Bazman,   Fevral 01, 2024     

              

Qadını evə gətirmək sadədir, əgər düzgün addımları izləmisinizsə.

 Qadın sizin evinizə gəlirsə, bu o deməkdir ki, o, sizin yanınızda özünü təhlükəsiz hiss edir, artıq sizə güvənir və seksual marağınızdan xəbərdardır.

 Qadına görüşdən sonra bunu sadə bir şəkildə bildirə bilərsiniz. Evdə filmə baxmaq, yemək yemək və s. bəhanələrlə onu evə dəvət edə bilərsiniz. Məncə yemək idealdır, mən həmişə bundan istifadə edirəm, çünki super yemək bişirirəm.

Əgər ilk təklifinizi rədd edərsə, ara-ara yoxlayın, ancaq heç vaxt  qadına evdə seksual bir yaxınlaşmanın olacağını bildirməyin, qadın onsuzda, hər şeyin fərqindədir.

 Qadını evə gətirdiyiniz zaman üstünə tullanıb ona hücum etməyin. Evə alışması və özünü rahat hiss etməsi üçün ona bir az vaxt verin. Evi gəzdirin və bir şeylər təklif edin.

 Heç vaxt bir başa yataq otağına aparmayın. Qonaq otağında oturun, sonra yataq otağına keçərsiniz. Yavaş-yavaş hərəkət edin, əgər qadın bolluğunda olan kişisinizsə, onsuzda təbii olaraq proses yavaş inkişaf edəcək.