BETA KİŞİLƏRİN 5 XARAKTER XÜSUSİYYƏTİ
BETA KİŞİLƏRİN 5 XARAKTER XÜSUSİYYƏTİ
Bu xüsusiyyətlər kişilərin demək olar ki 90%-də var və bu betalar avtomatik olaraq...
Salam əziz Bazman izləyiciləri, bu yazıda sizlərə "beta kişilərin 5 xarakterik xüsusiyyəti" haqqında məlumat verəcəyəm. Bu xüsusiyyətlər kişilərin demək olar ki, 90%-də var və bu betalar avtomatik olaraq qadınlarla münasibətdə bu cür səhvlərə yol verirlər.
Bu cür səhvlər beta kişilərin bəzilərinin beyninə və xarakterinə cəmiyyət tərəfindən yeridilir, bəziləri isə bunu beynində və xarakterində daxililəşdirərək mənimsəyir. Bunların nəticəsində də beta davranışları dediyimiz bir sıra aşağı dəyərli davranış zəncirlərini kişilərdə görürük. Bu cür davranışlardan uzaq olmalı, bu cür meylləri rəndələməli və dəyişdirməlisən.
1 . QADINDAN TƏSDİQ GÖZLƏMƏK
Təsdiq gözləmək meyli əsasən qadının səni bəyənməsini, tərifləməsini və qəbul etməsini gözləməkdir. Qadınla yeni tanış olduğun dövrdə bir çox şeylər qarşılıqlı şəkildə olmalıdır, yəni, qadın da çox şey etməyə istəkli olmalıdır.
Bu baxımdan kişilərin 90 %- ə qədəri bir növ qadından təsdiq və razılıq gözləyərək sevgiyə möhtac şəkildə qadından sevgi dilənirlər. Kənardan baxan zaman məntiqli görünə bilər ancaq bu düzgün deyil. Tanış olduğun qadından təsdiq gözləmək heç də yaxşı bir şey deyil və qadının səndən soyumasına yol açacaq.
Təsdiq gözləyən kişi özünə güvənmir, özünə dəyər vermir və qadını özündən üstün görür. Bu baxımdan qadını xoşbəxt etməyə və hər şeydə qadının razılığını almağa çalışır. Daim özünün qadın tərəfindən təsdiqlənməsini gözləyir və bir növ başqa kişilərə göstərmək istəyir ki, görürsüz, mən gözəl bir qadın tərəfindən təsdiqlənmişəm və bu qadın məndən razıdır.
Yəni, açığı gözəl qadının gözündə başqa kişilər üzərində qələbə çalmaq istəyir. Bu baxımdan qadının təsdiqini və razılığını özü üçün çox vacib sayır. Bu cür hərəkət və davranışlar beta meyilli kişilərin 90 % -də var. Həddən çox kişilər onlarda bu hərəkətlərin və davranışların olduğunu rədd etsələr də, gözəl qadınların yanında əl meymununa çevrildiklərini görə bilərsiniz.
Bu betalara deyəndə ki, qadının götünə girib yaltaqlıq etmə, yalvarma,o zaman bunlar eqolarına görə bunu rədd edir və onlarda bu cür hərəkət və davranışların olmadığını deyirlər. Bir kişinin beta olub olmadığını anlamağın ən asan yolu budur. Bütün geydirmə alfaların necə bir yalançı olduğunu, gözəl bir qadından necə təsdiq gözlədiklərində görə bilərsiniz.
Təsdiq gözləmək çox dərin kök salmış bir davranışdır. Oyunda bu davranışları,meylləri rəndələmək və betanı kişi etmək bir xeyli çətindir, çünki bu davranışlar şüuraltı səviyyədə özünü göstərir. Yəni bu cür aşağı səviyyəli davranışlar beta kişinin şüuraltına və beyninə dərin səviyyədə kök salıb.
Əsasən qadını narahat etmək istəməyən bir kişi əslində bir şəkildə şansını sınayaraq bir şeylər etmək istəyir. Bu baxımdan həddindən çox nəzakətli, mədəni və saxta davranaraq oyun qurmaq istəyirlər. Bu hərəkət və davranışlar oyunda orta səviyyəyə çatmış bir çox kişilərdə var.
