Bazman  Fevral 06, 2024

 Alfa kişinin xarakterik xüsusiyyətlərinə keçməzdən əvvəl, alfa sözünün mənası nədir? alfa dominant deməkdir. Digər kişilərlə müqayisədə dominant olan kişini təsvir edir. Bu, insan növlərində sosial bacarıqları və əməkdaşlığı anlamaq üçün vacibdir. Alfa kişi görkəmi yaraşıqlı olsa da, biz daha çox alfa kişinin, davranış xüsusiyyətlərinə, yəni, əlimizdə olanlara diqqət yetirəcəyik.


 Alfa kişinin 6 xüsusiyyəti ;

1. Təbəssümü; Alfa kişi olmanın birinci şərti üzündə böyük bir gülümsəmə olmasıdır. Sən bununla demək istəyirsənki, mən psixoloji cəhətdən sağlamam, güclüyəm və həyatın bütün çətinliklərinin öhdəsindən gələ bilərəm. Heç bir çətinlik məni çökdürə bilməz və çətinliklərlə bacara bilirəm. Bu, həm sosial cəhətdən bacarıqlı, həm də dəyərli olduğunu göstərir. Qadına da zərərsiz və dəyərli olduğunu hiss etdirəcək. Yəni bir çətinliyə düşəndə arvad kimi mısmırıq sallamaq, qadınları səndən iyrəndirəcək. Ona görə də bol-bol gülümsəyin, çünki gülümsəmək pulsuzdur və ən alfa xüsusiyyətdir.


2. Yaxşı geyinmək; Alfa kişinin ikinci vacib xüsusiyyətidir. Gözəl geyinən kişi o deməkdir ki, mən dəyərliyəm, güclüyəm, statusum var, xoşbəxtəm və özümə dəyər verirəm. Alfa kişi, geyimi ilə həm  keyfiyyətini, həm də pozitivliyini əks etdirir. Alfa olmaq istəyən hər bir kişi yaxşı geyinmək məcburiyyətindədir və bu geyim diqqəti cəlb edən olmalıdır. Diqqətdən qaçmayın və təzyiqdən qorxmayın, alfa olun.


3. Yumor qabiliyyəti; Ətrafındakıları güldürən, əylənən, xoşbəxt bir kişi cəlbedicidir. Əslində bu o deməkdir ki, mən həyatın bütün ağrılarına və dramına tab gətirəcək qədər və bütün neqativ hadisələrə baxmayaraq zarafat edəcək qədər güclüyəm. Sosial olmaq və sosiallaşmaq üçün əsas şey zarafat etməkdir. Ciddi olmayın amma təlxək də olmayın. Zarafatlar keyfiyyətli olduqca, cəlbedici olacaqsınız.


4. İnsanlarla əlaqə qurmaq; Alfa kişi ətrafındakı insanlarla əlaqə qurur və onları dinləyir. Belə olan halda ətrafındakılar özlərini vacib və xüsusi hiss edəcəklər. Alfa olmaq istəyirsinizsə, sosiallaşın və dinləyin.


5. Diqqət mərkəzində olun; Diqqəti üzərinizə çəkin və sosial mühitin mərkəzi olun. İnsanlar ətrafınıza toplaşıb sizi dinləsin. Beləliklə, daha cəlbedici və əhəmiyyətli birisi olacaqsınız.


6. Özünə inam; Bu, təcrübənizdən, perspektivinizdən və səlahiyyətinizdən irəli gəlir. Nə qədər çox seçim və gücə sahibsinizsə, o qədər çox özünə güvənən bir kişi olacaqsınız və bir o qədər də özünüzə inamınız artacaq. Təcrübəli və güclü çərçivəyə malik kişi özünə inamı yüksək olan kişidir. Özünə güvənmək və özünə inam bir perspektivdir.