1178: DEMƏ

DEMƏ

(Sərraf Qasımın ən sonuncu yazdığı şeir)

Allahı özündə görüb duymayan,

Mənə sən doğmasan, sən yadsan demə.

Yaranmış məxluqam, mən də insanam,

Mənə sən müqəvva, bir adsan demə.

De görüm, gülməyən, gülən yaxşıdı?

Halal kəsb eylə, ya dilən yaxşıdı?

Ən yaxşısı, Allah bilən yaxşıdı,

Mənə, mən qəmginəm, sən şadsan demə.

Sərraf Qasım, sözün Allah sözüdür,

Yaranmışa baxan Allah gözüdür,

Verən də, alan da, Allah özüdür.

Mənə hədəf vuran səyyadsan demə.