QADINLARDA SAF ARZU OYATMAQ
QADINLARDA SAF ARZU OYATMAQ
Salam əziz Bazmen izləyiciləri.
Bu məqaləmdə sizlərə "qadınlarda saf arzu oyandırmaq" mövzusunu bütün detalları ilə ətraflı izah edəcəm.
1. SAF ARZU NƏDİR ?
Saf arzu (burning desire və ya genuine desire),yəni, əsl arzu, bir qadının kişiyə müxtəlif şərtlər və qaydalar qoymadan həmin kişini istəməsi arzulamasıdır. Bunu başa düşə bilmək üçün sevgili-provayder münasibətlərinin dinamikasını, yəni “alfa dölləyir - beta ödəyir” anlayışını anlamaq lazımdır. Qadınlar sevgili olduğu qısa müddətli seks yaşadığı kişiyə saf arzu hiss edərkən, təminatçı kişiyə uzun müddətli münasibətdə, yəni, (evlilikdə) öz xeyrini güdən və manipulyativ yanaşırlar.
Provayder, yəni, təminatçı kişi nə deməkdir- açıqlıq gətirim. Təminatçı kişi - oyunu olmayan və qadına həyatda onun istəklərini yetirmək üçün söz verib evlənən kişilərə deyilir.
Bu isə qadın seksual strategiyalarının iki şəkildə işlədiyini göstərir. Yəni qadının ən yaxşı gen və ən yaxşı ətraf mühit dəstəyi axtarışı nəticəsində yaranan ikili strategiyadır. Patriarxal cəmiyyət (kişilərin üstünlük təşkil etdiyi sosial sistem) buna görə də seksual bazarı sıxışdırıb, çünki, onlar cəmiyyəti qadınların sadiqliyini təmin etmək və hər kişi üçün bir qadın olmasını təmin etmək üçün təşkil ediblər. Ancaq bu reallığı aradan qaldırmır.
Qadın beynində və təbiətində bir kişidə ən yaxşı genin və pul mənbəyinin kəsişməsi çətinləşir. Ən yaxşı genli kişi sədaqətsiz olarkən, ən yaxşı təminatçı kişi qadına cəlbedici gəlmir. Yəni qadın ən yaxşı genli kişini dəli kimi arzulayır, ancaq ən yaxşı təminatçı kişini istifadə məqsədi ilə görür.
Ona görə də qadınlar ən yaxşı genli kişi ilə seks yaşayır, sonar da bir təminatçı kişi tapıb ömür boyu bu təminatçının resurslarından istifadə edirlər. Bu təminatçı kişi də elə düşünür ki, qadını bundan ötrü dəli-divanədi.
Bu strategiya cəmiyyətdə aşağı səviyyədə görünsə də, mövcuddur. Ona görə də bir kişi əvvəlcə cəlbedici olmalı, daha sonra təminatçı olmalıdır ki, münasibətini ideal şəkildə formalaşdırsın. Yoxsa bu vəziyyət münasibətdə problemlərə yol açacaq. Qadınların çox vaxt aldatmaq və ərinə xəyanət etmək səbəbi də budur, çünki ərinə saf arzu duymayan qadın sevgilisinə saf arzu duya bilir.
Saf arzu qadının kişiyə şərt və qayda qoymadan seksual arzu duymasıdır. Məsələn; “sevgili olmadan olmaz”, “evlənmədən olmaz” kimi sözlər söyləməz. Yəni, qadın sənə seksual arzu duyursa, sənlə evlilik olmadan belə seks yaşayacaq. Ortada şərtlər və qaydalar varsa, onda qadın sənə seksual arzu hiss etmir. Seksual arzu hiss etməyən qadın öz gələcəyini sığortalamaq, sənin resurslarını əmmək üçün səni təminatçı gözündə görür.
2. PUL SAF ARZUNU SATIN ALMIR
Kişilərin çoxu pul ilə qadında seksual arzu oyadacağını hesab edir. Ancaq əsla belə bir şey mümkün deyil. Adi kişi bu işlərin pulla əlaqəli olduğunu düşünür, çünki, kişilərin beyninə yeridilən təminatçı roludur.
