QADIN TOVLAMAQ HƏMİŞƏ ÇƏTİN İDİ VƏ ÇƏTİN OLACAQ
QADIN TOVLAMAQ HƏMİŞƏ ÇƏTİN İDİ VƏ ÇƏTİN OLACAQ
Salam əziz Bazman klubun əziz oxucuları, bu məqaləmdə vacib bir anlayışa toxunacağam.
Bütün kişilərin ən böyük xəyalı həyatında daş kimi bədəni olan, modelyer görünümlü gözəl qadınlarla birlikdə olmaq və qadınlar mövzusunda üstünlüyə sahib olmaqdır. Bu tipik bir kişi fantaziyasıdır və bu fantaziyanı kişilərin beynində film mədəniyyəti yaradıb. Ancaq işlər real həyatda tamam fərqlidir. Xəyal quran kişilərin çoxunun münasibət həyatı yetərsiz səviyyələrdə və ciddi problemlərlə doludur. Əvvəllər məndə bu problemlərin kökünün pul və görünüş ilə əlaqədar olduğunu düşünmüşdüm, lakin, uzun zamandır uğursuzluğun səbəbinin "yetəri qədər qadın tanımamaq" olduğunun fərqinə varmışam. Kişilərin böyük əksəriyyəti (90 % - qədəri) münasibətlərini sosial mühitindən əldə edir, amma, bu mühit çox vaxt kişinin xeyrinə işləmir. Kişilər bəzi qadınlarla dost olur və onlarla çox vaxt keçirirlər. Yaraşığı və pulu olub, qadınlarla münasibətdə uğursuz olan həddən çox kişi var. Çünki, məqsədlərində kifayət qədər aydın deyillər və eqoistdirlər.
Kişilərin böyük qismi yüksək səviyyədə eqoya sahibdir. Müəyyən təcrübəyə malik olan kişilərin eqoları daha böyükdür. Burda başa düşməyənlərə loru dillə aydınladım eqolu nə demək olduğunu, yəni, (qəzəbli, kin güdən, intiqamçı, təkəbbürlü). Kişilərin çoxu davamlı olaraq, ard- arda olan, yəni, tez-tez qadınlar tərəfindən rədd edilmələri qəbul edə bilmir. Bunu şəxsiyyətinə bir təhqir kimi qəbul edir.
Həmçinin rədd cavabı almaq ilk başda ağrılıdır və kişilər (out of the comfort zone) rahatlıq zonasından çıxmaq istəmirlər. Sosial mühitdə rədd edilmək onsuz da tragikomik bir vəziyyəydir və ona görə də kişilər sosial mühitdə nadir hallarda rədd cavabı alır, ümumiyyətlə, burada "itirməmək üçün oynamaq" strategiyasına əməl olunur. Kişi riski minimuma endirərək "snayper taktikası" ilə qadına sərmayə qoyaraq tovlamaq məqsədi daşıyır.
Kişilərin böyük əksəriyyətinin ümumi uğursuzluğu kifayət qədər seçiminin olmaması ilə bağlıdır. Yəni öz mühitindən kənara çıxa bilmirlər, əllərindəki mühiti dəyərləndirmək məcburiyyətindədirlər, bu isə məhdud resurslar deməkdir. Elə bil ki, hansısa quraqlıq düzənlikdə ilişib qalmısan bir damcı suyun var, o da qurumaq üzrədir. 😂
Sosial mühitdə eyni anda bir neçə qadına girişmək problemli işdir və kişinin əlində partlaya bilər. Onun üçün də "Soyuq yanaşma" metodu hər zaman ən yaxşısıdır. Qadınların seksual istəyi çətinliklə oyanır və asanlıqla yatır. Yəni bəzi vəziyyətlərdə ilk təəssüratı silmək mümkün olmur. Nə deməkdi, açıqlıq gətirirəm yenə loru dillə anlamaqda çətinlik çəkən dostlara, qardaşlara. Yəni ki, qadına ilk yaxınlaşanda necə bir hiss təəssürat oyatmısansa, odur, neqativsə pozitivə çevirə bilmərsən. O qadın artıq səni neqativ olaraq xatırlayacaq xatirində və yaxud əksinə.
