1177: GƏL NAMAZ QILAQ

GƏL NAMAZ QILAQ

Haqq eşqiylə rüku, səcdə gərkdi,

Allaha qovuşaq, gəl namaz qılaq.

Qılmayanlar, haqqa biz müslümküsə,

İmanda tapışaq, gəl namaz qılaq.

Namaz eşq rəmzidi, nə mal, nə puldu?

Namazsız ölənlər haqdan nə buldu?

Namaz qəbuldursa, əməl qəbuldu,

Daməndən yapışaq, gəl namaz qılaq.

Sərraf Qasım de, Haqq sizə yar olsun,

Həmd-İxlasla tamam qəlblər durulsun,

Ay insanlar, əməliniz nur olsun,

Bəladan sovuşaq, gəl namaz qılaq.

Sərraf Qasım. 10.05.2008-ci il.