Bir qadına pul yedirdib onunla seks yaşaya bilərsən, ancaq bu o demək deyil ki, o qadın sənə seksual arzu hiss edir.
Qadına pul xərcləmək o qadının səni yeriyən bankomat gözündə görməsinə və səndən istifadə etməsinə yol açacaq.
Kişilərin çoxu həm təminatçı rolunda uğursuzdur, həm də cəlbedici deyil, yəni, qadınları onlara seksual arzu hiss etmir.
Yaxşı bir təminatçı olmaq belə çətindir, çünki, bir çox kişi pul qazanmaq üçün müxtəlif işlərdə çalışır ki, birtəhər nəsil yetişdirmə oyununa daxil olsun.
Bu cəmiyyətdəki dinamizmin əsaslarından biridir.
Normal kişilərin səhv düşündükləri məqamlardan biri qadınlarda kişilərə qarşı pul və yaxşı karyeranın seksual arzunu artıracağıdır.
Bu saf arzu yaratmır, sadəcə olaraq səni təminatçı ər namizədi edir.
Bu baxımdan işin “beta ödəyir” hissəsində müvəffəqiyyətli olacaqsız.
Şəxsi inkişaf məsləhətlərini oyunundan əvvələ qoyan kişilər bu anlayışı anlayacaq dərinliyə və təcrübəyə sahib olmur.
Pul səni yaxşı bir beta ödəyər təminatçı kişi edər, ancaq qadının sənə saf arzu hiss etməsinə səbəb olmaz. Bir qadının səninlə evlənməyi sənə saf arzu, seksual istək hiss etdiyindən deyil öz həyatını qurtarmaq istədiyindən olacaq.
Bu baxımdan bədbəxt evliliklərin, boşanmaların və digər problemlərin əsas səbəbləri başa düşülür. Qadın əvvəlcə pul üçün evlənsə də, o kişiyə dözməkdə çətinlik çəkəcək. Pul qadın üçün normal, adi bir şeyə çevrilibsə, kişiyə qarşı dözümlülüyü azalacaq. Varlı qadınların bahalı geyim, daş-qaş mağazalarında daimi alış-veriş etməsi bundan qaynaqlanır. Çünki özlərini evlilikdə belə saxlayırlar. Pul səni heç vaxt “alfa dölləyir” qismində saxlaya bilməyəcək lakin bu mövqedə olmağına kömək edə bilər. Ona görədə pulunu heç vaxt birbaşa istifadə etmə.
3. ƏN YAXŞI GENLƏRİ ANLAMAQ.
Ən yaxşı genlər əsasən sağlamlıqla əlaqəli olan şeylərdir və sağlam olmaq, yəni fiziki qüsurların az olması cəlbediciliyi artırır. Xarici görünüş burada önəmli olur, amma kişilər xarici görünüşə daha çox önəm verirlər. Yəni kişilər çox vaxt düşünür ki, bəlkə eybəcərəm deyə bu qadın məni bəyənmir. Qadınların ən yaxşı genləri başa düşməsi təkcə görünüşlə bağlı deyil, daha çox emosional reaksiyalarla bağlıdır. Qadın üçün kişinin xarici görünüşü onun ən yaxşı gen olduğuna zəmanət vermir və bu baxımdan da qadın kişini sınamaq və davranışına görə qiymətləndirməyi vacib sayır.
Oyundan istifadə etmək prinsipi də elə burada vacibiyyət qazanır. Əks halda iş təkcə xarici görünüşlə əlaqəli olsaydı, oyuna yer qalmazdı və yalnız genetik faktorlar irəliləyiş edərdi, amma bu doğru deyil. Bəzi kişilər məsələni bu nöqtəyə qədər başa düşsələr də, aydın başa düşə bilmirlər, daha çox "genetik determinizm" ə və qara həbə (black pill) sürüklənirlər.
Qara həb (black pill) kişilər, qadınların ancaq yaraşıqlı və yüksək stasuslu kişiləri bəyəndiyini düşünür qadınlara nifrət edir və depressiyaya düşür. Bu tip kişilərə qara həbə sürüklənən kişilər deyilir.