Eyni mühitdə fərqli personaj yaratmağınıza icazə verilmir. Qadına əvvəlcə əzik kimi yaxınlaşıb, sonradan onu təsirləndirən kişi ola bilmərsən. Dostluq zonasına düşən kişisənsə ordan çıxmağın çox çətindir. Yəni, qadınlar sadəlövh, əzik kişiləri dost, qardaş zonasına atırlar. Bunu zamanında yaşamış birisi olaraq deyirəm. Ona görə də təəssüratı dəyişmək çox çətinkən yeni bir qadında ilk təəssürat yaratmaq daha asandır. Seksual arzunun, istəyin özünəməxsus xüsusiyyəti var.
Ancaq soyuq yanaşma olduqca çətindir. Üzərində işləmək illər çəkə bilər və kişinin öz daxili dinamikaları və dərin dəyişiklikləri ilə bağlıdır. Soyuq yanaşma (tanımadığın qadına yanaşma) çətindir, çünki, qadının sənin haqqında məlumatı yoxdur və arada bəzi maneələr var. Qadınların emosional dəyişikliklərinin (yəni əhval-ruhiyyəsinin pis və yaxud yaxşı olması ilə hər dəqiqə bir cür ola bilər) öhdəsindən gəlmək məcburiyyətində qalırsan. Bu bəzən üstünlük olsa da, ümumilikdə qadınların çoxu yanaşmanı rədd edir.
Bu təbiidir, çünki soyuq yanaşmanın təbiəti belədir. Rədd edilmək tamamilə normaldır, çünki, 40 qadın səni rədd edər 1 dənəsi səni qəbul edə bilər. Soyuq yanaşmanın mənası budur. 40 rədd edilmənin bir əhəmiyyəti yoxdur, əsas həmin o 1 qəbul edilmədir əhəmiyyətli olan.
Təsəvvür elə ki, qadınlar ifrat dərəcədə asanlıqla “hə” deyir qabağına çıxan hər kişiyə. Bu vəziyyətdə də işlər normaldan 99999 dəfə çətin olacaq. Çünki həddən çox təklif alan qadınlar yəqin ki, gündə ən azı 50 kişi ilə sekslə məşğul olmaq məcburiyyətində qalacaqlar.😂
Bu qədər asan olması da yaxşı deyil və belə bir şeyin olması ehtimalı da yoxdur. Əhəmiyyətli olan hər kişi ilə asan olması deyil, sənin bu işdə təcrübəli və yaxşı olmağındır. Heç vaxt bu iş asan olmayacaq, sadəcə, sən bu işdə yaxşılaşmağa başlayacaqsan.
Kişilərin playboy fantaziyasında belə bir xəyal var ki, qadınlar kişilərə yaxınlaşmalıdı, ancaq belə bir şeyin real həyatla heç bir əlaqəsi yoxdur. Soyuq yanaşma ilə qadınları əldə etməkdə daha yaxşı olursan. Yəni proaktiv ( təşəbbüskar ) olmadıqda, yəni, hərəkətə keçmədikdə qadınlar əsla sizə gəlməz , sevgisindən alışıb yansa belə. Qadınların kişilərə yaxınlaşması inancı tamamilə səhv düşüncədir. Kişi gedib istədiyini almalıdır, qadınların da kişilərdə sevdiyi xarakterlərdən birincisi budur.
Bu çətin bir prosesdir, ilk növbədə, kişi çoxlu rədd cavabı almaldır. Rədd daimi olacaq bunun qarşısını almaq mümkün deyil. Rədd edilməyin də bir əhəmiyyəti yoxdur. Rədd edilməyən bir kişi varsa başa düşün ki, qadınlara yaxınlaşmır. Onsuz da qadınlarla münasibətin pisdirsə demək ki, hamısı səni rədd edib. Ancaq soyuq yanaşma edirsənsə bu nisbəti sınaqdan keçirib aşağı sala bilərsən, 100% dən 95 % ə qədər sala bilərsən.
