Arıqlamış, artıq yağdan azad bir bədən – bir çox kişi üçün hədəfdir. Hələ də arzulanan bədəni yaratmağın ən yaxşı yolu – davamlı məşq etmək və düzgün qidalanmaqdır. Biz sənin üçün yağları yandırmaq və bədəni forma salmaq haqqında ən faydalı məlumatları topladıq.
Yağ yığıntıları üç növə bölünür: “hormonal”, visseral (daxili orqanlarda yığılan) və dərialtı. Hər bir halda fərqli yanaşma tələb olunur. Hormonal səbəblərlə yığılan yağlar kişilərdə adətən bel və qarın nahiyəsində olur. Bu, yüksək qlikemik indeksli karbohidratlı qidaların qəbulu nəticəsində insulin istehsalının artması ilə bağlıdır. Artıq çəkiyi azaltmaq üçün insulin səviyyəsini normallaşdırmaq vacibdir, buna görə də qidalanmaya diqqət yetirmək lazımdır.
Daxili orqanlarda yığılan yağlar isə metabolizmi pozduğu üçün təhlükəlidir. Onlarla mübarizə aparmaqda intensiv kardio məşqlər kömək edir – məşq zamanı ifraz olunan adrenalin yağ hüceyrələrini asanlıqla parçalayır. Çox kök insanlar hətta pəhriz saxlamadan da kardio sayəsində tez arıqlayır.
Dərialtı yağ isə hər kəsdə olur və bu normaldır. Onun miqdarı normanı aşmadıqda sağlamlığa mənfi təsir etmir. Buna görə də onun aradan qaldırılması əsasən estetik məqsədlidir. Normal sayılır ki, bədəndə 15-25% yağ yığıntısı olsun. Eyni miqdarda yağ olan insanlar isə fərqli görünə bilərlər – əzələ kütləsi, dəri tonu və digər amillərə görə.