QADIN TOVLAMAQ PSİXOLOJİ
MÖHKƏMLİK TƏLƏB EDİR
Salam, əziz Bazman.az saytının oxucuları!
Bu məqaləmdə sizə qadınları tovlamaq üçün psixoloji baxımdan necə güclü ola biləcəyinizi izah edəcək və bunun gizli sirrlərini bölüşəcəyəm.
İndi kişilərin çoxu psixoloji cəhətdən zəifdir və əsl döyüşçü deyillər. Onlar həyata dair yanlış baxış bucaqlarına və səhv inanclara sahibdirlər. Bu vəziyyət isə onları ciddi şəkildə çətinliyə salır və xüsusilə qadınlarla münasibətlərində həddindən artıq problemlər yaşamalarına səbəb olur. Bunun səbəbi isə kişilərin həqiqətən kişi ola bilməməsi və oğlan uşağı olaraq qalmasıdır. Ciddi çətinliklər görməyən və bəzi şeylər uğrunda mübarizə aparmayan bir kişi real həyatın necə işlədiyini unudur. Ümumiyyətlə, psixoloji zəifliyə sahib olur və bu da qadınlarla münasibətlərinə olduqca mənfi təsir göstərir.
Qadınlarla münasibətlər həmişə yalnız pozitiv şeylərin yaşandığı bir təcrübə deyil. Bir qadınla tanış olduğun andan münasibətin bitəcəyi ana qədər qadın tərəfindən mütəmadi olaraq sınanırsan. Uzunmüddətli münasibətdə və ya evlilikdə olmağın da bunu dəyişmir. Qadınlar davakar davranışları və müxtəlif anlarda reaksiyalarını yoxlamaqla səni çətin vəziyyətə salacaqlar. Qadınlar sənin psixoloji gücünün və dözümlülüyünün zirvəsini görmək istəyirlər, bu baxımdan bütün testlər sənin zehni dayanıqlığınla bağlıdır. Qadın bu baxımdan sənə dəstək olmaq üçün münasibətdə deyil və heç bir qadından psixoloji dəstək gözləməməlisən. Qadınlar sənin psixoloji gücünü artırmaqla maraqlanmırlar, onlar onsuz da psixoloji cəhətdən güclü kişini seçirlər.
Qadın tovlamaq başdan sona qədər əsasən çox stresli bir prosesdir. Kişi ilk andan etibarən nəticə əldə etmək və nəyisə münasibətə çevirmək təzyiqi altında olur. Əksər kişilər bu flört stresinə dözə bilmədiyi üçün adətən uzunmüddətli münasibətlərdə qalmağa üstünlük verirlər, çünki uzun münasibətdə qalmaq həmişə daha rahatdır. Davamlı olaraq yeni qadınları tovlamaq, nömrə almaq, görüşmək və sevişmək isə psixoloji baxımdan sınmaz olmağı tələb edir. Məhz bu xüsusiyyət isə çox kişidə yoxdur.
Qadın tovlamaq enişli-yoxuşlu bir prosesdir. Bir gün özünü kral kimi hiss edə bilərsən və hər şey möhtəşəm gedər, lakin növbəti gün hər şey tam əksinə dönə bilər. Ən çox ümid bəslədiyin, yüz faiz seks yaşayacam dediyin qadınlardan heç nə çıxmaya bilər və yaxşı gedən flört prosesi nəticəsiz qala bilər. 5 dəfə görüşdüyün bir qadın birdən əlaqəni kəsə bilər və gözləntilərin puça çıxa bilər. Bütün bu mənfi hallar oyunun bir hissəsidir və müxtəlif məqamlarda səni həddindən artıq çətin vəziyyətə salacaq.
Əgər kişi qadın tovlamaqda təcrübəsizdirsə, stresin səviyyəsi daha yüksək olur, çünki nəticə almağa daha çox ehtiyacı olur. Yeni öyrəndiyi şeyləri tam tətbiq edə bilmədiyi üçün nəticə almaqda çox çətinlik çəkəcək. Bu halda əksər kişilər dözə bilmir və qadın tovlamağa olan pozitiv inamlarını itirirlər. Xəyal etdiyi kimi qızların onun üstünə atılmadığını, hətta mənfi reaksiyalara daha çox məruz qaldığını görürlər. Məhz bu vəziyyətlə baş etmək isə psixoloji güc tələb edir, çünki heç bir qadın tam sınamadan və əmin olmadan bir kişi ilə münasibət yaşamayacaq.