Təbii ki, elektron kitablarımı satın alsan bu nisbət 100 % dən 20 % ə düşəcək, çünki, mən zamanında bu əziyyətləri çəkib oyunumu Azərbayacanda inkişaf etdirmişəm. Sən kitabda verdiyim taktikalarla qadınlarla asanlıqla münasibət qurmağı bacaracaqsan. Hansı cümlələrlə qadınlara yaxınlaşmağı, mesajlarda qadınlara nə yazmağı, qadınları görüşə necə çağırmağı, onlarla görüşdə necə davranmağı sənə bütün dərinlikləri ilə başa salacam. Sonra cavab verən amma görüşməyənlərlə, daha sonra isə görüşməyə söz verib görüşməyənlərlə 😂 daha sonra isə görüşüb bir şey çıxmayan, boşa zaman /enerji/ pul itkisinə yol açan qadınlarla.
Rəddlərin öhdəsindən gəlib bir sürü nömrə alıb sonra flake (cavab verməyən, boşa çıxan) nömrələrlə öhdəsindən gəlməsi lazımdır kişinin.
Gördüyünüz kimi qadın tovlamaq olduqca çətin bir işdir. Bunu bacara bilmək olduqca yüksək özünə güvən və sonsuz pozitivlik tələb edir. Nəticədən asılı olmayan, cəsur, əyləncəli adam olmağın lazımdır. Qadınların öhdəsindən gəlməyi öyrənmiş və potensiallarının fərqində olan bir kişi olmalısan.
OYUNUN ALTERNATİVİ YOXDUR
Oyun sadəcə olaraq bayıra çıxmaq və qadınlarla danışmaq deməkdir. Bunun alternativi filan yoxdur. Bu kişinin beynini axmaq, gic taktikalarla qarışdırmır, işləri asanlaşdırır.
Oyunun alternativi pul qazanmaq deyil. Andrew Tate də pul var ancaq xarizma da var. Mark Zuckerberg də pul var, amma xarizma yoxdur, Çinli bir qadınla evliykən Andrew Tate ortadadır. Pul qazanmaq kişini playboy etmir.
Pulunuza gələn qadınlardan da iyrənəcəksiniz, mənəvi qəzəblənəcəksiniz. Bundan əlavə pulun qadınlara təsir funksiyası 5 %-ə kimidir. Əgər pulu özünüzə xərcləsəniz dərəcə arta bilər. Qadınlar üçün pula ehtiyacın yoxdur. Varlı, amma lox adamlar qadın tovlaya bilmir, əfəl kimi ticarət mərkəzlərində qadınlara pul yedirir. Bahalı restoranlarda, böyük qızıl, daş qaş mağazalarında gəzdirib qadınlara böyük pullar xərcləyirlər, qadınlar da bunlardan istifadə edib bunların pullarını yeyir, ancaq, bu adamlara zərrə qədər də olsa seksual arzu duymurlar, əvəzində onlara dərin duyğular yaşadan bic kişilər axtarıb tapırlar. Bu kişilərə də lox gözündə baxıb pullarını zəli kimi sovururlar.
Tip isə ilk vaxtlar üstünlük kimi görünsə də, qadınlar öyrəşir, davamı yoxdursa, yəni, oyunun yoxdursa bu üstünlükdən mənfi cəhətə çevrilir.
Yaraşıqlı, amma, oyunu bilməyən o qədər kişi var ki, oyunu bilmədiyi üçün bir iki mesajdan sonra qadınlar bunlardan soyuyur. Ancaq eybəcər, tipsiz adamlar var ki , oyunu mükəmməl deyilə biləcək dərəcədə yüksək olduğu üçün hər mühitdən qadınlarla dərin səviyyələrdə eşq yaşayır.😉
Həm də yaraşıqlı oğlanların eqosu var, qadınlara əsla rahat şəkildə girişmirlər. Bir qadın tapan kimi bazardan əllərini çəkirlər. Yaraşıqlılıq bu baxımdan üstünlük deyil yalnız kiçik üstünlükləri var. İşini bilənin isə böyük üstünlüyü var bu oyunda.
Yüksək statuslu və populyar kişi olmaq da lazım deyil. Məşhurun kim olduğuna görə də işləri dəyişir, hər məşhur kişi də playboy (baz oğlan) ola bilmir.
