Qadınlar Niyə Səninlə Münasibət İstəmir?

13 Əsas Səbəb

 

Salam, əziz Bazman.az izləyiciləri. Bu məqaləmdə sizlərə qadınların sizinlə münasibət istəməməsinin səbəblərini izah edəcəyəm.

Münasibətlər duyğular, qarşılıqlı anlayış və inam üzərində qurulur. Bəzən isə elə olur ki, sən hər şeyi doğru etdiyini düşünürsən, amma qadın səninlə münasibət istəmir. Bu yazıda bu vəziyyətin səbəblərini və onların qarşısını necə almaq olar, ətraflı şəkildə araşdıracağıq.

 

1.Pornoqrafik Videolara və Masturbasiyaya Aludə Olmusan

 

Pornoqrafik videolar və davamlı masturbasiya etməyin beynindəki düşüncə sistemini dəyişdirir; reallıq hissini pozur, həyat enerjini azaldır.

Qadınlar süni özünəinamı və içi boş kişilik davranışlarını dərhal sezirlər.

Bu cür vərdişlər səni real qadınlara qarşı laqeyd hala salır; istək yaratmaq əvəzinə, cansız və duyğusuz görünürsən.

Qadınlar enerjindəki zəifliyi hiss edirlər; məişətə bağlı vərdişlərin və zehni dağınıqlığın onları narahat edir.

Bu zərərli hərəkətindən əl çək və bu vərdişi dayandır; səmimi və dəyərli münasibətlər qurmağa çalış. Pornoqrafik videolar uydurma və saxtadır. Bu cür videolar səni real həyatda qarşına çıxan gözəl qadınlardan soyudur. Gözəl bir qadın gördükdə, yaxınlaşmağa qorxursan, çünki beynin sənə pornoqrafik videolarda qadını şiddətli şəkildə orqazm edən əzələli və yaraşıqlı kişiləri xatırladır. Belə olan təqdirdə isə özünü həmin kişilərlə müqayisə etməyə başlayaraq deyirsən: yox bu qız məni bəyənməz, mən onu yataqda orqazm edə bilmərəm. Budur, artıq beynin ssenari istehsal edərək səni idarə etməyə başladı. Həyatında saysız-hesabsız qadınla münasibət yaşamış bir kişi kimi deyə bilərəm ki, qadınlar onları bəyənən, lakin qorxudan onlara yaxınlaşa bilməyən kişilərdən iyrənirlər. Onlar çox yaxşı bilirlər ki, qorxaq kişilər nə onları yataqda orqazma çatdıra bilər, nə də əsl kişi kimi davranmağı bacararlar. Çünki qadın üçün cəlbedici olmaq təkcə fiziki deyil, psixoloji güvən və qərarlılıqla da bağlıdır. Qadınlar qorxaqların impotent olduqlarını yaxşı başa düşürlər.