ÇİRKİN KİŞİ PEŞƏKAR BAZMENƏ ÇEVRİLƏ BİLƏRMİ?
Salam əziz Bazman.az izləyiciləri, bu yazıda sizlərə çirkin kişilər peşəkar bazmenə çevrilə bilərlərmi, ümumiyyətlə çirkin kişilər qadınlarla münasibətlərdə uğurlu ola bilərlərmi? kimi suallara aydınlıq gətirəcəyəm və çirkin kişilərə vacib məsləhətlər verərək ətraflı şəkildə bu məsələni izah edəcəyəm.
Cəmiyyətimizdə yaraşıqlığın kişinin romantik münasibətlərdə uğur qazanmasında əsas rol oynadığı düşünülür. Ancaq təəccüblü olsa da, dünyanın ən peşəkar eşqbazları çox vaxt yaraşıqlı deyil, məhz çirkin kişilər arasından çıxır. Bu fenomenin arxasında duran səbəbləri araşdırmaq maraqlı və düşündürücüdür. Cəmiyyətin gözəllik standartları daim dəyişsə də, bir həqiqət var ki, xarici görünüş təkcə uğurun və ya cəlbediciliyin göstəricisi deyil. Əksər hallarda, dünyanın ən peşəkar eşqbazları yaraşıqlı deyil, əksinə, görünüşcə orta və ya hətta cəlbedici sayılmayan kişilər arasından çıxır. Cəmiyyətin çoxu flört ustalarının yaraşıqlı və cəlbedici kişilər olduğunu düşünür. Lakin, reallıqda dünyanın ən peşəkar flört ustaları çox vaxt xarici görünüşü “idealdan uzaq” olan kişilər arasından çıxır. Bunun bir neçə əsas səbəbi var.
Bəs bunun səbəbi nədir və Çirkin Kişilər Niyə Daha Peşəkar Eşqbaz Olurlar?
1. Həddindən artıq Özünəinam
Yaraşıqlı kişilər çox vaxt xarici görünüşlərinə güvənir və bununla da asanlıqla diqqət cəlb edə bilirlər. Lakin çirkin hesab olunan kişilər fərqli yollara müraciət edirlər. Onlar xarici görünüşə deyil, özünə inama üstünlük verirlər. Bu isə qadınları daha çox cəlb edir, çünki özünə həddindən artıq güvənmək çox vaxt daha təsirli olur və qadını isladır. Qadın bu vəziyyətdə düşünür: Bu kişidə nəsə var ki, bu dərəcədə özünə güvənir. Bunun üçün də çirkin bir kişisənsə, özünə həddindən artıq güvənməyin bir qadına təsir etməyində, sənə çox böyük bir üstünlük yaradacaqdır. Buna irrasional (məntiqə uyğun olmayan) özünəinam deyilir.
2. Xarizma
Xarizma insanın başqalarını təsirləndirmə, cəlb etmə və heyran etmə qabiliyyətidir. Bu xüsusiyyət təbii olaraq bəzi insanlarda daha güclü şəkildə mövcud olsa da, inkişaf etdirilə bilən bir bacarıqdır.
Xarizmanın Əsas Xüsusiyyətləri:
Özünəinam: Xarizmatik insanlar özlərinə güvənir və bu güvəni ətrafdakı insanlara ötürürlər. Onlar öz dəyərlərindən və fikirlərindən əmin olduqları üçün qarşı tərəfdə güvən hissi oyadırlar.
Ünsiyyət Bacarığı: Xarizmatik insanlar yaxşı dinləyicidirlər, göz təması qururlar və qarşı tərəfi diqqətlə dinləyirlər. Onlar öz fikirlərini aydın və təsirli şəkildə ifadə edirlər.
Bədən Dili və Göz Təması: Dik duruş, açıq jestlər və səmimi göz təması güvən və inam hissi yaradır.
Yumor və Pozitivlik: Xarizmatik insanlar ətrafına müsbət enerji yayır və yumor hissi ilə insanları özünə cəlb edirlər. Xarizmatik olmaq üçün bu xüsusiyyətlərini inkişaf etdirməyin vacibdir .