1181: Bayatılar 3

BAYATILAR (Naxçıvan haqda)

Aşiq, bura Nuh çıxan,

Qədim adı “Nuhçıxan”,

Nuh babama bağlı ad,

Olub indi “Naxçıvan”.

Mən aşiqəm, izi var,

Burda Nuhun izi var,

Oxu, yadında saxla,

Bizdə Nuhun sözü var.

Mən aşiq, Allah sözü,

Başdan Bismillah sözü,

Sərraf Qasım söyləyər,

Nuh sözü, Allah sözü.