Qadınla tanış olmaq üçün yaxınlaşdıqda təsdiq gözləyirlər, söhbət etmək üçün təsdiq gözləyirlər və görüş üçün təsdiq gözləyirlər. Bu vəziyyət əslində kişinin 100% özünə güvənmədiyini və inanmadığını göstərir. Bu isə "aşağı özünə dəyər" ilə əlaqəli bir problemdir. Yəni özünü dəyərli görmürsən və bunu şüuraltında mənimsəmisən və həmişə də bu problemi yaşayacaqsan.
Bu, bir işçinin özünü müdirindən daha aşağı görməsi kimidir, özünü daha önəmsiz və dəyərsiz görməsi kimidir. Əgər sən özünü qadından daha dəyərsiz və aşağı səviyyədə görürsənsə onda qadından təsdiq gözləməyə başlayacaqsan. Zəif və gücsüz bir çərçivən olacaq və qadının dünyasına qapılacaqsan. Öz inanc sistemin və reallığın məhv olub darmadağın olacaq.
Təsdiq gözlədiyin qadının ehtiyat siyahısındakı bir beta olacaqsan və getdikcə qadının çərçivəsində aşağıya yuvarlanaraq özünü daha da bərbad hiss etməyə başlayacaqsan. Ona görə də təsdiq gözləməkdən vaz keçməli və bu davranışı tərgitməlisən.
Qadınlarla münasibətlərdə əsl alfa kişinin doğru çərçivəsi "mən qadına bir hədiyyəyəm və mən qadından dəyərliyəm" düşüncəsinin mənimsənilməsidir. Bu düşüncəni birdəfəlik beyninə və düşüncənə yerləşdir "hansı qadın kimliyindən asılı olmayaraq mənimlə bir yerdədirsə, mən ona bir hədiyyəyəm və o qadından çox dəyərliyəm".
Daxili oyunun və inancların çox vacibdir, ona görə də bu inancı mənimsəməlisən. Əgər sən vacib və dəyərli bir kişi olduğunu dərk etsən qadınlarla hər yerdə tanış olacaqsan və hər şəkildə onları özünə heyran edəcəksən. Həm də heç bir şəkildə qadınlardan təsdiq gözləmədən, çünki öz yüksək dəyərinin fərqindəsən.
Beta kişi beyni; "Mən sənə gül verirəm, sən də mənə verirsən"
2 . YAXŞI DAVRANARAQ İSTƏK OYATMAĞA ÇALIŞMAQ
Beta kişilərə aid olan ən vacib məqam bu kişilərin bir növ strategiyaya əməl etmələridir. Qadına yaxşı davranaraq, (yaltaqlıq edərək) qadına qarşılıqsız yaxşılıqlar edərək bir növ minnətdarlıq hissi yaratmağa çalışırlar. Yeni tanış olduğu qadının götünə girərək problemlərini həll etməyə, başqa işlərini yerinə yetirməyə, qadına müxtəlif əşyalar almağa və s. çalışırlar. Daim diqqət və qayğı göstərərək əslində qadının onu seçməyini gözləyirlər.
Beta kişinin qadına verdiyi mesaj budur; "baaax gör nə qədər yaxşı kişiyəm məni seç, yalvarıram məni seç". Ancaq qadının betanı seçməsi mümkünsüzdür. Qadınlar beta kişiləri ehtiyat siyahısında saxlayıb bu betalardan istifadə edirlər, ancaq heç vaxt bu betalara seks vermirlər. Çünki eybəcər bir qadının belə ətrafı bu betalarla doludur qadın hansı birini seçsin?
Ona görə də beta kişilər həmişə ehtiyat siyahısında və dost mövqeyində gözləyə-gözləyə qalırlar. Qadına yaxşı davranmaq qadında sənə qarşı istək oyandırmayacaq. Bunlardan istifadə edərək qadınla sevgi alış-verişi edə bilmərsən. Qadına nə qədər yaxşılıq edirsən et, instinktiv olaraq qadın səni cəlbedici görməyəcək. Əgər beta mövqeyinə düşmüsənsə o qadını özünə heyran etmək demək olar ki, mümkün deyil, çünki artıq qadının beynində bu kateqoriyaya girmisən.
