Bazman    Yanvar 23, 2024

Salam əziz Bazman oxucuları, bu günki məqaləmizin mövzusu cavabsız qalan mesajlar, mesaja cavab yazmayan qız, qız niyə görüldü atdı? səbəbsiz yerə görüldü yemək kimi mövzular olacaq.

Bir qadınla tanış oldunuz.

Və danışmağa başladınız.

Hər şey çox gözəl və yaxşı gedir.

Saatlarla söhbət edirsiniz, gülürsünüz və əylənirsiniz.

Çox yaxşı anlaşdığınızı düşünürsünüz və daimi qızla danışmaq istəyirsiniz.

Qıza aid olan bir çox şeylər xoşunuza gəlir.

Və heç gözləmədiyiniz bir anda mesajınız ya görüldü olur, yəni baxır cavab vermir, ya da uzun saatlarla və ya günlərlə mesajınıza baxmır və cavab yazmır.

Özün-özünə düşünürsən ki, görəsən səhv bir şey dedim?

Onu incidən hərəkət etdim?

Mənə əsəbiləşdi görəsən?

Deyə düşünərək keçmiş mesajları da oxuyursunuz.

Ancaq məntiqli bir səbəb tapa bilmirsiniz.

Görəsən niyə görə hər şey yaxşıya doğru gedərkən görüldü yedim?

Halbuki, həyatımın qadını ilə tanış olmuşdum niyə belə oldu?

Sualları ilə beyniniz yorulur və əhvalınız korlanır.

Bir cavab axtarırsınız, bəlkə bir mesaj daha göndərirsiniz amma söhbət ölmüşdür və qızdan bir daha cavab gəlmir.

Nə oldu ki, bir anda bütün hər şey pisə doğru getdi?

Halbuki, yaşanacaq çox gözəl şeylər olacaqdı deyə düşünə-düşünə qalırsınız.

Niyə belə etdi ki, mən buna layiq deyildim axı, deyərək özünüzü günahlandırırsınız.

Ağlınıza qüsurlarınız gəlməyə başlayır. Cavablar axtarırsınız, amma bu cavabları sizə verə biləcək çox az adam var. Elə bunun üçün də  mən sizə bu cavabı verəcəm, özüdə havayı, çünki sizlərin inkişaf etməyinizi və dəyişməyinizi ürəkdən istəyirəm. Səni yuxarıya çəkmək istəyirəm.

Sənə mesajlarının niyə cavabsız qaldığını maddə-maddə izah edəcəyəm.

1. Qadının Marağının Ölməsi

Qadınlar emosional və bir az xaotik varlıqlardır.

Duyğuları və düşüncələri sürətlə dəyişir.

Bəzən nə istədiklərini bilmirlər və ya nə istədiklərindən əmin deyillər.

Səni bəyəndi və səni tanımaq istədi.

Ona görə də mesajlarına çox tez cavab verirdi.

Səninlə söhbət etməkdən həzz alırdı.

Səninlə danışmaqdan xoşu gəlirdi.

Ancaq qızın sənə olan marağını idarə edə bilmədin.

Çox tələsgən və həvəsli davrandın.

Möhtaclıq göstərdin və qadının gözündə dəyərin düşdü.

Qadın sənin varlığından həzz alarkən, artıq səndən bezdi.

Artıq qızın sənə marağı ölüb və diqqətini cəlb etmirsən.

Sənə maraq göstərməyi dayandırdı.

Artıq onu təəccübləndirə bilmirsən.

Sənə ruh əkizin kimi davranan qadın artıq soyuq bir qancığa çevrilib.

Artıq sənə pis üzünü göstərir və qəddar davranır.

Bütün bunların səbəbi möhtac davranmağın və çox həvəsli olmağına görə oldu.

Bilərək və ya bilməyərək böyük bir səhv etdin.

Artıq qadını itirdin.

Qadının marağını canlandırmaq və oyatmaq böyük bir bacarıq tələb edəcək.

Səhvlərini düzəltmək çətin olacaq.

Artıq sənə marağı ölmüş bu qadından əl çəkməli və imtina edərək uzaqlaşmalısan.

Və bu səhvi təkrarlamamalısan.

2. Başqa Kişini Seçməsi

Artıq qadın haqqında xəyallar qurmağa başlamışdın.

Görüşəcək, sevişəcək, bəlkə də uzun xoşbəxt bir münasibət quracaqdın.

Ancaq qadın bir anda görüldülər atmağa qısa cavablar verməyə başladı.

Nə baş verir deyə özünü sorğu-sual etməyə başladın və dostlarına bu mövzunu deməyinə baxmayaraq cavab tapa bilmədin.

Artıq həqiqəti öyrənməyin vaxtı gəldi çatdı.

Qadınlar heç vaxt bir kişi ilə danışmırlar.

Qadınlar bir çox kişi ilə flört edirlər, mesajlaşırlar və ünsiyyət qururlar.

Bu qadınların təbiətinin və oyunlarının bir hissəsidir.

Səninlə yaxşı flört edirdi və potensial bir sevgili namizədi idin.

Ancaq başqa bir kişi səndən əvvələ keçdi.

As adam o kişi oldu, sən isə ehtiyat siyahısına düşdün.

Qadın başqa kişini seçdiyi zaman sənin üçün oyun bitmiş olur.