Qeyd etdiyim kimi problem yaradan faktorlar kişilərin seçimlərinin olmaması və möhtac olmasıdır. Yəni, kifayət qədər qadın yoxdursa həyatınızda, qalib gəlmək üçün oynaya bilməyəcəksiz, dostlar. Belə olan halda da qadın tapmaq həddən çox çətinləşəcək həyatınızda. Tək yolu bayıra çıxıb qızlara "salam səni bəyəndim" deməkdir. Başqa alternativ yoxdur, qız istəyirsənsə tək yolun budur. Soyuq yanaşma nə qədər çətin və cansıxıcı olsa da, kişiyə özünə inam, güclü iradə, kişilik, xarizma, sosial sənətlər də uğur gətirir. Əlavə olaraq həyat boyu sərhədsiz qadın seçiminə malik olursan. Gündə 2 qıza yaxınlaşsan həyatı boyu minlərlə qadın eliyir və hər yaxınlaşmada şansın artır. Təbii ki, bu iş intizam və sonsuz pozitivlik tələb edir. Kişilərin çoxu dalbadal rədd cavabı aldıqca bunu şəxsi qəbul edib depressiyaya düşürlər. Baxır ətrafına, bəzi kişilərin qadınlarla şansı yaxşı gedir, paxıllığı tutur, özünü məhv edir özünə inamı, özünə hörməti yox olmağa başlayır. Kişinin özünə güvəni və pozitivliyi nəticələrdən yox öz daxilindən gəlməlidir. Bu gün 10 + rədd cavabı almışdım və yoruldum evə qayıdıb yemək yedim, sonra yenidən bayıra çıxıb 2 dənə ani görüş və bir yığın instaqram aldım qızlardan.
Eyni gün ərzində belə nəticələr balanssız şəkildə dəyişir. Bir anda sıfırkən bir anda yüzdə yüz nəticə əldə edirsən. Bir anda işlər bərbaddır deyə düşünərkən bir anda “ala mən bu qədər qızla nə edəcəm” düşüncəsində olursan.😂 Soyuq yanaşmanın təbiəti balanssızdır, yəni, qadınlara güvənə bilmirsən. Hər an hər şey ola bilir. Boşa çıxan nömrələr, görüşməyənlər, verməyənlər... Ancaq bununla belə alternativ yoxdur. Ona görə də neqativ olmamalısan. Nəticədən azad müddətə diqqətini yönəldib pozitiv və özünə inamlı olmaq kifayətdir. Arxasınca da bodibildinq, geyim və pul. Kişi qadınlarla tanış olmursa, yaxşı geyinsə də elə də böyük fərq eləmir. Ancaq kişi həm yaxşı geyinib həm də qadınlarla tanış olursa təhlükəli kişidir deməkdir. 😉
Soyuq yanaşma çox çətindir, amma, olsun, eybi yox, bu bəhanə deyil. Təkcə sizə deyil, hamıya çətindir və çətin olması yaxşıdır yoxsa millət hərəmxana qurardı heç kimə gözəl qız çatmazdı.😂 Çətin olması bizim üçün daha yaxşıdır, çünki, kişilərin çoxu rahatlıq zonasından kənara çıxa bilmir. Kişinin etməli olduğu şey həftədə 30 qıza yaxınlaşmaqdır, bu 50 olsa daha ideal olardı. Yəni bu işin başqa yolu yoxdur.
Fantaziyalara inanan kişilər ümumilikdə rədd edilməyi əngəlləmək istəyirlər, yəni, istədiyi qızı əldə edən bir metodu arzulayırlar sehirli həb və taktika axtarırlar. Bu cür axmaqlıqlar işə yaramır. Kişi qadınlara qarşı marağını göstərməli və konkret olmalıdır. Bu hər şeydən daha yaxşı işə yarayır. Ona görə də münasibət həyatını düzəltmək istəyirsənsə pozitiv olub bayıra çıxmalısan və intizamlı bir şəkildə oyunun üzərində çalışmalısan. Qadınları heyran edə biləcək daxili özünə güvənməyi, özünə inamı əldə etdikdən sonra nəticələri görməyə başlayacaqsınız.