4 . QADINLA GÖRÜŞMƏK ŞANSINI SIFIRLAYIR
Seks haqqında danışmaq qadını peşman etdiyi kimi, qadınla görüşmək şansını da sıfıra endirir. Qadınlar əsasən hər şeyin "təsadüfən" olmasını istəyirlər, çünki, məsulliyyəti öz üzərlərinə götürmək istəmirlər. Bundan "Qadın psixologiyası və qadın dili" kitabımda bəhs edib qadın beyninin necə işlədiyini izah edəcəm. Bu kitabı oxumaq qadın psixologiyasını və qadın təbiətini anlamaq baxımından çox vacibdir. Bir qadınla seks haqqında danışan anda bütün sehr pozulur və qadın sənin evinə gələcəyi təqdirdə nə baş verəcəyini bilir. Bu isə qadının sənin evinə gəlmək, ya da səninlə görüşmək istəyini tamamilə azaldır və sənin evinə gəlməmək üçün daha çox müqavimət göstərməsinə yol açır.
Qadınlar bu məsuliyyəti öz üzərlərinə götürmürlər. Ona görə də dolayı dəvətlər həmişə ən yaxşısıdır. Seks haqqında danışdığında isə bu şansın olmur və prosesi məhv etmiş olursan. Qadın artıq sənə əlavə müqavimət göstərəcək ya da şans verməyəcəkdir. Səni düşüncəsində və beynində mənfi şəkildə kodlayacaq və ancaq hər şey danışıqda qalacaq.
Evimə gətirdiyim qadınlarla seks haqqında heç danışmıram, onsuz da əla oyunun varsa seksdən danışmağa vaxt və məkan yoxdur. Mən ya qadını güldürürəm, ya söhbət edirik, ya da bir-birimizə ilişib zarafatlaşırıq.
Çox vaxt bəhanə ilə evə gətirdiyim qadını rahatlaşdırıram, bir şeylər yeyib-içirik və sonra yaxınlaşma olur. Bir öpüş bütün prosesi alovlandırır. Ancaq elə də olur ki, hər şeyi düzgün etməyinə baxmayaraq ön sevişmədən o tərəfə keçə bilmirsən. Fahişə qalxanını göstərməyib, ancaq "son dəqiqə müqaviməti" ilə qarşılaşırsan. Bəzən bu müqavimətin öhdəsindən gəlirsən, bəzən də yox.
Bu baxımdan bu heç vaxt sənə zəmanət vermir ki, sən qadınla seks yaşayacaqsan, ancaq düzgün taktikadan istifadə sənə qadınla yatmağa kömək edə bilər.
Qadın seks haqqında söhbət açsa, söhbəti zarafatla fırladıb dəyişdirməlisən. Bəzi qadınlar gecə vaxtı çox həvəsli şəkildə seks haqqında danışmaq istəyir, ancaq qadınla görüşmək şansım varsa, əsla bu barədə danışmıram. Qadın başqa şəhərdə yaşayırsa, ümumuyyətlə bu barədə danışmıram, çünki, vaxt itkisidir.
Məsələn; bəzi qadınlar mən istəmədən yarı çılpaq şəkillərini atır, mən də zarafatla cavab yazıram ki "ayıb, günahdı, bu nə vəziyyətdi, ay qız əyninə bir şey geyin" 😂. Bu cür komik və məzəli cavablar yazaraq qadını əyləndirirəm. Bəzi azğın betalar kimi "həyatım, götün nə gözəldi, indi yanımda olsan səni bilirsən neyniyərdim" kimi cavablar yazmaq olmaz.
Bu iş əsasən özünü idarə etmək və doğru psixoloji tənzimləmələri təmin etməkdən ibarətdir. Bu yolla mən orta vəziyyətdə görünüşü və həyatı olan kişinin həyatında yaşayacağı seksuallığın yüz qatını yaşayıram, çünki əsas dinamikaları yaxşı başa düşürəm.
Onun üçün də mesajlaşmada seks haqqında danışmaq düzgün deyil, qadından çılpaq şəkillər almaq uğur deyil və böyük bir səhvdir. Bunları sizə uğur deyə sırımağa və ya göstərməyə çalışan adamlar saxtakar olduğunu anlayın.
Gerçək olan hər şey uğurdur və bizim virtualdan istifadə etməkdə məqsədimiz, yəni mesajlaşmaqdakı məqsədimiz qadınla real həyatda görüş təşkil etməyimizdir. Reallığa diqqət yetirin, realist olun və realist qalın.