Salam əziz Bazmen oxucuları. Bu məqaləmdə alfa kişi kimdir, beta kişi kimdir, alfa və beta kişilərin arasındakı fərqlər nələrdir ? Bu kimi mövzuları ətraflı izah edəcəyəm.
"Bu nəzəriyyələri öyrənən bir çox kişinin başa düşə bilmədiyi şey, real həyatda alfa və beta kişiləri kimi bir şeyin olmamasıdır."
Doğurdan da, əsl həyatda kim alfadır, kim deyil deyə fikir versəniz, tapa bilməyəcəksiz. Çünki 100 % alfa və 100 % beta kişi deyilən bir şey yoxdur. Bəzi kişilər daha çox alfa davranışı, bəzi kişilər isə daha çox beta davranışı nümayiş etdirirlər. Bu baxımdan, təəssürat intensivliyinə görə kateqoriyalandırılır və davranışlara görə alfa - beta adlandırılır.
Alfa kişilər daha dominantdırlar,(üstün olmaq) nə istədiklərini bilirlər, lider ruhuna malikdirlər, enerjili, iddialı və ehtiraslıdırlar. Beta kişilər isə daha mülayim, başqalarını özlərindən daha əvvələ qoyan, cəsarətsiz, özünü müdafiə edə bilməyən, istədiklərini əldə edə bilməyən kişi davranışlarıdır.
Bütün bunların işığında bir kişinin hansı davranış nümunələrini göstərməsi vacibdir.
Kişinin davamlı olaraq alfa davranışı göstərməsi mümkün deyil və bu sosial normalara uyğun deyil.
Bir kişinin böyüklərə hörmət göstərməsi üçün lazım olan yerlər var, məsələn bu məqamlarda laqeyd alfa ola bilmərsən. Özünü belə aparsan sosial normaları pozmağın əngəlləri ilə üzləşəcəksən. Müdirinə alfa kimi davrana bilmərsən, çünki, belə davrandığın anda orada işləmək sənin üçün çətin olacaq.
Alfa davranışlar düzgün nöqtələrdə kalibrlənməlidir və tənzimlənməlidir. Bir kişi özünü heç bir şəkildə əzdirməməlidir. Müdirinə alfalıq edə bilmərsən amma səni əzməsinə də şərait yaratmamalısan, məsələn müdürün sənin üzərində mobbing yaratmağa çalışırsa (yormaq, bezdirmək, görməzdən gəlmək, qorxutmaq) buna icazə verməməlisən.
Özündən böyük kişilərə təbii olaraq hörmətlə yanaşmalısan ancaq sənə qarşı hörmətsizlik etdikdə cavabını verməlisən ki, əsl alfa davranışı bunlardır.
Həqiqətən 100 % alfa davranışı göstərən kişilərin çoxu həbsxanaya düşür. Bu adamların hər şeyə nail olması indiki cəmiyyət sistemində mümkün deyil. Əsrlər əvvəldə riskli qazanc əldə edə bilirdilər lakin bu həmişə riskli bir xüsusiyyətdir. Mənim ümumi məsləhətim budur ki sosial vəziyyətlərdə alfa davranışını azald ancaq bir qadınla ünsiyyətdə olarkən bunu artır.
Məsələn iş həyatında alfa davranışların 60 % sə xoşun gələn, flörltəşdiyin qadınla alfa davranışın 80 % olsun. Qadına liderlik et, arabir lağa qoy, zarafatlaş əylən. Ancaq iş yerində həmişə sakit ol. Bu vəziyyətin məqsədi praqmatik (qarşısına məqsəd qoyan, səy göstərən, hədəfləri olan) davranmaqdır və kor- koranə və axmaq davranmaq ciddi maneələr yaradacaq.
Məsələn sən satış məsləhətçisisən və işinlə əlaqədar insanlarla yaxşı davranmalısan ki satış edə biləsən. Ancaq müştərilərinə alfalıq etsən sıçdın batırdın, satış edə bilməyəcəksən və işində ziyana düşəcəksən.
Bu da sənin biznesində ciddi problemlərlə üzləşməyin deməkdir. Ona görədə müştərilərinin qayğısına qalmalı onları yaxşı hiss etdirməlisən.
Ancaq bir qadınla flört edərkən meydan oxuyan onu həyəcanlandıran bir alfa kişi ola bilərsən. Bu o qadında sənə qarşı ehtiras yaradacaq.
Olduğum mühiti təhlil edirəm və davranışlarımı praktiki maraqlarıma uyğun tənzimləyirəm. Nəticədə başqa insanların dəstəyinə və köməyinə ehtiyacımız var. Hər bir kişi öz praqmatik maraqlarına görə hərəkət etməlidir. Ciddi bir iyerarxik (bütöv bir sistemin hissələrinin aşağıdan yuxarıya tabeçilik əlaqəsi əsasında düzümü, yerləşməsi) nizamda yaşayırıq və belə reallıqlar nəzərə alınmalıdır.
Beta davranışları çox aşağı səviyyədə saxlanılmalı və bəzi itaətkar davranışların faydaları göz ardı edilməməlidir. Məsələn ciddi bir münasibətdə 100 % alfa ola bilmərsən. Qadını xoşbəxt etmək və bəzi istəklərini yerinə yetirmək üçün güzəştə getməli olacaqsan. Burada vacib olan ümumi faizdə aşağı güzəştə getməkdir. Kişilərin çoxu ya çox güzəştə gedir yada heç güzəştə getmir. Burada ideal tarazlıq qurub özünü əzdirmədən lazımlı tənzimləmələri etməlisən.
ALFA DAVRANIŞLAR QAZANDIRIR
Ümumiyyətlə alfa davranışlarına sahib olmaq sənə həyatında qadın, pul və uğur qazandıracaq.
" İstənilən kişi alfa ola bilər, lakin proses kişidən kişiyə dəyişir "
Alfa davranışları sənin reallığının aydın proyeksiyasıdır ( hər hansı bir şeyin müstəvi üzərində təsviri ). Bu baxımdan doğru davranışlar həyatın bir çox sahəsində sənə fayda verəcək.
Özünə güvənən və aydın bir insanın uzunmüddətli perspektivdə uduzmaq ehtimalı azdır çünki alfa kişi qalib gəlmək ehtirası ilə doludur.
SƏNƏ QAZANDIRACAQ ALFA DAVRANIŞLARI:
✅ Risk almaq
✅ Qalib gəlmək ehtirası və arzusu
✅ Dominant olmaq
✅ Özünü ifadə etmək və müdafiə etmək
✅ Liderlik
✅ Özünə inam və yüksək özünə hörmət
✅ İtirməkdən qorxmamaq
✅ Məsuliyyətli olmaq
✅ Yüksək testosterone
✅ Özünü inkişaf etdirmək
✅ Xarizmatik olmaq
SƏNİ MƏĞLUB EDƏN BETA DAVRANIŞLARI :
❌ Cəsarətsiz olmaq
❌ Həddindən artıq arxayın olmaq
❌ Eqosentrik hərəkət etmək
❌ Ətrafa çox diqqət yetirmək
❌ Başqalarını çox düşünmək
❌ Təsdiq axtarmaq
❌ Aşağılıq kompleksinə sahib olmaq
❌ Zehni zəiflik