Qadınlara həddən çox kişidən mesaj gəlir və qadınlar bu bolluğun fərqindədirlər. Tez-tez yeni bir kişi ortaya çıxır və qadınlar hər gün real həyatda və sosial şəbəkələrdə sürü ilə kişilərdən diqqət görürlər. Bu baxımdan qadın gözəldirsə, bu qarşılıqlı əlaqə və diqqət sayı sürətlə artır. Gözəl olmasa belə heç bir qadın tək deyil və ehtiyatda həmişə 10- larla kişi saxlayırlar ki, bu kişilər onlara diqqət göstərsinlər.
Bu qədər çox variantı və seçimi olan, kişi diqqətinə öyrəşmiş, çoxlu münasibət yaşamış, çoxlu kişiləri tanıyan qadına sən gedib əzik bir şəkildə möhtac davranışlar göstərsən, qadın təbii ki, sənin yazdığın mesaja baxmaz. Görsə də yuxarıdakı bildirişlərə baxaraq sürüşdürəcək və aktiv olsa belə, cavab verməyəcək və ya görüldü atacaq. Çox vaxt qadınlar azğın kişilər dalbadal mesajlar yazmasınlar deyə görüldü belə etmirlər. Bu baxımdan möhtac davranışlar sərgiləsən, qadın gec yazmağa davam edəcəkdir, çünki sənin əzik bir uduzan kişi olduğunu bilsə, danışmaq üçün heç bir əsası olmayacaq.
3. Darıxdırıcı Söhbət Etməyin
Sosial dinamika son illərdə çox dəyişib. Keçmişdə qadınlar kişilərin diqqətinə və söhbətinə ac idilər və indiki kimi çox ünsiyyət qura bilmirdilər. Hətta bir kişinin bir qadınla ünsiyyət qurması həddindən çox çətin idi. Sosial media ilə hər şey dəyişdi və artıq müasir dövrdə adi bir kişi istənilən qadına mesaj göndərə bildiyi üçün sosial media ünsiyyət problemini aradan qaldırsa da, indi qadınlardan cavab almaq və onları söhbətdə saxlamaq problemi ortaya çıxıb.
Can sıxıcı və darıxdırıcı söhbət edirsənsə, yəni gündəlik mövzulardan danışırsansa, lazımsız suallar verirsənsə, mənasız danışırsansa və axmaqlayırsansa, bir qızı, xüsusən də gözəl bir qızı söhbətdə saxlaya bilmərsən. Ola bilər ki, qız 3-4 mesajda sənə cavab verəcək və sonra səni qırmağa başlayacaq. Qadınlar daim səndən qaçacaqlar və ya söhbəti dayandıracaqlar.
Darıxdırıcı söhbətdən uzaq olmaq üçün yaxşı zarafatlar, pozitiv enerji, arsız-məzəli texnika və rahat adam olmaq kimi şeylərdən istifadə etməlisən. Qadının diqqətini çəkmək və bu marağı saxlamaq lazımdır. Rəqabət yüksəkdirsə və darıxdırıcı danışırsansa, təəssüf ki, elə də gözəl olmayan orta görünüşlü qızları belə tovlaya bilməyəcəksən.
4. Söhbət Zamanı Səhvlərə Yol Vermək
Bir qadınla danışarkən həyəcanlanırsansa, nə yazacağını bilmirsənsə və ya komik olmaq istəyərkən iyrənc görünürsənsə, bu zaman səhv etməyə başlayacaqsan. Tanışlıq prosesi səhvləri qəbul etmir və oyunda sıçıb batırmamaq vacibdir, çünki sıçsan, təmizləyə bilməyəcəksən. Səni heç tanımayan, sənin haqqında çox az fikri, hətta qərəzi olan bir qadınla danışarkən səhv etsən, o proses bitəcək. Qadın ya cavab verməyi dayandıracaq, ya da soyuq qısa cavablar verəcək və sonra səni özündən qırmağa başlayacaq.
Tanışlıq prosesi səhv götürmür, 9 şeyi düz edib, 1 şeyi səhv etsən, qadın sənin üstündən xətt çəkəcək. Bu baxımdan hansı üsuldan istifadə edirsən et, həssas mövzulara diqqət yetirmək lazımdır. Risk etməkdə tərəddüd etməyəcəksən, ancaq ölçülü şəkildə riskə getməlisən. Qıza sataşacaqsan deyə təhqir etsən, NEG (neqativ kompliment) edəcəksən deyə qızı alçaldsan və ya komik olacağam deyə axmaqlasan qadın səndən qaçacaq. Bu problemin həlli də yoxdur, çünki soyuyan bir qadını yenidən özünə qarşı qızdıra bilməyəcəksən.
5. Qadının Məşğul Olması
Qadınlar ümumiyyətlə məşğul varlıqlardır, bunu qadınlarla arası yaxşı olan hər bir kişi bilir. Qadınların həyat və zaman anlayışları fərqlidir. Qadınlar yavaş-yavaş hərəkət edir və bir çox şeyi yerinə yetirmək üçün çox vaxt sərf edirlər. Bu baxımdan qadınlar gün ərzində məşğul olurlar, məktəbə gedirlər, işlərini həll etməyə tələsirlər, işləri ilə bağlı bir çox işlərlə məşğul olurlar. Daha sonra evə gəlib hazırlaşıb, bayıra çıxıb nəsə etmələri üçün çox az vaxtları qalır. Bu cür məşğuliyyətlərdən sonra kimləsə çox mesajlaşmağa vaxtları qalmaya bilər.