Ona görə də qadın səni heç vaxt potensial sevgili olaraq görməyəcək. Səni xəyallarındakı ideal kişi olaraq görməyəcək. Sən də bu etdiyin yaxşılıqları qadına xatırladığın zaman, sənə qayıdıb deyəcək ki, "etməyəydin, məcburi elətdirmişəm sənə?" deyərək sənə cavab verəcək və səni həyatından bloklayacaq.
Bu baxımdan yaxşı davranmaq bir beta səhvidir. Bu o demək deyil ki, qadına pis davranın. Tanışlıq müddətində qadına investisiya ən az dərəcədə olmalıdır. Əgər sən qadına həddən çox sərmayə qoyursansa bunu etməməlisən. Bu həyatda heç nə qarşılıqsız edilməməlidir. Ona görə də münasibət dinamikalarına yiyələnməlisən və ən asası düzgün taktikaları bilməlisən.
Yaxşılıq elə və kənarda qadının ehtiyat siyahısında "gözlə" tipli bir beta kişi olsan, nəticə əldə edə bilməyəcəksən. Qadınların yatdığı kişi yox, kənardan baxan kişi olacaqsan.
3 . İTİRMƏKDƏN QORXAN TƏRƏF OLMAQ
Hər bir münasibət bir növ gizli güc balansı içindədir və bir tərəf digərindən daha dəyərlidir. Hər zaman bir nəfər digərini itirməkdən daha çox qorxur və bu qorxudan yaranan panik davranışlar içində hərəkət edir.
Beta kişilər həmişə qadınları özlərindən dəyərli görür və onları itirməkdən qorxurlar. Bu baxımdan da həmişə qadını razı salmağa çalışan bir istiqamətdə addımlayırlar ya da qadını qısqanmağa, passiv-aqressiv davranmağa başlayırlar. Qadını itirməkdən qorxduğu üçün və hələ də qadını əldə edə bilmədiyi üçün riskə girmək istəmir.
O, ən qısa yollarla nəticə (seks) əldə etməyə çalışır, çünki tək bir qadın üçün bu qədər səy sərf edib. Bu beta həmin qadına səy sərf edib vaxtını bu qadının yolunda xərclədikcə, bu qadını ona ən uyğun və özəl bir qadın olaraq görməyə başlayır. Bu proses həmişə belə davam edir və beta kişi nə qədər qorxsa da, axırda qorxduğu başına gəlir və qızı başqası qapır. Hərəkətə keçməkdən qorxmağın nəticəsi budur.
4 . MÖHTACLIQ
Beta davranışlarının təməlində möhtaclıq hissi var. Bu möhtaclıq özünü duyğusal və cinsi cəhətdən göstərir. Kişilərin çoxu duyğusal olaraq möhtacdır. Normal kişinin həyatında qadın olmadığı üçün, möhtac olmağı təbiidir və möhtaclıq psixologiyası getdikcə dərinləşir. Bir qadın bu möhtac kişiyə azacıq diqqət göstərən kimi, bu beta həmin qadına həddindən çox bağlanır hətta aşiq olur. Nəticə olaraq da həyatında bir şeyin qıtlığını çəkirsənsə, həmin şey sənin üçün dəyərli olur və onu itirmək istəmirsən.
Qadınları ən çox iyrəndirən şeylərdən birincisi "möhtaclıqdır", çünki möhtac kişiyə dözmək çətindir. Möhtac beta kişi həmişə qadına diqqət göstərir, bezdirir, iyrəndirir, sevgi dilənir, münasibət qurmaq üçün yalvarır və müxtəlif yaxşılıqlar edərək minnət borcu yaratmağa çalışır.
