Azərbaycan Texnologiya Universitetində tələbələr arasında ilk dəfə olaraq “Gələcəyin Texnologiyalarına Addım” adlı Hakaton keçiriləcək!
Bu yarışmada tələbələr texnoloji həllər, animasiya və oyun mövzuları üzrə komandalar şəklində mübarizə aparacaq, süni intellekt və innovativ yanaşmalarla öz ideyalarını təqdim edəcəklər.
🔹 Mövzular:
Texnoloji Həllər (sayt, mobil tətbiq, sensorlar, detektorlar)
Animasiya
Oyun
🔹 Tədbir planlanması
1-ci Gün – Təlimlər və dəstək
Süni intellekt və yaradıcı istifadə sahələri
2-ci Gün – Təlimlər və komandaların formalaşması
AI ilə oyun və tətbiqlərin Hazırlanması
3-cü Gün – Yekun Yarış və Final
Münsiflər qarşısında təqdimatlar
🔹 Tarix: 28, 29 və 30 oktyabr 2025-ci il
🔹 Yer: Azərbaycan Texnologiya Universiteti
🏆 Qalibləri xüsusi mükafatlar, sertifikatlar və layihələrinin inkişafı üçün dəstək gözləyir!
İştirak yalnız Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün nəzərdə tutulur.
Komandalar maksimum 2 nəfərdən ibarət olmalıdır.
Hər komanda yalnız bir layihə ideyası ilə qatılır.
Yarış müddəti: 8 saat
Layihə ideyaları yuxarıda göstərilən 3 mövzu üzrə hazırlanmalıdır.
Münsiflər qiymətləndirəcək: yaradıcılıq, texniki icra, tətbiq imkanları, sosial fayda və təqdimat keyfiyyəti.
Yarışın sonunda komandalar 5 dəqiqəlik təqdimat edəcəklər.
📌 Qeydiyyat üçün son tarix: 18 oktyabr 2025-ci il