. Qadınların kişi xarakteri olmayan kişilərə nə dözümü, nə də empatiyası var. Sənin onlara göstərdiyin diqqətindən iyrənirlər, ələ salırlar...
Özünə güvənməyən kişilərin çoxunda olduğu kimi mənim də beynimdə "QÜSURLARI"nın öhdəsindən gələ bilməmək düşüncəsi sıxıntılarımın səviyyəsini artırmağa başlamışdı. Yəni tipsizəm, pulsuzam, qısa boyluyam, arığam, kökəm və s.
Qüsurlarınızla probleminiz olduğu üçün bu özünə güvənməyi get-gedə yox edir. Əvvəllər qızlarla internetdən yazışıb tanış olmağa çalışarkən tipimlə bağlı çox narahat olurdum. Bir qızın neqativ reaksiyası məni məhv edir, özümü çox pis, dəyərsiz hiss edirdim. Heç bir qadın mənə mesaj yazmırdı, hələ üstəlik elə bilirdim ki, bir gün hansısa bir qadın gəlib mənimlə tanış olacaq. Reaktiv inanclarım var idi, boş xəyallar qururdum.
İşin acınacaqlı tərəfi möhtaclıq (mənfi emosiyalar) - özünə güvənsizlik, özünü sevməmək, özündən razı olmamaq və s . birlikdə məni çökdürürdü. Onsuz da əlimdə qadın yox idi, yoxluq içində idim. Tək bir qız belə tapa bilmirdim, ya bəyənmədiyim qızlar diqqət göstərirdi, ya da çirkinlər. Yəni kefimizdən oyunu öyrənmədik, müəyyən problemləri həll etmək üçün öyrəndik.
Bunlar başa düşülən və kişilərin çoxunda rast gəldiyimiz hallardı ki, oyunu bilməyən kişilərin düşüncəsində onsuz da əldə qadın olmayanda yoxluq zehniyyətinə girib işləri bərbad vəziyyətə salmaqdan qorxurlar. Qızı əldən buraxmaqdan naratçılıq keçirirsən. Sosial mühitimdə olan az sayda qız olması kişilərin çoxuna fayda vermədiyi kimi mənə də fayda vermirdi. Zaman keçdikcə oyunu öyrəndim. Azərbaycan dilində bir dənə belə layiqli mənbə yox idi təbii ki.
Özünə güvəni, özünə hörməti, cəsarəti, özünü sevməyi, pozitivliyi öyrənmək üçün illər lazım idi. Çox əziyyət çəkdimsə də, öyrənməyimə dəydi. Boşuna deməyiblər ki, heç bir əziyyət bəhrəsiz qalmır. Özümə inam və pozitivliklə indi bolluq zehniyyətindəyəm. İnanın ki, bu kişinin ən böyük gücüdür.
Qadınlarla uğurun 80% -i daxili dinamika ilə əlaqədardır. Çox vaxt kişi ilə qadının arasında yox, kişinin öz zehnindəki savaşla əlaqədardır.
Qadınlarla uğursuzluq tipə, pula və s. bağlı bir vəziyyət deyil, yəni, xarici bir nəticə deyil, daxili bir problemdir. Kişi daxili düşüncələrini dəyişdirmədiyi zaman bunu, özünü rahatlatmaq üçün xarici görkəminin üstünə atır , beyni bəhanələr istehsal edir.
Özünə inam, güvənsizlik və pozitivlik olmadığı halda onsuz da uğursuzluq avtomatik gələn bir şeydir.
Kişi özünü sabotaj edir, özünü mühakimə edir, özünə nifrət edir və s. Bu psixoloji problemlər həll olunmayana qədər kişinin uğur şansı yoxdur. Beyni rahat olmayan, əylənə bilməyən kişi qadınlarla uğur qazana bilməz.
Uğurlu olmaqda qadınların " YAXŞI REAKSİYA " verməsi deyil. Qadınların yaxşı reaksiya verməsini gözləyən adam həyatda bir uduzandır. Uğur sənin " NECƏ ÖHDƏSİNDƏN GƏLDİYİNLƏ " əlaqədardır. Uğurlu olmaq rədd edilməmək deyil rədd edilməyə gülməkdir , gülə bilməkdir.🙂
Rədd edilmə sayı daimi artacaq çünki daha çox hərəkətə keçirsən deməkdir. Soyuq yaxınlaşmanın ( tanımadığın qadına yaxınlaşma ) gözəlliyidə elə budur bolluq içərisində yaşayırsan birisi gedir birisi gəlir. Kişi üçün qadınlar ağrı və kədər mənbəyi olmaqdan çıxırlar.
Kişinin psixologiyasını yaxşılaşdıran onu rahatlaşdıran ən mühüm şey " YENİ QADINLARLA TANIŞ " olmaq bacarığıdır. Bu bacarıq bir kişinin sahib ola biləcəyi ən xüsusi istedadlardan biridir hətta birincisidir. Ona görədə " Wildpower " yəni vəhşi güc adlanır.
Növbəti yazılarda görüşənə kimi.