Salam əziz Bazman oxucuları, bu məqaləmdə sizlərə mənə tez-tez verilən bir suala cavab verəcəm və detallı şəkildə izah etməyə çalışacağam ki, sizə qaranlıq qalan məqamlara aydınlıq gətirim. Ən çox müzakirə mövzusu olan seks üçün evlənmək və evliliyin kişinin əleyhinə olmasını izah edəcəm.
QADINLA KİŞİ ARASINDA SÖVDƏLƏŞMƏ
Hər şeydən əvvəl onu deyim ki, evlilik kişi və qadın arasında bir sövdələşmədir. Yəni, bu sövdələşmə nə deməkdir, izah edim. Kişi qadına söz verir ki, mən sənə ömür boyu baxacağam, bütün ehtiyaclarını qarşılayacağam və sən də qarşılığında mənə seks verəcəksən. Qadın isə kişidən fərqli olaraq, kişidən onun üçün ömür boyu özü üçün kişinin bütün resurslarını xərcləməsini istəyir, ancaq ömür boyu ona seks verəcəyinə söz vermir. Bütün kişilərin ilk olaraq evlənməkdəki məqsədi hər gün davamlı olaraq seks yaşamalarıdır, ikinci olaraq öz soyunu davam etdirmələridir. Ancaq, qadının məqsədi isə evləndiyi kişinin onu həyatda təhlükələrdən qoruması, həm də resurslarını qadınına xərcləməsidir. Yəni, bir sözlə qadınlar öz mənafeyini güdən varlıqlardır və evlənməkdəki məqsədləri özlərin ömür boyu sığortalamaqdır.
Qadınların öz mənafeyini düşünən varlıqlar olmaları onların yaradılışdan təbiətinin belə olmasıdır. Ona görə də əsla bir kişi olaraq bu xüsusiyyətlərinə görə qadına nifrət etməməlisən. Mənim bunları izah etməyimdəki məqsədim kişilərin qadın təbiətini anlamalarına kömək etməkdir. Və buna uyğun davranmalarıdır. Ona görə də evlənərkən sənə uyğun olacaq qadını seçməlisən ki, sabah başına problem açmayasan. Yəni, əgər maddi cəhətdən bu imkanları qadına təqdim edə bilməyəcəksənsə, əsla evlənmə. Burda problem dedikdə nəyi nəzərdə tuturam izah edim. Bütün dünyada olduğu kimi bizdə də qanunlar qadının tərəfindədir. Və artıq qadınların gözləntiləri həddindən artıq yüksəlib. Bunda sosial platformaların rolu daha da çoxdur. Çünki, qadın dünyanın başqa bir tərəfində, öz villasının hovuz kənarında günəş vannası qəbul edib, istirahət edən bir qadını görüb, evləndiyi kişidən ona da bu cür şeyləri təşkil etməsini tələb edir. Yaxud da, başqa bir qadına ərinin ad günündə maşın və yaxud bahalı briliant qaşlı üzük hədiyyə etdiyini görüb, ərindən bunları tələb edir. Sən də bunları təşkil edə bilmədiyin zaman sıçdın.