1180: AZƏRBAYCAN (İftixarım)

AZƏRBAYCAN (İftixarım)

Müdam gəlir xoş xəbərin,

Bu dünyadan, Azərbaycan.

İftixarım, fərəhimdir,

Hər xoş sədan, Azərbaycan.

Ürək qandan, qan ürəkdən

Ayrılarsa, yaşayarmı?

Ayrılmaz, nə doymaz səndən,

Nemət dadan, Azərbaycan.

Mehmanlar çox gələr sənə,

Səndə vəfa, səfa görər.

Mehmanların getməz səndən,

Kam olmadan, Azərbaycan.

Cahanda artdıqca şansın,

Sənin əzmin, əzəmətin,

Мənә qüvvət, qüdrət verir,

Hər bir nidan, Azərbaycan.

Şəfalısan, sənə gələn,

Gedəndə, getmək istəməz.

Ayrılmaz heç, səndən şəfa,

Hava udan, Azərbaycan.

Dünyada sənsən yeganə,

Doqquz cəhətli məmləkət.

Dözmür buna xain, yağı,

Düşmən, nadan, Azərbaycan.

Qusar bir gün, yediyin о,

Nankor bala, dediyin o,

Satqınlara gecə gərək,

Nə sübh, nə dan, Azərbaycan.

Cahan gözü olduğun nə?

İlhaq qəmə daldığın nə?

Söylə görüm cahan səni

Əzir nədən, Azərbaycan.

Sərraf Qasım deyər, ana,

İstəyirəm uğrunda mən

Olum kəsilən qurbanın,

Alım qadan, Azərbaycan.