Yaxınlaşma qorxusu kişilərə aid olan bir hissdir və instinktiv olaraq bütün kişilərdə var.

 

İbtidai dövrdə kiçik qəbilələrdə yaşayırdıq. O dövrlərdə qadın çox az idi və başqa kişiyə aid olan bir qadına yaxınlaşmaq ölümlə nəticələnə bilərdi. Yanlış qadına yaxınlaşsan oldürülə bilərdin, qəbilədən kənarlaşdırıla bilərdin və genlərin məhv ola bilərdi. Əlavə olaraq bir qadın tərəfindən rədd cavabı alsanız, başqa qadınlara deyəcək və nəsil artırma şansınız qalmayacaqdı.

 

Bu 2 başlıca səbəbə görə kişilərdə psixoloji olaraq bu qorxu günümüzə kimi var. Ona görə də yad bir qadına yaxınlaşmaqdan qorxuruq.

 

Bu qorxu ibtidai dövrdə özünü doğrultsa da, müasir həyatda mənasız bir narahatlıqdır. Yaxınlaşma qorxusunu tamamilə aradan qaldırmaq mümkün deyil, ancaq bunun öhdəsindən gəlmək mümkündür.

 

Qorxacaq bir şey yoxdur, tanımadığın qadının səni rədd etməsi səni öldürməyəcək. Ətrafda minlərlə qadın var beynin rahat olsun.

 

NECƏ ÖHDƏSİNDƏN GƏLƏCƏYİNİ SƏNƏ DEYİM

 

1.Tez-tez qadınlara yaxınlaş. Qorxacaq bir şey yoxdur. Ən sadə üsuldan başla. Əvvəlcə saat soruş sonra xoşun gəldiyini söylə.

 

2.Hər gün küçəyə çıx və 2 saat praktika et.

 

3.Addım-addım irəlilə. Əvvəlcə dayandırmağı bil, sonra söhbətə başla və sonra söhbəti davam etdir.

 

4.Qorxmağın mənasızdır qadın heç vaxt qışqırıb bağırmayacaq.

 

5.Bəyəndiyin qıza salam verməkdə heç bir qəbahət və səhv bir şey yoxdur. Qız da sənin yaxınlaşmağını istəyir.

 

6.Qadınlar səni yeməyəcək. Qadınlar zəif varlıqlarlardır. Sənə heç nə etməyəcəklər, yəni, səni öldürməyəcəklər. Müasir həyatda kişi dostları da bir şey etməzlər. Çünki artıq insanlar mədənidirlər.

 

7.Yaxınlaşma qorxusunu sadəcə yüzlərlə set açaraq və bunu həyatının bir hissəsinə çevirərək ata bilərsən. Bunu nəzəri yox, praktiki şəkildə həll etməlisən.

 

Qorxunun üstünə yeri, özünü məcbur elə və rahatlıq zonandan çıx. İlk 6 ayda çətin olacaq,  sonra zamanla normallaşacaq.