Salam əziz Bazman izləyiciləri, bu yazıda sizlərə gözəl qadınları özünə heyran etməyin və cəlb etməyin 7 yolunu göstərəcəm.
1. Normal Qadınları Heyran Etməkdə Yaxşı Ol!
Gözəl qadınlar əsasən adi qadınlardan çox da fərqlənmir. Əgər sən normal qadınlara təsir etməkdə çətinlik yaşayan, müntəzəm olaraq görüşə çıxa bilməyən və eşq həyatı olmayan bir kişisənsə, gözəl qadınları əldə etmək istəyini bir kənara qoyub OYUNU öyrənməyə başlamalısan.
Normal qadınlarla tanış olmaqda və onları heyran etməkdə yaxşı olmalısan. Kişilərin çoxu normal qadınlara girişə bilmir ancaq həyatında gözəl qadınlar istəyirlər. Kişilərin çoxu "mənə normal qızlar cəlbedici görünmür" və yaxud "mən ən gözəl qızlara layiqəm" düşüncəsində olurlar və ən zirvədəki gözəllikdə qadınları arzulayırlar. Bu isə həmin düşüncədə olan kişiləri möhtac vəziyyətə salır.
Möhtac olan halda isə qadınsız qalırlar və seks həyatları sıfra bərabər olur. Bu isə möhtaclıq enerjisi ilə birlikdə nəticə stressi yaradır və oyuna mənfi təsir göstərir.
Buna görə də normal qadınları heyran etməkdə yaxşı olmalı və çoxlu təcrübə qazanmaq lazımdır. Normal qadınlarla həddən çox şey yaşayıb təcrübə qazanmalısan ki, gözəl qadınlarla görüşə çıxanda özünü itirməyəsən.
Hədəflərini mərhələ-mərhələ yüksəlt, məsələn, əvvəlcə orta səviyyədəki qadınları heyran et, daha sonra yavaş-yavaş təcrübə qazandıqca gözəl qadınlara giriş.
Yavaş-yavaş öz potensialının fərqinə vardıqca hiss edəcəksən ki, səndə alınır və artıq usta bir baz kişi olmusan. Artıq gözəl qadınlarında diqqətini cəlb etməyi bacarırsan.