DÜNYA AZƏRBAYCANLI ALİMLƏR BİRLİYİ
SSRİ Elektron sənayesi Nazirliyi, Elmi Tədqiqat “Fonon” institutu – şöbə müdiri;
“Green Star İnternational” şirkəti - elm və istehsalat üzrə Baş direktorun müavini;
Moskva, Zelenoqrad şəhər “Orta və kiçik biznes müəssisələri assosiasiyası” – direktor;
Moskva Dövlət Biznesi İdarəetmə Akademiyası – professor,
kafedra müdiri, dekan, prorektor, 1-ci prorektor;
“MİET” Milli Tədqiqat Universiteti – professor,
təhsil prosesinin keyfiyyəti sahəsinin rəhbəri, prorektor müavini.
Professor Allahverdiyev Ələddin dünya okeanı və kosmik fəzanın tədqiqatlarında, dəniz seysmik kəşfiyyatı, elektron, müdafiə və tibb sənayesində istifadə olunan piezoelektrik cihazların və aparatların yaradılmasında dalğa və rəqs proseslərinin öyrənilməsi üçün riyazi modellərin və metodların yaradılması sahəsində Sovet, Rusiya və Azərbaycan alimidir.
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsinin və onun aspiranturasının məzunudur.
Uzun illər ərzində həllini tapmayan, dinamik rejimdə əvvəlcədən tələb olunan fiziki xüsusiyyətlərə cavab verən, minimum kütləyə və ya həcmə malik olan pyezoelektrik elementlərin optimal formasının müəyyən edilməsi problemini ilk dəfə həll etməyə nail olmuşdur. Bu problemin həlli dünya okeanında su altında hərəkət edən obyektlərin yerini və ayrı-ayrı xarakteristikalarını müəyyən etməyə, müvafiq elmi sahələrin mütəxəssislərini maraqlandıran informasiyaların kosmik obyektlərdən – süni peyklərdən və kosmik gəmilərdən qeydə alınıb, Uçuşları İdarəetmə Mərkəzinə ötürmək və qəbul etmək üçün, qəbuledici-ötürücü qurğularının yaradılmasına imkan yaratmışdır. Hərbi texnikada istifadə olunan pyezoelektrik cihazların yaradılmasında vacib olan iki və üçölçülü dinamik məsələlərin həll metodunu da ilk dəfə uğurla tətbiq etmişdir. Disk formalı pyezokeramik membranlarda “kənar effektin” mövcudluğu da nəzəri cəhətdən ilk dəfə onun tərəfindən açılmışdır. Həmmüəllifləriylə birgə hazırlanmış pyezokeramik ötürücü süni ürək yaratmaq probleminin həllində uğurla istifadə edilmişdir. 450-dən çox açıq və qapalı elmi əsərin, ixtiraların, monoqrafiyaların, ali təhsil dərsliklərinin, ali peşə təhsilinin təşkili problemlərinə və təhsil texnologiyalarına dair bir sıra elmi məqalələrin müəllifidir. Elmi rəhbərliyi altında 7 aspirant, o cümlədən 3 azərbaycanlı, namizədlik dissertasiyasını müdafiə etmişdir. Ümumiyyətlə, əldə edilmiş elmi nəticələr əsasında 30 beynəlxalq və ümumittifaq qurultay, konqres, konfrans və simpoziumlarda 60-dan çox, o cümlədən 12 sifarişli plenar elmi məruzə ilə çıxış etmişdir.
Professor Ələddin Allahverdiyevin elm, texnika və təhsil sahələrində qazandığı nailiyyətlərə görə aldığı bəzi mükafat və təltifləri:
– Rusiya Kosmonavtika Federasiyasının Sosialist Əməyi Qəhrəmanı, general-leytenant, Lenin mükafatı laureatı, professor, kosmik proqramlar üzrə Dövlət komissiyasının sədri Georgi Aleksandroviç Tyulin adına medal;
–Rusiya Elmlər Akademiyasının nəzəri və tətbiqi mexanika üzrə Milli Komitəsinin Sosialist Əməyi Qəhrəmanı, akademik, dörd Lenin ordenli, bir neçə Dövlət mükafatı laureatı Xəlil Əhmədoviç Raxmatulin adına medal;
– “Rusiya Federasiyasının ali peşə təhsilinin fəxri işçisi” adı;
– Üç dəfə – 1975, 1977 və 1980-ci illərdə Sov.İKP MK-nın, SSRİ Nazirlər Sovetinin, Həmkarların MK-nin, ÜİLKGİ MK-nin təsis etdiyi “Sosializm yarışının qalibi” döş nişanları;
– “Moskvanın 850 illiyi” dövlət medalı;
– “M.V. Lomonosov adına MDU-nun 250 illiyi” yubiley medalı;
– Ümumrusiya Sərgi Mərkəzinin qızıl medalı;
– Ümumittifaq Elmi Tibbi-Texniki Cəmiyyətinin Mərkəzi İdarəsi Rəyasət Heyətinin baxış-müsabiqəsinin qalibi diplomu;
– 4 il dalbadal (2001–2004) Moskva Hökumətinin təhsil sahəsində elm və texnologiyalara dair təsis etdiyi “Moskva Qrantı” müsabiqəsinin laureatı adı və pul mükafatları;
– Rusiya Federasiyasının, bəzi xarici ölkələrin, bir çox beynəlxalq qurumların, təşkilatların çoxsaylı fəxri fərmanları, diplomları, sertifikatları və s.
***
Краткая информация о профессоре Аладдине Аллахвердиеве
Профессор Аллахвердиев Аладдин — советский, российский и азербайджанский учёный в области создания математических моделей и методов исследования волновых и колебательных процессов при исследовании мирового океана и космического пространства, в создании пьезоэлектрических устройств и аппаратов, используемых в морской сейсморазведке, электронной, оборонной и медицинской промышленности.