Qadınlar kişilərin görünüşünə çox az əhəmiyyət verirlər, ancaq bu o demək deyil ki yaraşıqlı olmaq onları heyran etmir. Yaraşıqlı bir kişinin normal bir kişidən üstünlüyü daha çoxdur. Uzun boylu bir kişinin qısa boylu bir kişidən üstünlüyü çoxdur, həmçinin əzələli bir kişinin kök bir kişidən üstünlüyü çoxdur. Bu üstünlüklər kişinin qarşılaşacağı müqaviməti azaldır və mümkün “hə” deyən qadınların sayını bir qədər artırır. Ancaq əsas məsələ qadınların görünüşdən çox kişilərin davranışlarına fikir vermələridir. Məsələn, yaraşıqlı bir kişi hər zaman qadında emosiyalar oyada bilmir, yəni, qadının emosiyalarına təsir etmədikdə qadın o kişini ən yaxşı gen hesab etməyəcək.
Bütün bu proseslər qadında şüuraltı şəkildə baş verir, ona görə də bir növ hərəkət-reaksiya olmalıdır. Davranışını düzgün tənzimləyən (oyunu bilən) kişinin uğur şansı daha çox olur. Həmişə dediyim kimi oyun sizin şansınızı artırır. Qadınların kişilərdəki müəyyən davranışlardan təsirlənməsi isə kişinin həyatda qalma uğuru ilə bağlıdır.
Xüsusilə də çirkin və orta səviyyəli kişilərin ən vacib silahına çevrilir.
4. "BETA ÖDƏYİR"İ ANLAMAQ
Beta ödəyir strategiyası ən çox yayılan strategiyadır. Çünki bir uşağa baxıb onu böyütmək üçün resurslar lazımdır. Kişinin ailə başçılığı etmədiyi vəziyyətdə qadının uşağı böyütmək şansı xeyli azalır. Ona görə də atalıq gələcək nəslin sağlam olmasını təmin etmək üçün vacibdir.
Atanın yaxşı, sadəlövh bir adam olması, ailəsinin qayğısına qalması uşağa xeyirlidir. Fikirləş, atan sənə süd almaq əvəzinə həmin pulu başqa qadınlarla yeyir, əylənir, onda uşaq sürünəcək, ac qalacaq. Bu baxımdan atanın alfa bic kişi olmağı qadına sərf eləmir, çünki, daimi başqa qadınların olmağı ailə travmasına səbəb ola bilər. Ona görə də qadın ən gözəl gənc çağlarında onda seksual istək saf arzu oyadan alfalarla gəzir, əylənir, sonra bir beta təminatçı tapıb uşaqlarını böyüdür bu betanın resurslarından yararlanır.
Beləliklə, sabitlik üçün “beta ödəyir” hissə baş verir. “Beta ödəyir” hissəsində kişi həqiqətən də çox səy ödəyir, əlinin seksə çatması üçün bütün resurslarını xərcləyir və qarşılığında da genlərinə zəmanət verir.
Mühafizəkar cəmiyyət bütün sistemi 100 % “beta ödəyir” etməyə çalışır. Bu baxımdan 2000 ildir ki azad seks bazarı qadağan edilmiş, insanlar zorla evləndirilmişdir. Məhz buna görə də seksuallıq ciddi şəkildə idarə olunur və azad seks qadağandır.
Günümüzdə bir kişi üçün ideal balans əvvəlcə “alfa dölləyir” olaraq başlamaq, daha sonra “beta ödəyir” mövqeyinə keçməkdir. Yəni əgər evlənəcəksənsə bir qadının həm seksual istək hiss etdiyi alfası olmalısan, həm də təminatçı betası olmalısan. Evlilikdə 70 % alfa olmalısan, 30 % beta.
Təkcə beta ödəyir qismində qalmaq böyük bir əzilmiş kişi olmağınıza səbəb olacaq. Seksual istək olmayan evlilik bir uğur deyil və çox kişilər bu cür evliliyi bir uğur hesab edir. Biri var qadının sənə seksual istək saf arzu hiss edib, səni arzulasın, səni xarizmatik alfa kişi kimi görsün. Biri də var qadın sənə saf arzu duymasın, səni beta gözündə görüb resurslarından istifadə edib səni inək kimi sağsın.
