BİR QIZI SEVİRSƏN, ANCAQ O SƏNİ SEVMİR

 

Salam, əziz Bazman.az saytının oxucuları!

Bu məqalədə sizə bir qızı dəlicəsinə sevib onun tərəfindən sevilməməkdən və ya sadəcə dost kimi görülməkdən danışacağam. Həmçinin bu vəziyyətdən necə çıxacağınızı izah edəcək və sizə bu mövzu ilə bağlı gizli sirləri öyrədəcəyəm.

Sən qızın sevgilisi olmaq istəyirsən, amma qız sənə sadəcə bir dost kimi baxır. "Dostluq bölgəsi" deyilən şey iyrənc bir vəziyyətdir.

Sən bir addım atmağa çalışanda o sənə bənzər bir cümlə deyə bilər:

Sən çox yaxşı və mehriban birisən, amma səni heç o cür düşünməmişdim. Səninlə sadəcə dost qalmaq istəyirəm.

 

Bu, bərbad bir vəziyyətdir; lakin xoşbəxtlikdən bu vəziyyətdən qurtulmağın və ya əvvəldən bu hala düşməyin qarşısını almağın bir neçə yolu var.

Bu, şəxsən keçmişdə başıma tez-tez gələn bir hadisə idi. Bəyəndiyim qızların dostu olmaqdan heç cür xilas ola bilmirdim. Qızlar məni həmişə "dost" kimi görürdülər ya da heç bəyənmirdilər.

Bir dəfə bəyəndiyim bir qızla düz 1 il yarım görüşməyimə baxmayaraq, onunla bir dəfə də olsun öpüşə bilmədim! Sadəcə əlini tutmuşdum, onda da əlini əlimdən çəkmişdi.

Sanki zarafat idi.

 

Açıq-aşkar illərim hədər getdi, deyə bilərəm!

 

Mən qızların dostu olurdum, başqaları isə onlarla öpüşüb-qucaqlaşırdı, həmin qızları yatağında orqazm edirdi. Sonra da qızlar gəlib mənə sevgililərindən danışırdılar. Mən isə sadəcə dinləyirdim.

 

Qüsursuz bir “utancaq oğlan” kimi həyatımı puç edirdim.

 

Belə Davam Etmək Məcburiyyətində Deyil

Və heç bir oğlan da bu cür yaşamalı deyil. Bu problemi kökündən həll etməyin təsirli yolları var. Ətrafındakı bəzi insanlar bu məsələnin həll olunmasını və sənin əsl kişi kimi önə çıxmağını istəməyəcəklər; amma sən heç kəsi vecinə almamalı və həyatı istədiyin kimi yaşamalısan!

 

Cəmi bir həyatın var. Onu düzgün dəyərləndir.

 

İndi sənə bəyəndiyin bir qızın dostu olmaqdan çıxıb onun sevgilisinə (əyləncəli əclafa) çevrilməyin yolunu izah edəcəyəm.

 

Əvvəlcə dostluq bölgəsinə düşməyin iki səbəbi ola bilər:

 

Birincisi: Qıza olan marağını göstərmisən və cinsi yöndə bir addım atmısan, amma qızın sevgilisi olduğu üçün aranızda heç nə baş verməyib. Bu halda etməli olduğun budur:

 

·         Qızla dost qal

·         Flört etməyə davam et

·         İlk tanışdığınız vaxtdakı əyləncəli və özünə güvənən oğlan imicini qoruyub saxla

·         Bu müddət ərzində BAŞQA QIZLARLA GÖRÜŞMƏYƏ DAVAM ET

Qız sevgilisindən ayrıldıqda isə onunla nə etmək istəyirsənsə, ona uyğun addım at.

 

İkinci yol isə bu ola bilər: Qızla yaxınlıq qurmusan, amma münasibəti irəli aparmaq üçün heç bir addım atmamısan. Bu halda qızın sənin sevgilin olmasını təmin etmək üçün növbə ilə etməli olduqların bunlardır:

 

1. Ən azı bir neçə həftə ərzində qızla olan bütün əlaqəni kəs.

 

Bunu etdikdə, qız bunun səbəbini düşünməyə başlayacaq, hətta sənin üçün darıxa da bilər. Bu isə sənin üçün faydalıdır, çünki qızın səni düşünməsi onun sənə emosional sərmayə etməsinə şərait yaradacaq. Hətta səndən xoşu gəldiyini düşünməyə belə başlaya bilər.

 

Hətta ilk əlaqə quran da özü ola bilər. Bu halda qız sənin dalınca düşən vəziyyətə düşər.

 

Əlbəttə, BU MÜDDƏT BOYUNCA BAŞQA QIZLARLA GÖRÜŞMƏYƏ DAVAM ETMƏLİSƏN.

 

2. Qızı, içərisində başqa qızların da olduğu sosial bir tədbirə dəvət et.

 

Həmin tədbirə qatılan digər qızlardan birinin səndənbəyənməsi və ya heç olmasa sənin dostun olması önəmlidir. Ən pis halda tanıdığın bir neçə qızın orada olması kifayətdir.

 

Qız gəldikdə onu dostlarınla sən tanış etməlisən. Bunun səbəbi odur ki, istənilən qrupda insanları bir-biri ilə tanış edən şəxs ən yüksək sosial dəyərə sahib sayılır.

Dostlar qrupunun içində hara gediləcəyi, harada oturulacağı və s. kimi qərarlar verilərkən bu prosesə daxil olduğuna əmin olmalısan.

 

Gediləcək yerlər müəyyənləşdirilərkən təklifləri sən verməlisən.

 

Əyləncəli və enerjili biri olmalısan.

 

Danışdıqda insanlar əsasən səni dinləməlidirlər.

 

Bəyəndiyin qızdan başqa digər qızlarla flört etməli və zarafatlaşmalısan. Beləliklə, qız həm sənin sosial dəyərini görəcək, həm də səni digər qızlardan qısqanmağa başlayacaq. Sən digər qızlarla flört etdikcə, o da inadla diqqətini çəkməyə çalışacaq.

 

Hətta mümkündürsə, bunları da et:

 

Tək bir qızla görüşmək yerinə, yaxın qız dostlarınla birlikdə çölə çıxdığın anda onu da dəvət et. Yaxın qız dostlarından sənə bir az daha yaxın davranmalarını istə.