Mətbuat 4

“SAZIN, SÖZÜN SEHRİNDƏ - SƏRRAF QASIM” 

(Naxçıvan Dövlət Televiziyası tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi) 01.03.2020 

 

Naxçıvan Dövlət Televiziyasının Ədəbi-bədii verilişlər redaksiyası tərəfindən hazırlanan “SAZIN, SÖZÜN SEHRİNDƏ” adlı televiziya verilişinin 01.03.2020-ci il tarixli buraxılşı Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, çağdaş Naxçıvan aşıq məktəbinin banisi, şair və aşıq Sərraf Qasımın yaradıcılığına həsr olunmuş və efirə çıxmışdır. Bu veriliş sonradan da Naxçıvan Televiziyası vasitəsilə bir neçə dəfə təkrar şəkildə yayımlanmışdır. 

Veriliş zamanı Sərraf Qasımın Naxçıvan mühitində aşıq-saz məktəbi yaratması və Naxçıvanda saz-söz sənətinin inkişafına xüsusi və əvəzsiz töhfələr verməsi barədə tamaşaçılara ətraflı məlumatlar verilmişdir. Eyni zamanda Naxçıvanlı aktyorların ifasında Sərraf Qasımın bir neçə şeiri səsləndirilmişdir. Həmçinin tanınmış Naxçıvan aşıqlarından biri olan Aşıq Aydın Cəfərov tərəfindən bir neçə saz havası ifa olunmuş və həmin saz havalarının üstündə Sərraf Qasımın şeirləri oxunmuşdur.  

Verilişin VİDEO versiyasını aşağıda təqdim edirik: