1. Üz Üzə Tanış Olmaq
Bir qadınla tanış olmağın ən yaxşı yolu bütün eqonu və qürurunu bir kənara atıb cəsarətli bir şəkildə onunla tanış olmaqdır.
Heç vaxt qorxaqlar kimi araya söz aparan qoymamalısan.
Bütün qadınlar kişinin cəsarətli bir şəkildə yaxınlaşmağını xoşlayırlar, başqa birisindən söz göndərən kişini, qorxaq və özünə güvənməyən bir kişi kimi görürlər.
Ona görə də onunla tanış olmaq üçün çox gözləməməlisən.
Mükəmməl zaman deyə bir şey yoxdur.
Çox gözləsən səndən daha cəsarətli bir oğlan hərəkətə keçəcək və qadını tovlayacaq.
Bəyəndiyin bir qadınla da danışa bilməyəcəksənsə, səndən necə bir kişi olacaq.
Qadınla tanış olmaqdan çəkinirsənsə, bu, o deməkdir ki, həqiqətən ona layiq bir kişi deyilsən.
Artıq hərəkətə keçməyin vaxtıdır.
Gözləməyi dayandırmalısan.
Qadının tək olduğu bir anda ona yaxınlaşmalısan.
Hətta yanında bir-iki rəfiqəsi olan zaman belə yaxınlaşa bilərsən.
Biabır olmaqdan və rədd edilməkdən qorxmamalısan.
Dərindən nəfəs al, üzündə əclaf gülüşü yarat.
Bədənin dik bir vəziyyətdə qadına doğru addımla.
"Bağışla , səni çoxdandır görürəm,
üslubun və duruşunla diqqətimi
çəkirsən, adın nədir?"
Deyərək açılışını etməlisən.
Bəlkə bir az tərləyəcəksən.
Ürəyin sürətlə döyünəcək.
Boğazın quruyacaq.
Sözləri deyərkən biraz kəkələyəcəksən.
Ətrafdakı insanların səni dinlədiyini düşünəcəksən.
Həqiqətən stress və təzyiq altında bunu etmək çox vacibdir.
Bu çətin tapşırığı yerinə yetirməlisən.
Mən bunu dəfələrlə etmişəm.
Küçələrdə, kitabxanalarda, ticarət mərkəzlərində, kafelərdə və mühitlərdə...
Bəyəndiyim qadınla tanış olmaqdan heç vaxt çəkinməmişəm.
Minlərlə təcrübəyə baxmayaraq, məndə hər dəfəsində həyəcanlanıram.
Həyəcanlanmaq gözəl bir şeydir, yaşadığını hiss edirsən.
Qadına yaxınlaşdığın anda sənə müsbət reaksiya verəcəkdir, çox vaxt ümumiyyətlə qadınlar müsbət reaksiya verirlər.
Elə bu anda söhbətə başlaya bilərsən.
Bu saytda öyrəndiklərini bir-bir tətbiq edə bilərsən.
Qadın səninlə danışmağa başlasa, onun xarakteri haqqında söhbət etməyə başla.
Onun haqqında 1 şərh et, bir sual ver və yenidən 1 şərh et.
Sonra qızın yanındakı rəfiqələri ilə tanış ol.
Onları bir az güldür.
Bu vəziyyət onların çox xoşuna gələcək.
Cəsarətinə görə sənə hörmət edəcəklər.
Sənin əsl bir kişi olduğunu biləcəklər.
Araya söz aparan qoymadığın üçün nə qədər cəsarətli olduğunu söyləyəcəklər.
Münasibətinizdə, qadın, daim sənin cəsarətini tərifləyəcək.
Həqətən həmişə ən yaxşısı üz-üzə tanış olmaqdır.
2. Onlayn Tanışlıq (internetdə tanış olmaq)
Qızı bəlkə real həyatda bəlkə də internetdə gördün.
Bəlkə də şərtlər üzbəüz tanış olmaq üçün uyğun deyil.
Həmçinin qızın instaqramını tapdın və ya əvvəlcədən səndə var idi.
Hərəkətə keçmək üçün doğru vaxtı gözləyirsən.
Ola bilsin ki, kiçik cəhdlərin oldu, amma istədiyin nəticəni ala bilmədin.
Onunla bir görüş təşkil etmək üçün hər şeyi etməyə razısan.
Onun qarşında gülümsədiyini görmək istəyirsən.
Qəhvəsini içərkən sənin gözlərinə baxmağını istəyirsən.
Onu özünə heyran etmək istəyirsən.
Onun səndən təsirlənməyini istəyirsən.
Sənə aşiq olmağını istəyirsən.
Bütün hər şey "Qadınlarla təsirli mesajlaşma və ilk mesaj" kitabımda ətraflı yazılıb. Bir məqaləyə sığmayan şeyləri tək bir kitabda yazmışam.
Kitabımı oxumamısansa, uğursuz olmağın normaldır.
Seçim etmək sənə qalıb, mən qarışmıram.
Nə isə, qıza necə girişəcəyinə aid bir strategiya verim.
Qadını yenicə takip etsən belə, tələsgənlik edib dərhal yazma.
Bir az vaxt keçsin.
Qız bir hekayə paylaşdıqda, ona cavab olaraq gülməli bir mesaj göndər.
Lağ edici və əyləncəli bir mesajdan daha təsir edici bir şey yoxdur.
Həmçinin onu instaqramdan əlavə etdikdən sonra onun iki şəklini bəyənməlisən.
İnstaqram profilin də güclü və keyfiyyətli olsun.
Zəif və keyfiyyətsiz bir instaqram profilin varsa, heç bir qızı tovlaya bilmərsən.
Təsirli mesajlaşaraq o qadını bir-iki gündə görüşməyə razı sala bilərsən.
3. Ortaq Dostlardan İstifadə Et
Qızla ortaq dostların və ya ortaq mühitin varsa, onlardan istifadə edə bilərsən.
Əgər qız dostları ilə böyük qruplarla gəzirsə, sən də gedib onlarla tanış ola bilərsən.
Heç fikirləşmədən onların arasına daxil ol.
Hamı ilə bir-bir tanış ol.
Üzündə böyük bir əclaf gülüşü olsun.
Onun gözlərinin içinə elə bir baxışla bax ki, sanki o baxışda qıza deyirsən ki, "gələcək də olacaqları bilirsən də artıq" ;)
Mühiti enerjinlə doldur.
Bütün taktikaları ardıcıllıqla tətbiq et.
YDS (yüksək dəyər sübutu) göstər, qıza neqativ kompliment et və uzaqlaşdırma-yaxınlaşdırma taktikasından istifadə et.
Xarizma və auranla mühiti ələ keçir.
Elə et ki, başqa kişilər onun gözündə arxa planda qalsın.
Səndən təsirləndikdən sonra, qızın yanındakıları instaqramdan əlavə et.
Sonra qızı da instaqramdan əlavə et.
İnstaqramında çoxlu əyləncəli və cəlbedici şeylər paylaş.
Bu yolla istədiyin nəticəni əldə edəcəksən.
Bundan sonrası sənin "təsir edici mesajlaşmağından" asılıdır.
Görüşə gedən yollar mesaj daşları ilə döşənib.😉