1179: YARIMÇIQ QALDI

YARIMÇIQ QALDI

Vaxtım tamam oldu, köçdüm dünyadan,

Yatdı gözüm, özüm yarımçıq qaldı.

Çatmadı mənzilə atdığım addım,

Qoyulan hər izim yarımçıq qaldı.

Ömrüm sona çatdı, döngələr döndü,

Mənim də cənazəm mazara endi,

Şamım axıra dək yanmadı, söndü,

Külə döndü közüm, yarımçıq qaldı.

Dostlar, odur ləziz tamı ağızın,

“Sərraf Qasım” sözün oxuyun, yazın,

Köçürə bilmədim üstə kağızın,

Sinəm dərya, sözüm yarımçıq qaldı.