Mətbuat 1

"YADDAŞLARDAN YURDDAŞLARA - SƏRRAF QASIM"

(AMEA-nın Naxçıvan Bölməsi tərəfindən Sərraf Qasımın yaradıcılğı haqqında hazırlanmış televiziya verilişi) 07.02.2020

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsi tərəfindən hazırlanan “YADDAŞLARDAN YURDDAŞLARA” adlı televiziya verilişinin 07.02.2020-ci il tarixli buraxılşı Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndəsi, şair və aşıq Sərraf Qasımın yaradıcılığına həsr olunmuş və efirə çıxmışdır.

Verilişin aparıcıları AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əməkdaşları, şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu (Məmmədov) və şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova omluşlar.

Verilişin xüsusi qonağı isə görkəmli tədqiqatçı və folklorşünas alim, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Əsgər Qədimov olmuşdur.

Veriliş zamanı Sərraf Qasımın Naxçıvan mühitində aşıq məktəbi yaratması, aşıq yaradıcılığı, dastan yaradıcılığı, şeir yaradıcılığı və yaradıcılıq əlaqələri barədə müzakirələr aparılmış və tamaşaçılara ətraflı məlumatlar verilmişdir. Eyni zamanda Sərraf Qasımın ifasında bir neçə aşıq havası tamaşaçılara təqdim olunmuşdur.

Verilişin VİDEO versiyasını aşağıda təqdim edirik: