“MƏN NƏ EDİRƏM ?” HİSSİ

 

1. NƏDİR BU " MƏN NƏ EDİRƏM?” HİSSİ

 

Oyun, yəni, qadın tovlama sənəti əsasən bir sosiallaşmaq və hərəkətə keçmə sənətidir.

 

Çox vaxt qadınlarla münasibətlər birbaşa qadınlarla ünsiyyət quraraq həll olunur. Bu mərhələdə hərəkətə keçəndə, xüsusən də təcrübən yoxdursa qorxudan götün əsməyə başlayır, beynin lazımsız ssenarilər istehsal etməyə başlayır. Hansı oyun olur olsun. İstər gündüz oyunu, istər online oyun, istərsə də gecə oyununda yeni qadınlarla tanış olmaq istədiyin zaman qəribə hisslər keçirirsən.

        

Mən bu hissi "mən nə edirəm?" hissi adlandırıram. Çünki əsasən səhv və pis bir şey etdiyini düşünür və hiss edirsən.

 

Xüsulilə də gündüz oyunu və online oyunda bu hiss açıq şəkildə ortaya çıxır. Sosial mühitdə və gecə klublarında bu hiss bir o qədər olmur çünki, hədəfindəki qadının yanındakı dostları və rəfiqələri ilə də söhbət edirsən deyə, girişdiyin qadın hiss eləmir ki ona girişirsən.

 

Gündüz oyununda bu hissin lap çox olduğu özünü göstərir. Kişilərin 99,9 %- i gündüz oyunu etmirlər, çünki, yaxınlaşma qorxusu yaşayırlar. Gündüz vaxtı bayıra şəxsən qadın tovlamaq üçün çıxdığında özündə qorxu, həyəcan və stress hiss edirsən.

 

GÜNDÜZ OYUNU çətin bir idman növü olduğundan rahatlıq zonana tamamilə ziddir.

 

Xam və naşısan deyə yeni qadınlarla tanış olmaq əks nəticə verir. Özünə güvənin və inancların qırılmaq istəsə də, yenə də hərəkətə keçməyə davam edirsən.

 

Əsas da beynindən bu fikir keçir. Mən neyniyirəm alaa? Camaat sevgilisi ilə qol-qola gəzir mən də burda qız axtarıram. Görəsən mənim elədiyimi kimsə görür? Məndən başqa bu işi görən yoxdur axı.

 

Bunların hamısı beyninin sənə istehsal etdiyi lazımsız ssenari və düşüncələrdi. Gündüz vaxtı heç tanımadığın qadınlarla tanış olmaq sənə qəribə gələcək. Beynində bunun düz olmadığını düşünəcəksən.

 

Ona görədə "təsadüfi qadının dalınca gedirəm, vaxtımı boş yerə itirirəm" düşüncəsi ilə evə qayıtmaq istəyəcəksən.

 

Online oyunda da bu hissi yaşayacaqsan. Özünü azğın kimi hiss edəcəksən, çoxlu qadın əlavə eləmisən, bir yığın qadına dm atmısan,  heç birindən də cavab gəlmir deyə kefin pozulacaq. Telefonuna baxırsan, heç nə yoxdu, ancaq çoxlu qadına yazmısan deyə libidon yüksək olarkən, cavab gəlməyəndə "mən nə edirəm" deyərək mesajları geri qaytarıb takibi buraxmaq istəyəcəksən.

 

Bunun səhv və aşağı dəyərli bir hərəkət olduğunu hiss edəcəksən.  Cavab gəlməyəndə ağrı çəkəcəksən və kefin pozulacaq. Elə ona görə də bu hissin adı "mən nə edirəm? " hissidir.

 

2. UĞUR QAZANDIQCA BU HİSS YOX OLUR.

 

Naşısan və bir çox problemlərin var. Daxili və xarici oyunun yoxdur. Bunları vaxt keçdikcə inkişaf etdirməyin lazımdır.

 

Heç kim heç nəyi anasının qarnında öyrənmir. Bu hiss naşı olanda yüksək səviyyədədir , çünki ortada nəticə yoxdur. Xüsusilə də gündüz oyununda rədd cavabları çox olduqda, daha doğrusu düzgün, keyfiyyətli bir cümlə qurub qadınları dayandıra bilmirsənsə, online oyunda şəkillərin və mesajlaşmağın pisdirsə, geri dönüşlər yoxdursa bu hissin artması normaldır.