Bütün bunları ictimai nəzakətlə etdiyi üçün də qadın tərəfindən ehtiyat siyahısında saxlanılır. Qadınlar diqqəti sevirlər və belə betaların diqqəti qadınlar üçün vacibdir, ancaq qadın seks vermədən və çox da bir şey etmədən bu diqqəti əldə etməyi sevir.
Bu baxımdan qadınlar bu betaları peyk kimi istifadə edərək öz orbitləri ətrafında saxlayaraq, bu betalardan istifadə edirlər. Səndən bir beta kimi istifadə edir ancaq seksi sənə yox əsl alfa kişiyə verir. Qadınlar bu betalardan maddi vəziyyəti yaxşı olanlarıda istifadə edirlər. Nəticə olaraq sən özündən istifadə elətdirsən, qadınlar da səndən istifadə edəcəklər. Əgər sən eşşək olmağın marağındasansa, belinə minən çox olacaq.
Möhtaclıqla bağlı vəziyyət əsasən bir paradoks içindədir. Bir kişi təbii olaraq qadın bolluğundadırsa, yəni, ətrafında qadın çoxdursa, o kişi getdikcə alfa kişi kimi davranaraq, qadınları vecinə almaz olacaq və bu alfa bolluğu davranışlarını mənimsəyəcək.
Ancaq kişilərin çoxu üçün bu mümkün deyil yəni onlar qadın bolluğunda deyillər və hər kişi də bunu bacara bilmir. Təbii üstünlükləri olan və erkən yaşda müxtəlif düzgün davranışları bir şəkildə öyrənmiş kişilər bu bolluğu yaşayırlar. Məsələn, orta məktəbdə bir çox qızla yatmış oğlanlar da var, universiteti bakir bitirmiş oğlanlar da var. Bu baxımdan bolluq gözləmək mənasızdır, çünki bolluq bir nəticədir.
Sən bu möhtaclıq psixologiyasından qurtulacaqsan. Həyatında heç qadın olmasa belə, alfa davranışı göstərməyi bacarmalısan. Bu paradoksdan çıxış yolu davranış dəyişikliyidir, betalığı tərgit və bolluğa salam de.
5 . PASSİVLİK VƏ QƏRARSIZLIQ
Bir münasibətdə liderlik etmək və qadını yönləndirə bilmək asan bir şey kimi görünə bilər, ancaq heç də asan deyil. Kişinin özünə güvənməsi, ayaqlarını yerə möhkəm basması, təcrübə qazanması və bəzi şeyləri başa düşməyi lazımdır.
Onun üçün də kişilərin çoxu özü ilə eyni yaşda olan qadınları heyran etməkdə çətinlik çəkir. Ümumiyyətlə, yaş fərqi kişinin xeyrinə işləyir. Ümumiyyətlə, passiv betalar belə özlərindən yaşca kiçik qadınları idarə edə bilirlər, ancaq özləri ilə eyni yaşda olan qadınları idarə etməkdə bacarıqsız olurlar.
Passivliyin səbəbi isə həyat təcrübəsinin olmadığından irəli gəlir. Həyatı yaşamadığın zaman nə edib-etməyəcəyini bilmirsən. Sadə və asan şeylərdən mürəkkəb və çətin şeylərə qədər qadına liderlik edə bilmirsən. Hansı məkana gedəcəyinizi, nə yeyəcəyinizi və müxtəlif şeylər barədə qərar verə bilmirsən. Beta kişilər qadınların yanında passiv və utancaq olurlar.
Qadının yanında utancaq davrandıqları üçün də vaxt ötdükcə bu utancaqlığa öyrəşirlər. Bir növ sosial rahatlığa çatırlar və sonra dostcasına davranmağa davam edirlər, lakin bu vəziyyətlər nadir hallarda münasibət olmasına gətirib çıxarır. Yəni heç bir qadın utancaq və çəkingən kişini sevmir. Demirəm ki, betalar sevgili tapa bilməz, tapa bilərlər, ancaq bu strategiyaların müvəffəqiyyət nisbəti çox aşağıdır və mümkün münasibətlərdə bədbəxtlik ehtimalı yüksəkdir. Ona görə də müxtəlif evliliklərin boşanma ilə bitməsinin səbəbi budur.