QADINLAR NİYƏ ALICI PEŞMANLIĞI YAŞAYIRLAR?
QADINLAR NİYƏ ALICI PEŞMANLIĞI YAŞAYIRLAR?
Salam, əziz Bazmanaz izləyiciləri. Bu məqaləmdə sizə alıcı peşmanlığı nədir, qadınlar niyə alıcı peşmanlığı yaşayır və bu vəziyyətin öhdəsindən necə gəlmək olar? Bunları izah edəcəyəm.
Alıcı peşmanlığı bir psixoloji termindir. Adətən insanlar alış-veriş zamanı satış üsullarından təsirlənərək bir çox şey alırlar və o emosional vəziyyətdən çıxdıqdan sonra peşman olurlar. Psixologiyada buna alıcı peşmanlığı deyilir, çünki müştərilər aldadılmış və peşman olmuş kimi hiss edirlər.
Bir qadın mağazanın işıqlarının təsiri altında və satıcının psixoloji təzyiqi ilə bir çox şey ala bilər, lakin evə gələndə peşman olur. Bu termin alış-veriş psixologiyası ilə bağlıdır, ancaq oyun içində də keçərlidir.
Oyunda da qadınlarda belə bir problem olur. Kişinin cazibəsi yüksək olanda qadın həddindən artıq təsirlənir, nəsə edir, amma sonra o haldan çıxanda peşman olur. Qadın sənə tez bir zamanda nömrəsini vermiş ola bilər və səndən təsirlənmiş ola bilər, ancaq bu vəziyyət müvəqqətidir. Bu, ən çox öpüşmə halında baş verir. Qadın ondan sonra peşman olur və gözdən itir.
Bunun səbəbi kifayət qədər vaxtın və inamın olmamasıdır. Yəni qadın sənə qısa zaman ərzində güvənmədiyinə görə bu baş verir. Qadın etdiyinə görə özünü yüngül və asan əldə olunan biri kimi hiss edir. Ona görə də bu hissi səninlə əlaqələndirir. Sonra da səni həyatından çıxarır.
Hər şey həddindən artıq sürətli inkişaf etdikdə, yəni tələsgənlik etdiyiniz zaman tez-tez qarşınıza çıxan bir səhvdir. Qızı tez öpəndə özünü qəhrəman kimi hiss edə bilərsən, amma onunla yata bilməzsən. Əsas məqsədin bu olduğuna görə səhv etməməlisən.
Praktik həllər:
Qadının reaksiyalarını anlayın və ona uyğun davranın. Heç vaxt tələsməyin.
İnam yaradın və qoy sizi tanısın. Tanıdıqca sizinlə emosional bağ quracaq.
Ona özünüz haqqında maraqlı bir detal verin və onun haqqında da maraqlı bir şey öyrənin.
Qadına hörmət etdiyinizi hiss etdirin və qadınları mühakimə etmədiyinizi bilsin.
Uzaqlaşdırma-yaxınlaşdırma taktikasını çox işlədin, beləliklə qadın da bu prosesdən zövq alacaq.
Uzaqlaşdırma-yaxınlaşdırma taktikası çox təsirli bir metoddur və gözəl qadınlarla münasibətlərdə xüsusi yeri var. Bu taktikanı Qadın Tovlama Sənəti kitabından öyrənə bilər və şəxsi həyatınıza tətbiq edə bilərsiniz.