Dastanlar/deyişmələr: Sərraf Qasım və Məmməd Araz

Məmməd Arazın “Əlvida dağlar” şeirinə Sərraf Qasımın “Səndən küsər” şeiri ilə münasibət bildirməsi

Məmməd Araz

Sərraf Qasım

ƏLVİDA, DAĞLAR!

SƏNDƏN KÜSƏR

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar?

Leysan, salamat qal, yağ, salamat qal!

Dağların pələngi, şiri də sənsən,

Şairi də sənsən, şeri də sənsən.

Varı, bərəkəti, xeyri də sənsən,

Çoban, salamat qal, sağ-salamat qal!

Gəldim, qarşıladı güllər-çiçəklər,

Gedirəm, əl edir boz biçənəklər.

Nidamı çaylara dedi küləklər:

Bulan salamat qal, ax -- salamat qal!

Qıy vuran qartallar yox oldu çəndə,

Nərgizlər saraldı şehli çəməndə.

Ey qaragöz pəri, dalımca sən də

Boylan, salamat qal, bax, salamat qal!

Məmməd Araz.

“Bəlkə bu yerlərə gəlmədim” – demə,

Duman səndən küsər, dağ səndən küsər.

Doğma ormanlarda seyr elədiyin,

Sol tərəf inciyər, sağ səndən küsər,

Qatmasan səsini qartal səsinə,

Şırranlı suların zümzüməsinə.

Baxmasan sürülər mələşməsinə,

Çoban incik deyər “ax” səndən küsər,

Çox ağır ulusun, elin vardı bil,

Şöhrət tacın bizə iftixardı bil.

Ata goru sənsiz intizardı bil,

Gəlməsən, almalı bağ səndən küsər,

Sərraf Qasım deyər: olsun xəbərin,

Arxanca boylanır hələ də pərin.

Gəlməsən, əsərmi meh sərin-sərin?

Bulaqlar inciyər, çağ səndən küsər,

Sərraf Qasım.