 

İnancların qırılır, oyunun yalan olduğunu düşünürsən və hər şeyi xarici görünüşün və pulun üstünə atırsan. Özün özünə deyirsən ki – Yox e qadınlar ancaq pula və yaraşığa baxırlar.

 

Naşı kimi əziyyət çəkdikdə və psixoloji olaraq zəif olduqda hərəkətə keçməkdən imtina etmək istəyirsən.

 

Ancaq hərəkətə keçməkdən əl çəkmə, çünki hər qadını tovlaya bilmərsən, əl çəkmədikdə, tez-tez cəhd etdikdə özün də təəcüblənəcəksən və uğur qazandığını görəcəksən.

 

Qadınlar arasındakı fərqləri görəcəksən və təəcüblənəcəksən. Məsələn;  Çirkin, eybəcər bir qız səni rədd edəcək, 2 dəqiqə sonra gözəl bir qız sənə WhatsAppını verəcək.

 

Xüsusilə də zəhmətinin bəhrəsini gördükcə "mən nə edirəm ?" hissinin əvəzinə "nə yaxşı ki, yaxınlaşmışam, mən bu işin ustasıyam" hissi olacaq.

 

Əvvəllər peşmançılıq keçirib  özünü pox kimi hiss elədiyin işi, uğur qazandıqca həvəs və ehtirasla edəcəksən. “Bu günə qədər elədiyim yaxınlaşmalardan, gönərdiyim mesajlardan peşman deyiləm, kaşki, daha əvvəllər bundanda artığını edərdim”- hissi yaşayacaqsan.

 

Həyatın qısa olduğunu və uğur qazanmaq üçün hərəkətə keçməyin vacibliyini dərk edirsən və uzun müddətdə qazanc həddindən çox olur.

 

Zaman keçdikcə əhval ruhiyyən əla olacaq,  öyrəşəcəksən və hadisələrə daha strateji yanaşmağa başlayacaqsan.

 

3. EQOİST VƏ QÜRURLU KİŞİLƏR BU İŞƏ UYĞUN DEYİL.

 

Bir çox kişilərdə bir növ eqo və qürur var. Xüsusilə qadınlara qarşı bir növ eqo və qürur zamanla ciddi qəzəbə çevrilə bilər.

 

Bu xasiyyətdəki kişilər əsasən bəzi üstünlüklərə sahib olduqları üçün qadınların bunlara təriflər yağdırıb öymələrini istəyirlər.

 

Misal üçün; adam ya yaraşıqlıdır, ya əzələ yığıb, ya bahalı maşını var, ya da yaxşı bir yerdə işləyir. Həmin bu kişilər qadınlara doğru şəkildə yanaşmayanda qadınlar bunları rədd edir və bunlar da eqolu və qürurlu olduqlarından qadınlara nifrət bəsləyirlər.

 

Hər hansı bir qadının bunlara rədd cavabı verməsi bu kişiləri qəzəbləndirir.

 

Fikirləşmirlər ki oyunları yoxdu, oyunu düz oynasalar qadınlar bunlara verəcək. Əlavə olaraq bu xarakterdəki kişilər "qadınlar bizə seks borcludur" deyə düşünür. Qadınları süründürmək və bir növ intiqam almaq hissi ilə hərəkət edirlər.

 

Təbii ki, bu zəhərli mənfi enerji bütün üstünlüklərə baxmayaraq qadınları qaçırır.

 

Qadınlar özünə güvənən və  əylənməyi sevən kişilərlə yatmağı sevirlər.

 

Bu kişilərin müxtəlif üstünlükləri olmasına baxmayaraq davranışları zəhərli olduğundan qadınlara iyrənc görünürlər.

 

Bu kişilərin problemlərini həll etmək çətindir.  Özüdə bu kişilər aşağı təcrübəli olsalar da ən gözəl qızları istəyirlər. Bu cür çox kişilər görmüşəm ki, ən gözəl qızları istəyirlər, halbuki, orta səviyyədəki qızlarla belə uğurları yoxdu bu kişilərin.