Выпускник механико-математического факультета МГУ им. М.В. Ломоносова и его аспирантуры.
Ему впервые удалось решить задачу определения оптимальной формы пьезоэлектрических элементов, которая не решалась уже много лет, соответствующих физическим свойствам, требуемым в динамическом режиме и имеющих минимальную массу или объем. Решение этой задачи применяется в определении местоположения и индивидуальных особенностей объектов, движущихся под водой в Мировом океане, передаче и приеме интересующей специалистов соответствующих научных областей необходимой информации с космических объектов - искусственных спутников и космических кораблей. Он впервые успешно применил метод решения двух- и трехмерных динамических задач, имеющих важное значение при создании пьезоэлектрических устройств, используемых в военной технике. Существование «краевого эффекта» в дискообразных пьезокерамических мембранах также было им теоретически открыто впервые. Пьезокерамический датчик, разработанный совместно с соавторами, успешно использовался для решения задачи создания искусственного сердца. Он автор более 450 открытых и закрытых научных работ, изобретений, монографий, учебников для высших учебных заведений, ряда научных статей по проблемам организации высшего профессионального образования и образовательных технологий. В целом на основе полученных научных результатов он выступил с более чем 60, в том числе 12 заказными пленарными научными докладами, на 30 конгрессах, съездах, конференциях и симпозиумах.
Некоторые премии и награды, полученные профессором Аладдином Аллахвердиевым за достижения в области науки, техники и образования:
- Медаль Российской федерации космонавтики, имени Георгия Александровича Тюлина, Героя Социалистического Труда, генерал-лейтенанта, лауреата Ленинской премии, профессора, председателя Государственной комиссии по космическим программам;
- Медаль Национального комитета по теоретической и прикладной механики РАН, имени Халила Ахмедовича Рахматулина, Героя Социалистического Труда, академика, лауреата четырех орденов Ленина, лауреата ряда Государственных премий;
- звание «Почетный работник высшего профессионального образования Российской Федерации»;
- трижды, в 1975, 1977 и 1980 годах, был награждён нагрудным знаком отличия в труде, учрежденным ЦК КПСС, Советом Министров СССР, ЦК Профсоюзов и ЦК ВЛКСМ;
- Государственная медаль «850-летие Москвы»;
- «Юбилейная медаль «250-летие МГУ им. М.В. Ломоносова»;
- Золотая медаль ВВЦ;
- Диплом победителя смотра-конкурса Президиума Центрального аппарата Всесоюзного научного медико-технического общества;
- 4 года подряд (2001-2004 гг.) лауреат звания и денежной премии конкурса «Московские гранты», учрежденного Правительством Москвы в области науки и техники в сфере образования;
- Многочисленные почетные, дипломы, грамоты, сертификаты и т.д. CCCP, Российской Федерации, ряда зарубежных стран, многих международных институтов, организаций.
***
Brief information about Professor Aladdin Allahverdiyev
Professor Allahverdiyev Aladdin is a Soviet, Russian and Azerbaijani scientist in the field of creating mathematical models and methods for studying wave and oscillatory processes in the study of the world ocean and outer space, in the creation of piezoelectric devices and apparatuses used in marine seismic exploration, electronic, defense and medical industries.
Graduate of the Faculty of Mechanics and Mathematics, Moscow State University M.V. Lomonosov and his postgraduate study.
He was the first to solve the problem of determining the optimal shape of piezoelectric elements, which had not been solved for many years, corresponding to the physical properties required in the dynamic mode, and having a minimum mass or volume. The solution to this problem is used in determining the location and individual characteristics of objects moving under water in the World Ocean, transmitting and receiving information of interest to specialists in the relevant scientific fields from space objects - artificial satellites and spacecraft. He was the first to successfully apply the method for solving two- and three-dimensional dynamic problems, which are important in the creation of piezoelectric devices used in military equipment. The existence of the "edge effect" in disc-shaped piezoceramic membranes was also theoretically discovered by him for the first time. The piezoceramic sensor, developed jointly with co-authors, was successfully used to solve the problem of creating an artificial heart. He is the author of more than 450 open and closed scientific papers, inventions, monographs, textbooks for higher educational institutions, a number of scientific articles on the problems of organizing higher professional education and educational technologies. In total, based on the scientific results obtained, he presented more than 60, including 12 commissioned plenary scientific reports, at 30 congresses, conventions, conferences and symposiums.
Here are some of the prizes and awards received by Professor Aladdin Allahverdiyev for achievements in science, technology and education:
- Medal of the Russian Cosmonautics Federation, named after G.A. Tyulin, Hero of Socialist Labor, Lieutenant General, Lenin Prize laureate, professor, chairman of the State Commission for Space Programs;
- Medal of the National Committee on Theoretical and Applied Mechanics of the Russian Academy of Sciences, named after Kh.A. Rakhmatulin, Hero of Socialist Labor, academician, laureate of four Orders of Lenin, laureate of a number of State Prizes;
- the title of "Honorary Worker of Higher Professional Education of the Russian Federation";
- State Medal "850th Anniversary of Moscow";
- "Jubilee Medal 250th Anniversary of Moscow State University named after M.V. Lomonosov";
- Gold Medal of the All-Union Exhibition Center;
- Diploma of the winner of the review-competition of the Presidium of the Central Office of the All-Union Scientific Medical and Technical Society;
- 4 years in a row (2001-2004) laureate of the title and cash prize of the competition "Moscow Grants", established by the Government of Moscow in the field of science and technology in the field of education;
- Numerous honorary, diplomas, certificates, etc. by Russian Federation, a number of foreign countries, many international institutions and organizations.