Qadına təkcə pul yedirdib qarşılığını almayan o qədər hərif kişilər var ki, cəmiyyətdə. Qadın bunlarla seks yaşayır, ancaq buna seks demək olarsa. Yalandan rola girib ayaqlarını aralayıb, hər şeyin tez olub qurtarmasını istəyən qadınlar var ki, bunlara yola verən qadınlar deyilir, yəni ərinə seksual istək hiss etməyən qadın. Onun üçün də həyatında olan qadında saf arzu oyatmaq istəyirsənsə oyunu öyrənməyin vacibdir.
5. SAF ARZU OYADAN 3 ŞEY
Qadınlarda seksual istək oyadan 3 əsas şey var ;
1.Yaxşı görünmək müəyyən səviyyədə idarə oluna bilən bir şeydir. Bu baxımdan özünə baxımlı olmağın seksual cəlbediciliyi artırır. Doğru kəsdirilən səliqəli bir saç kəsimi, təmiz dəri, bəyaz dişlər, yaxşı geyinmək kişinin imicini gücləndirir. Yaraşıqlı olmağa elə də çox ehtiyacın yoxdur. Amma iyrənc də olmamalısan. Sap-sarı dişlər, pis ağız qoxusu, pis tər və ayaq qoxusu, baxımsızlıq, pis saçlar, pis saqqal və zövqsüz geyimlər kişinin seksual cəlbediciliyini azaldır. Hətta qadınlar bu tip kişiləri görmürlər.
Unutma qadınlar ümumi görünüşə baxır və bütünü qiymətləndirirlər.
2. Qadında seksual istəyi oyadan şeylərdən biri də əzələli olmaqdır. Bu əzələli səviyyə atletik bədən səviyyəsində olmalıdır. Olimpiya çempionları səviyyəsində olmağa da ehtiyac yoxdur, olsan lap əla. Ancaq həmişə formada olmalısan, yəni, Arnold Şvarsnegger kimi olmağın da lazım deyil. Sadəcə götün, göbəyin bir birinə qarışmasın, qarnın həmişə düz olsun geyindiyin paltarlar yaraşsın. Xüsusilə qadınların ovulyasiya dövründə əzələli kişiləri axtarmaları və meyl etdiyi müşahidə edilir.
Bacarıqsız partnyorunu aldadan qadınların da fiziki cəlbediciliyə marağı buna görədir, yəni, əzələli kişilərə daha çox seksual istək hiss edirlər. Müəyyən səviyyədə əzələləri şişirtmək vacibdir, çünki, paltarını çıxardığın zaman qadın ehtiraslanmalıdır. Çünki qadınıar da bunu istəyirlər.
3.Qadında seksual istəyi oyandıran üçüncü hissə isə oyundur -" bic kişi oyunu ". Yəni arsız-məzəli üsulunun effektiv tətbiqidir. Komediya hissəsi qadını güldürür və gülən qadının da əhvalı xoş olur, sinir sistemində rahatlaşma olur. Xoşbəxtlik hormonu ifraz olunur və onu güldürən kişi ilə vaxt keçirməkdən həzz alır.
Ona görədə əyləncə olmadan seksuallığa nail olmaq çətindir. İnsanın sosiallaşmasında əyləncə həmişə vacibdir
Ona görədə metodun yarısını əyləncə təşkil edir. Digər hiss isə arsızlıq orijinal adı ilə özündən razılıq cəlbedicilikdə vacib xüsusiyyətdir.
Qadınlar özünü bəyənən, özündən razı, özünə güvənən, sağlam çərçivəyə sahib, hazırcavab kişilərə heyran olurlar. Kişinin testlərdən keçməyi və qadını heyran etməyi qadında birbaşa seksual istəyi oyadır, bu da oyunu işə salır. Təbii ki, bütün bunları çox yaxşı səviyyədə etmək lazımdır, sadəlövh, mədəni oğlan oyunu qadınlarda arzu oyandırmayacaq.
Oyun- qadının instinktlərinə və duyğularına toxunmaqdır. Əgər sən qeyri profesional şəkildə hərəkət etsən bu işdə heç bir nəticə əldə edə bilmərsən. Onun üçün də nə qədər çox qadın tanısan, o qədər çox qadın beyninə hakim olursan və təcrübə qazanırsan.
