Cəmiyyət ilk növbədə qadınlar üzərində məhəllə təzyiqi və sosial təzyiq yaradır. İnsanların beyninə açıq-saçıq geyinmək = fahişəlik olaraq kodlansa da qadınlar artıq buna əhəmiyyət vermirlər. Bu baxımdan yaşlı xalaların etdiyi təzyiqi veclərinə almırlar. Gənc qadınlar artıq gücün fərqindədirlər və bu güc çox yaxşı işləyir. Kişilərdən gördükləri diqqətlə həyatları asanlaşır və bu sayədə də zirvələrə qalxırlar. Onlar istədikləri kimi yaşamaq hüququ qazanırlar. Səyahət edən, əylənən, yaşayan qadınların hamısı açıq-saçıq geyinənlərdir. Bu vəziyyət başqa qadınları da həvəsləndirir. Məsələn, qapalı geyinən, tələbə yataqxanasında yaşayan 20 yaşlı bir qız, özü ilə eyni şəraitdə olan, lakin açıq geyinərək qadınlığından istifadə edən birindən çox geri qalır. Özü, pulsuz vəziyyətdə tələbə yataqxanasında yaşayarkən, digər rəfiqəsi məkan-məkan gəzdirilir və bunu İnstaqramda həddindən artıq əks etdirir. O, hədiyyələr alır və kişilərə istədiyini etdirir. Qarşılığında seks versə belə, dəyəri çox da azalmır. Digər qızlar da bu vəziyyətə paxıllıq edir və onu fahişəlikdə günahlandırırlar, amma vecinə olmayan qadına bu təsir etmir. İndiki zamanda da mənəvi dəyərlər o qədər də vacib deyil, həyatı yaşamaq vacibdir. Artıq cəmiyyətin də bu məsələ ilə bağlı sanksiya tətbiq etmək gücü və səlahiyyəti qalmayıb. Bu açıq-saçıqlıq artıq qadınların çoxunda onlyfans səhifələri açmağa qədər gedib çatıb.
6. Qadınların açıq-saçıq geyinməsindən narahat olanlar
Qadınların açıq-saçıq geyinməsindən narahat olan müəyyən qruplar var. Açığı, qadınların açıq və ya gizli geyinmələri məni maraqlandırmır. Mən bu cür şeylərlə maraqlanmıram, amma qadınların niyə getdikcə daha açıq-saçıq geyindiyini anlamaq çətin deyil. Kişilər niyə əzələ yığmaq üçün idman zallarında tər tökürsə, qadınlar da eyni səbəbdən paltarlarının yuxarı və aşağı hissələrini qısaldırlar. Bu rəqabət işidir və qadınlar arasında qısqanclıq rəqabəti çox yüksəkdir.
İndi isə gələk açıq-saçıq geyimdən narahat olan qruplara;
Yaşlı xalalar
Gənc qızların açıq-saçıq geyinməsindən ən çox narahat olan qruplardan biri də yaşlı xanımlardır. Onlar gənc qızların tərbiyəsizliyindən daimi gileygüzar edirlər. Yaşlı qadınlar əsasən bu qızlarla rəqabət apara bilməyəcəklərini və gəncliklərinin getdiyini başa düşürlər. 30 yaşını keçən və gəncliyində kef damaqla fırlanan hər bir qadın 30 yaşından sonra ciddi şəkildə mühafizəkar olmağa meyllidir. Eynilə məşhurlar da belədir, məsələn, yaşlı məşhurlar yeni qadın sənətçilərin açıq-saçıqlığını və çilpaqlığını qınayırlar, çünki artıq bu yaşlı məşhurların gənc qadınlarla yarışmaq şansı olmadığı üçün onların çılpaqlığını tənqid edirlər. Bu baxımdan özlərində işə yaramayan bir şeyin başqasında da işə yaramasının qarşısını almağa çalışırlar.
Aşağı dəyərli azğın və yanıq kişilər
Gözəl və seksual qadınlara əli çatmayan, lakin onları hər yerdə görən kişilərdə ikiüzlü bir davranış olur. Həmin bu azğın kişilər bu qadınlardan ötrü dəli divanədirlər, ancaq onlara əlləri çatmadığı üçün onları hədəfə alır və bir növ namus gözətçiliyi rolunu oynayırlar. Bunu gənc və ya yaşlı həddən çox kişilərdə görə bilərsiniz. Fürsət tapsalar bu qadınlarla hər an yatmağa hazır olan bu kişilər saxta əxlaqlaqçılıq və namuslu kişini oynayırlar. Bu kişilər həm də onlyfans kimi saytlarda qadınlara ən çox pul yatıran qrupdur. Odur ki, onların real həyatda və sosial mediada namus gözətçiliyinə fikir verməyin. Əzilmiş və uduzan kişi psixologiyası belə bir şeydir.
Qapalı və Normal Geyinən Qadınlar
Açıq-saçıq geyinən qadınlar, əsasən, digər qadınlara problem yaradırlar. Birincisi, onlar rəqabətdə üstünlük əldə edirlər. Necə ki göbəkli kişilər əzələli kişilərin paxıllığını çəkir və əzələli kişiləri qısqanırlar, normal geyinən qadınlar da çılpaq qızların fahişə olduğunu qabaqlarına çıxan kişiyə verdiklərini yaymağa çalışırlar. Onların namuslarını aşağı salaraq, dəyərsizləşdirərək, əslində öz cinsi strategiyalarını həyata keçirirlər. “Bax mən ləyaqətli və namuslu qadınam, evlənməli qadınam” strategiyasını həyata keçirirlər. Bu taktikada bəzən uğurlu olurlar, məsələn, hicablı qızlar nə qədər yaraşıqlı kişilər varsa, tovlamağı bacarırlar, ancaq yenə də açıq-saçıq geyinən qadınlara daha çox dəyər verildiyini və kişilərin bu mövzuda ikiüzlü olduqlarını söyləyirlər.