4 . QADINLAR KİŞİNİ BETALAŞDIRIB TƏRK EDİRLƏR
Qadınlar həmişə cəlbedici hesab etdiyi kişiləri məcazi mənada rəndələməyə çalışırlar. Məsələn; əgər bu bəyəndiyi kişi, idmanla məşğul olan, rəqs etməyi sevən, ünsiyyətcil, qadınlarla flört edən bir kişidir. Qız da təbii olaraq bu oğlanın dəyərinin fərqindədir və bu alfa cəhətlərinə görə onu bəyənir. Və bu qızla sevgili olmağa başlayır və hər şey yaxşı gedir. Bir müddətdən sonra qızın qısqanclığı artır və oğlanın hər şeyinə qarışmağa başlayır. Oğlana ultimatumlar yağdırıb əmrlər verməyə başlayır. İnstaqramdan takipləşdiyin qızları siləcəksən, telefonun kontaktındakı qızları bloklayacaqsan, deyərək oğlanı betalaşdırmağa çalışır.
Qadın münasibətdə güc qazandıqca kişinin hüdudlarını zorlamağa başlayır və zorla bunu kişiyə qəbul etdirir. Oğlan instaqramından və kontaktından bütün qızları silir. Müəyyən müddətdən sonra idmana getmir, idmanın əvəzinə qızla gəzməyə başlayır, hər şeydən əvvələ qızı qoyur və idman etməyə motivasiyası qalmır. Qızla fırlandıqca onsuzda daimi gəzmək, içmək və boş-boş sülənmək miqdarı dahada artır. Hər həftə sonu bir yeri gəzirsən, bazar günü səhər yeməyi yeyirsən, qızın dost mühiti ilə gəzməklər filən. Birdə baxırsan ki gəzməkdən idmana vaxt qalmayıb və pəhriz etmirsən, və göt göbək hamısı bir birinə qarışıb.
Qadın kişini qəsdən bilə-bilə betalaşdırmır və əslində elə bir məqsədi də yoxdur, ancaq, bunu instinktiv olaraq edir. Burada qadın kişinin hüdudlarını daimi zorlayır və onun nə qədər güclü olduğunu görmək istəyir. Çox kişi əslində qadınından özünə dəstək olmasını gözləyirlər, lakin, bu doğru deyil. Qadınlar sənə dəstək olmayacaqlar, sənin psixoloji cəhətdən güclü olmağını istəyirlər.
Betalaşdırma prosesində qadının gücü artdıqca kişinin geyiminə qarışır, kişiyə nəyi necə etməsini göstərməyə başlayır. Məsələn qadın sənə "bu ətirini bəyənmədim" deyir və sən də o ətirdən istifadə etməyi tərgidirsən. Üslubunda "bu köynəyi geymə, qıjısan, yoxsa axmaqsan?" deyir və sən də o qadının bu sözünə görə üslubunu dəyişdirirsən. Bütün hobbilərinə qadağa qoyur və sən də bu hobbilərinlə artıq məşğul olmursan. Havayı seksdə artıq səni tənbəlləşdirməyə başlayır, artıq idmana getmək yoxdur, inkişaf yoxdur, motivasiya yoxdur. Bu bir müddət belə davam edir və sən getdikcə bərbadlaşırsan və qadından asılılıq əmələ gəlir.
Nə isə, bir müddətdən sonra qadının marağının azaldığının fərqinə varırsan və sənə "sən çox dəyişdin, sənə əvvəlki kimi istəyim qalmadı" kimi sözlər deməyə başlayır. Qadın üçün hər şeyi buraxdın və onunla olmaq üçün fədakarlıqlar etdin, ancaq, nəticə olaraq qadın səni betalaşdırdı, yəni, əhlilləşdirdi, bunun nəticəsində də səni tərk edir.
Qadın sənin düzgün seçim olmadığını düşünür və götünə təpiyi qoyub səni rədd edir.
Qadın səni tərk edəndə hər şeyin əlindən gedir. Artıq bir göbəyin qalıb, çünki qadının göbəkli kişi sevdiyini söyləyərək səni aldatdı və buna vərdiş elətdirdi. Geyim üslubun artıq pox günündədir, parfümün pis və ruhən yorğun vəziyyətdəsən.
Yeni qadın da tapa bilmirsən, ancaq keçmiş qadının artıq bir sürü kişi tapıb. Qadınlar asanlıqla kişi tapır, hətta heç bir səy göstərməyinə ehtiyac yoxdur. Ancaq kişi üçün qadın tapmaq çox çətindir. Bir kişi olaraq sənin yeni bir qadın tapmağın çox əziyyətli və uzun vaxt aparan prosesdir.
Yeni qadın axtararkən bir yığın axmaqlıqlarla vaxtın gedir, bəzi qadınların axmaq kaprizlərinə dözmək məcburiyyətində qalırsan, görüşlərdə onların gic-gic söhbətlərini dinləməli olursan, bir yığın maneələrlə qarşılaşırsan, bir sözlə kişi olaraq bu yolda it kimi əlləşirsən, ancaq ortada bir şey olmur.
Ancaq qadın üçün kişi tapmaq 2×2 - dir. Bir qadın 1 saat ərzində 10 kişi tapa bilər, sən isə 1 ayda 1 - 2 qız taparsan ya tapmarsan çox çətin məsələdir. Bu işlər belədir beta qardaş və artıq beta olduğun üçün çox çətin vəziyyətə düşürsən.
Bütün bunların fərqində deyildin və qadın tərəfindən betalaşdırıldın, artıq bərbad bir kişiyə çevrilmisən. Doğru olan isə özünü ələ almaq və tanışlıq bazarına geri qayıtmaqdır. Keçmiş qadınının arxasınca qaçmaq axmaqlıqdır.