6. SAF ARZU GÖSTƏRİCİLƏRİ.
Bir qadının sənə saf arzu hiss etdiyini əvvəl-əvvəl başa düşə bilmərsən. Çünki, əvvəl diqqət yetirməlisən ki, bu qadının sənə marağı var, yoxsa yox. Qadının diqqətini çəksən, marağını yaxşı idarə edib aranızdakı cazibəni gücləndirsən bu saf arzuya çevriləcək.
Qadınla arandakı səmimiyyət artdıqca qadın da sənə qarşı həssas davranacaq. Bu halda istək özünü güclü şəkildə büruzə verir. Qadında istək oyatmaq düymələri basmağa bənzəyir, düzgün düymələrə bassan qadın səni arzulayır. Bu instinktiv baş verir, yəni, qadının özündən asılı olmayaraq sənə maqnit kimi çəkilir.
Kişinin oyunu və potensialı yüksək olarsa qısa müddət ərzində sevişməyə aparan bir proses baş verir. Seksuallıq çox ehtiraslı və sərt şəkildə olur və daha heyvani cəhətlər özünü göstərir. Bu, sərt öpüşmələrdən dişləməyə və cırmaqlamağa gedir. Bu saf istəyin ən aydın göstəricisidir və oyunu həqiqətən də yaxşı oynamısızsa bunun şahidi olacaqsız.
Bayaq da dediyim kimi, evli olmaq o demək deyil ki, qadının sənə seksual istək hiss edir. Çox evli cütlüklərin evlilikləri seksual istək baxımından yoxsuldur. Yəni, kişi qadınına, qadın kişisinə seksual istək hiss etmir. Məcburiyyətdən evlilik xatirinə evləniblər və biri birilərindən beziblər.
Bir çox sevgililikdə də saf istək var deyə bilmərəm, yəni ,seksuallığın olması saf istəyin olduğu demək deyil, çünki, burada seksuallığın yaşanma tərzi vacibdir.
Bundan əlavə bunu da başa düşmək lazımdır ki, çox cütlüklərin münasibətləri həddən çox ciddi olduğundan qadınların çoxu açıq şəkildə seksuallığını tam mənası ilə göstərə bilmir, qorxur ki, birdən ərim məni mühakimə edib deyər ki, sən məndən öncə kimlərləsə təcrübə qazanmısan.
Bu baxımdanda saf istək heç olmaz və seksuallıq bir məcburiyyətə çevrilər. Bir qadına çox yaxşı davranmaq, hədiyyələr almaq və dünyanı onun ayaqlarının altına sərmək sizə saf istək hiss etməsini təmin etməyə bilər.
Bu baxımdan da sən qadına deyə bilmərsən ki, mən sənə bu qədər pullar xərcləyirəm, sən mənə niyə seksual istək hiss etmirsən.
Doğru oyunun yoxdursa, qadın sənə heç bir şey hiss etməyəcək və ancaq səni inək kimi sağıb resurslarından istifadə edəcək.
7. SEKSUAL İSTƏYİ ÖLDÜRƏN ŞEYLƏR
Saf istək əbədi qalmır, getdikcə azalır. Saf istək çox vaxt vəziyyətə, şərtlərə bağlıdır, yəni, kişinin vəziyyəti və macəra ilə əlaqədar olan şeylərdir. Ona görə də ərindən bezmiş və macəra axtarışında olan qadınlar aldadır.
Münasibət nə qədər uzun olarsa, bir o qədər saf istək azalır və hər şey adiləşir.
Kişilər qadınlara qarşı həvəslərini tez itirirlər, ona görə də kişilərin aldatması daha çox olur. Kişi macəra və yeni qadınlar axtarır, çünki, onu həyəcanlandıran şey budur. Kişinin reproduktiv strategiyası onsuz da bacardığı qədər öz dölünü yaymaqdır. Ona görə də kişi həmişə saf istək axtarışında olur.
Saf istəyi öldürən şeylər isə:
❌ EYBƏCƏR ŞƏKİLDƏ KÖKƏLMƏK
❌ ÖZÜNƏ BAXMAMAQ
❌ ENERJİSİZLİK
❌ TƏNBƏLLİK
❌ PSİXİ PROBLEMLƏR