 

Birdən-birə yüksək səviyyəli qadınlara girişməyin pis tərəfi möhtaclığa və bədbinliyə yol açır. Çünki yüksək səviyyəli qadınlara əlləri çatmayanda inamları qırılır.  Nəticədə qadın təbiəti eynidir, əvvəl orta səviyyədəki qadına giriş təcrübə qazan sonra yüksək səviyyəli gözəl qadınlara.

 

Əlavə olaraq gözəl qadınları tovlamaq usta, bir incəlik tələb edir, müəyyən müddət tələsməmək lazımdır. Ancaq bu kişilər möhtac olduqlarından müddəti idarə edə bilmirlər.

 

Stress yaşayıb hər şeyin içinə sıçıb batırırlar və qadını qaçırırlar.

 

Ona görə də nəticə almamağa davam edirlər. Yəni bir sözlə əllərində bir iş gəlmir.

 

Bu xasiyyətdəki kişilər qadınlara qarşı hərəkətə keçdikdə eqolarından qurtulmalıdırlar. Məşhur adamlar belə qadınlara girişərkən eqolu davranırlar və göydən bunlara qadın yağacağını düşünürlər.

 

Qadınların sənə yaxınlaşacağını düşünmək uzun müddətlərdə tək qalmağına səbəb olacaq.

 

Həmçinin qadınlardan nə qədər uzaq olsan cəsarət edib yaxınlaşmasan, psixoloji olaraq qadınlara möhtac olacaqsan və bu da səndə (ONEİTİS) sindromu xəstəliyi yaradacaq.

 

Ona görə də sosiallaşmağı və hərəkətə keçməyi normallaşdır. Özün-özünə - “mən bu qıza girişmərəm, bunun  götü qalxıb, özünü yekə yekə aparır, özünü nə hesab edir, məni rədd edə bilməz, heç bir qadın məni görməzdən gələ bilməz, heç qadın məni fırlada bilməz”- deyirsənsə onda bu iş sənə uyğun deyil qardaş. Get özünə başqa bir məşğuliyyət tap.

 

4. BU HİSSLƏ BACARMAYANLAR BAŞQA HƏLL YOLLARINA MÜRACİƏT EDİRLƏR.

 

Qadınla tanış olmağa getmək və onlara mesaj yazmaq kimi şeylərdə yaxşı cavab almayanda kişilərin bu vəziyyətdən zəhlələri gedir, əsəbiləşirlər və o dəqiqə həvəsdən düşüb bu işdən əl çəkmək istəyirlər. Başlarını gic-gic, boş-boş şeylərlə, müxtəlif kompyuter oyunları ilə qatırlar, çayxanada boş vaxt keçirib fikirlərini dağıtmaq istəyirlər.

 

Öz-özlərinə deyinərək  "bu qıjı qız məni necə rədd edə bilər" düşüncəsində olduqlarından, bu işdə inkişaf etmək yerinə, əslində hərəkətə keçməkdən imtina edirlər. Hər yerdə də yalandan hapa gopa basaraq özlərini baz oğlan kimi göstərirlər. Ancaq adamı yanında iki qadınla görüşə aparırsan hər şeyin içinə sıçıb batırırlar 😂. Həmin qızı da özlərindən soyudurlar. Qarşılarına təsadüfi çıxan orta səviyyədə, elə də gözəl olmayan qızlarla da evlənib o qızlar tərəfindən manipulyasiyaya uğrayırlar.

 

Çünki qadın təbiətini bilmirlər və anlamırlar. Qadın dilini bilmirlər. Qadınların dolayı yolla kişilərə nə demək istədiklərini başa düşmürlər.

 

Oyunda uğur bolluqla gəlir, həddən çox tanınan məşhur bir adam deyilsənsə əziyyət çəkib, səy göstərib gedib qadınlarla tanış olmalısan. Praktika edib təcrübə qazanmalısan və oyunu öyrənməlisən. Birlikdə olduğum hər gözəl  qadınlarla mən gedib tanış oldum, mən nömrəsini aldım, mən ilk mesajı atdım, mən görüşə dəvət etdim.

 

Gözəl qadınları qollarında və yatağında görmək istəyirsənsə etməli olduğun bəllidir- HƏRƏKƏTƏ KEÇMƏK. Ancaq bəzi pis hisslərlə bacara bilməyəcək qədər qorxaqsansa, onda boş ver, heç bir qadına da yaxınlaşma, həyatına masturbasiya ilə davam et.